Yeni yaşınızda özünüzə sağlamlıq hədiyyə edin!

Bu check-up paketi sümük möhkəmliyini, əzələ gücünü təmin edən əsas vitamin və mineralları qiymətləndirir.Xüsusilə xroniki yorğunluq, əzələ ağrıları, əzələ spazmları, sümük əriməsi (osteopeniya, osteoporoz),zamanı  vacib olan vitamin və mineralların səviyyəsini təyin edir.

Check-up paketə daxil olan müayinələr:

  • 25(OH) D vitamini: Bu vitamin kalsium və fosforun bağırsaqlardan sorulmasını tənzimləyərək sümük və diş strukturlarının möhkəmliyində, həmçinin əzələ funksiyası, immunitet və hormonal tarazlıqda mühüm rol oynayır.
  • Kalsium (Ca): Sümük və dişlərin əsas tikinti materialıdır, həmçinin əzələlərin normal fəaliyyəti üçün də vacibdir. Çatışmazlıq zamanı sümük əriməsi, qırıqlara meyillilik, əzələ krampları və ürək-damar riskləri yarana bilər.
  • Maqnezium (Mg): Kalsiumla birlikdə əzələ yığılması və boşalması, sinir keçiriciliyi və sümük sıxlığı üçün önəmlidir. Çatışmazlıq hallarında əzələ spazmları, titrəmələr, ürək ritm pozğunluqları və narahatlıq müşahidə oluna bilər.
  • Fosfor (P): Kalsiumla birlikdə sümüklərin əsas struktur komponentidir. Onun balanssızlığı (çatışmazlıq və ya artıqlıq) sümük quruluşunun pozulmasına və mineralizasiya problemlərinə səbəb ola bilər.
  • Sink (Zn): Hüceyrə yenilənməsi, sümük formalaşması və immun sistemin güclü qalması üçün vacib elementdir.
  • Mis (Cu): Kollagen sintezində və sümük toxumasının möhkəm quruluşunda iştirak edir.

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi