Bu check-up paket niyə əhəmiyyətlidir?
Ürək-damar sistemində baş verən müxtəlif patologiya prosesləri zamanı metabolizm pozğunluqları yaranır, bu da müxtəlif vitamin və mineralların çatışmazlığı şəklində özünü göstərə bilər. Check-up paket ürək və qan damarlarının fəaliyyətində ən çox dəyişikliyə səbəb olan vitamin və mineralların əsas çatışmazlıqları müəyyən etməyə imkan verir.
Check-up Paket tərkibində yoxlanılanlar
- Natrium,Na
- Kalium,K
- Xlor,Cl
- Kalsium,Ca
- Sink,Zn
- Maqnezium,Mg
- Vitamin A
- Selen
- Natrium, kalium və xlor, orqanizmin əsas elektrolitləri kimi mühüm rol oynayır. Xüsusilə kalium səviyyəsinin diqqətlə izlənməsi vacibdir, çünki hətta ən kiçik dəyişikliklər belə ürək ritmini və ürəyin yığılma qabiliyyətini əhəmiyyətli şəkildə təsir edə bilər. Xlor ionları ihüceyrə membranı vasitəsilə hüceyrə daxilinə və xaricinə keçir və xlorid səviyyələri adətən natrium səviyyələri ilə əlaqəlidir və bu əlaqə orqanizmin düzgün elektrolit balansını təmin etmək üçün həyati əhəmiyyət kəsb edir.
- Maqnezium çatışmazlığında ürək ağrısı, miokard infarktı, qısa müddətli sancılar və aritmiya meydana gəlir. Ürək ritminin pozulması ürək əzələsinin qidalanmasına mənfi təsir edir.
- Sink və kalsium bir-biri ilə əlaqəlidir. Çünki, Sink ürək hüceyrələrinə kalsium ionlarının daxil olmasının tənzimlənməsində əsas rol oynayır. Bu, çox vacibdir, çünki hüceyrələrdə kalsiumun həddindən artıq miqdarı ürək çatışmazlığı və aritmiya yaranmasına səbəb ola bilər. Sink çatışmazlığı isə ürək əzələsində oksidativ(sərbəst radikalları artıraraq) stressə səbəb ola bilər.
- A vitamini güclü antioksidantdır, bədəni sərbəst radikalların zərərli təsirlərindən etibarlı şəkildə qoruyur və ürək xəstəliklərinin inkişafının qarşısını alır.
- Selen tərkibli fermentlərin sintezinin azalması oksidləşdirici stressin və bir çox ürək-damar xəstəliklərinin mümkün səbəbləri hesab edilən xroniki iltihabın irəliləməsinə gətirib çıxarır.
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.