Bu check-up paket niyə əhəmiyyətlidir?
Bu paket vasitəsi ilə , ətarflı araşdırma ilə vitamin və mineral çatışmazlığını izləməklə, vitamin və qida əlavələrin qəbulu barədə qərar verə, istifadəsinin effektivliyini qiymətləndirə bilərsiniz.
Check-up paket tərkibində yoxlanılanlar:
- Sink,Zn
- Yod,I idrar
- Vitamin A
- Vitamin B12
- Dəmir,Fe
- Maqnezium,Mg
- Vitamin B9
- 25-OH Vitamin D
- Kalsium,Ca
- Fosfor,P
- Vitamin B1
- Vitamin B2
- Vitamin B6
- Vitamin E
- Vitamin B12 - orqanizmdə müxtəlif proseslərdə mühüm rol oynayır. DNT sintezi və enerji istehsalı üçün lazımdır, qırmızı qan hüceyrələrinin (eritrositlər) meydana gəlməsinə kömək edir, sinir sistemini və metabolik funksiyaları dəstəkləyir.
- Vitamin D - onun əsas funksiyası kalsium və fosfor mübadiləsini tənzimləməkdir. Sümük toxumasının minerallaşma prosesini, sinir-əzələ əlaqəsini və metabolik reaksiyaları tənzimləyir. Süd vəzi və bağırsaq xərçənginin inkişafını ləngitməsi sübut edilmişdir.
- Fol turşusu - normal qan yaranması üçün lazım, suda həll olunan B qrupu vitamindir. Vitamin B9 DNT və RNT, zülallar, bəzi amin turşularının sintezində iştirak edir. Sinir sistemi üçün vacib xolin mübadiləsində rol oynayır.
- Sink - böyümə, inkişaf və bədən funksiyalarının düzgün işləməsi üçün lazım olan vacib bir mineraldır.
- Maqnezium - sinir və əzələ sisteminin normal fəaliyyəti üçün lazım olan vacib bioloji aktiv elementdir.
- Kalsium – Bu mineral, sümük toxumasının mühüm komponentidir. Orqanizmdə əsas struktur, metabolik və tənzimləyici funksiyaları yerinə yetirir.
- Dəmir- Hemoglobinin strukturunda olan mineraldır və oksigenin toxumalara daşınmasında və saxlanmasında, həmçinin toxumaların tənəffüs proseslərində iştirak edir.
- Fosfor - sümük toxumasının əsas mineral komponentlərindən biri, mərkəzi sinir sisteminin normal fəaliyyəti üçün lazımdır.
- Yod - qalxanabənzər vəzinin fəaliyyətində iştirak edir, tiroid hormonlarının ifrazını təmin edir. Hüceyrələrin böyüməsi ,mitoxondrial tənəffüsün tənzimlənməsi, natrium və hormonların membran üzərindən nəqli üçün lazımdır.
- Vitamin A - immunitet sisteminin, görmə və reproduktiv funksiyaların normal saxlanmasına kömək edir, hüceyrələrarası əlaqə funksiyasını dəstəkləyir.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.