Vitamin Check-up Paketləri

Bu check-up paket niyə əhəmiyyətlidir?

Vegan pəhrizində bəzi vacib vitamin və mineralların çatışmazlığı daha çox müşahidə olunur. Xüsusilə B12 vitamini, D vitamini və Yod bu qidalanma tərzində əskikliyi ən çox rast gəlinən elementlərdir. Buna görə də, bədənin bu maddələri necə əldə edəcəyi barədə planlı və düşünülmüş yanaşma vacibdir.

Veganlar, həmçinin Kalsium, Selen və A vitamini qəbuluna xüsusi diqqət yetirməlidirlər. Bu mühüm elementlərin səviyyəsini nəzarətdə saxlamaq, vegan pəhrizində yayılmış vitamin və mineral çatışmazlıqlarını müəyyən etməyə və sağlamlığı qorumağa kömək edir.

Check-up paket tərkibində yoxlanılanlar:

  • Yod,I
  • Vitamin A
  • Vitamin B12
  • Dəmir,Fe
  • Vitamin B9
  • 25-OH Vitamin D
  • İonlaşmış Ca

     

  • A vitamini: A vitamini (retinol) yalnız heyvan mənşəli qidalarda tam formada tapılır, buna görə də veganlar onun çatışmazlığından əziyyət çəkə bilərlər.
  • Yod: Bitkilərdə heyvan mənşəli məhsullara nisbətən daha az yod var, buna görə yod çatışmazlığı veganlar üçün problem ola bilər. Əsasən qalxanabənzər vəzinin düzgün fəaliyyəti üçün lazımdır. Bədən yodu özü istehsal edə bilmir, ona görə də qida və ya əlavələr vasitəsilə qəbul edilməlidir.
  • D vitamini: D vitamini orqanizm üçün vacib olan yağda həll olunan vitaminlərdən biridir və əsasən sümüklərin sağlamlığı, immun sistemi və hormon balansı üçün önəmlidir. Bitki əsaslı pəhrizə tam keçənlər üçün D vitamini ehtiyacını qarşılamaq çətin ola bilər.
  • Fol turşusu: Veganlar, ümumiyyətlə, fol turşusunu kifayət qədər qəbul edirlər, çünki bu vitamin əsasən bitki mənşəli qidalarda—yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar və taxıllarda olur. Bununla belə, bəzi hallarda bədənin fol turşusunu mənimsəmə problemləri və ya qeyri-kafi qida seçimi səbəbindən çatışmazlıq baş verə bilər.
  • B12 vitamini: Vitamin B12 (kobalamin) bədən üçün həyati əhəmiyyət kəsb edən bir vitamindir və sinir sistemi, qan hüceyrələrinin istehsalı və DNT sintezi üçün vacibdir. B12 vitamini əsasən heyvan mənşəli qidalarda mövcud olduğu üçün veganlar bu vitaminin çatışmazlığı riski altında olan əsas qrup hesab edilir. Bitki mənşəli qidalarda təbii B12 yoxdur.
  • Dəmir:  Dəmir qida məhsullarında 2 formada mövcuddur;
  1. Hem Fe- heyvan mənşəli qidalar
  2. Qeyri hem Fe- bitki mənşəli qidalarBitki mənşəli qidalarda yalnız heme olmayan dəmir var və bu dəmirin orqanizm tərəfindən mənimsənilməsi heyvan mənşəli dəmirdən daha çətindir. Digər tərəfdən heyvan mənşəli Fe qırmızı qan hüceyrələrinin tərkib hissəsi olub, orqan və toxumalara oksigenin çatdırılmasında mühüm rol oynayır. Buna görə də veganlarda dəmir səviyyəsinin azalmaq ehtimalı var.
  • İonlaşmış kalsium: Vegan pəhrizində kalsium çatışmazlığı müşahidə oluna bilər, çünki süd məhsullarından alınan kalsium ümumi kalsium ehtiyacının böyük hissəsini qarşılayır.

Bu maddələrin mütəmadi yoxlanması, vegan və vegeterian pəhrizində olanların sağlamlığını qorumağa kömək edir və çatışmazlıqların qarşısını almaq üçün zəruri tədbirlər görməyə imkan yaradır.


Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi