Yeni yaşınızda özünüzə sağlamlıq hədiyyə edin!

İltihab, orqanizmin zədələnməyə, infeksiyaya və ya immun pozğunluğa qarşı cavab mexanizmidir. Əgər bu reaksiya nəzarətsiz qalarsa, toxumalarda daimi zədələnmələrə və xroniki xəstəliklərin (ürək-damar, oynaq, endokrin və hətta onkoloji xəstəliklər) inkişafına səbəb ola bilər. İltihabi markerlərin qiymətləndirilməsi ilə bu hallar erkən mərhələdə aşkar edilə və qarşısı alına bilər.

Check-up paketə daxil olan müayinələr:

  • C-reaktiv zülal (CRP): Qaraciyər tərəfindən sintez olunan və iltihaba cavab olaraq sürətlə yüksələn zülaldır.
  • Qanın ümumi analizi: İltihabi cavab zamanı leykositlərin artması və diferensial dəyişikliklər ilkin göstərici kimi istifadə olunur.
  • Ferritin: Dəmir deposu olmaqla yanaşı, iltihab zamanı da səviyyəsi arta bilən bir göstəricidir.Gizli iltihabların, infeksiyaların və bəzi autoimmun xəstəliklərin göstəricisi kimi qiymətlidir.
  • Fibrinogen: Qan laxtalanma prosesində əsas rola malikdir, lakin iltihab zamanı da yüksəlir.
  • Amiloid A (SAA): İmmun sistemin aktivliyini tənzimləməyə və patogenlərə qarşı müdafiəyə kömək edir. Normalda çox aşağı səviyyədə olsa da, infeksiya, travma və iltihab zamanı səviyyəsi hətta yüz qat arta bilər.
  • Haptoqlobulin: Hemoliz və iltihab zamanı dəyişən zülaldır,Xüsusilə iltihaba bağlı hemoliz hallarında qiymətləndirilməlidir.
  • İnterleykin-6 (IL-6): Səviyyəsi infeksiyalar, autoimmun xəstəliklər (məsələn, revmatoid artrit), ağır COVID-19 infeksiyası zamanı kəskin şəkildə arta bilər.
  • TNF-α: Güclü iltihab stimulyatorudur, hüceyrələrarası siqnal ötürür. Autoimmun və xroniki iltihabi xəstəliklərdə aktivliyin qiymətləndirilməsi üçün önəmlidir.

    Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
    (+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi