Andrologiya

Ümumi məlumat

Andrologiya- kişiləri, kişi orqanizminin anatomiyasını və fiziologiyasını, kişi cinsiyyət sisteminin xəstəliklərini və onların müalicə üsullarını öyrənir. 

Androloqlar, sidik axarının, prostat vəzinin, toxum kisəciklərinin, xayalıq və onun orqanlarının, cinsiyyət üzvünün iltihabi xəstəlikləri və travmalarının, xarici cinsiyyət orqanlarının, prostat vəzi və toxum kisəcikləri törəmələrinin, kişi cinsi orqanlarının konqestiv xəstəliklərinin və ereksiya pozulmasının konservativ müalicəsi, cinsi inkişafdan qalma səbəblərinin və hipoqonadizmin, kişi klimaksının tədqiqatını və müalicəsini həyata keçirirlər. Onlar yalnız xəstəliklərin müalicəsi ilə deyil, eyni zamanda sağlam insanlarda cinsi funksiyanın korreksiyası ilə məşğul olur.

Androloji problemlər sırasında sonsuzluq və cinsi funksiyanın pozulması xüsusi yer tutur. Cinsi orqanların inkişafının anadangəlmə, genetik qüsurlarından-kriptorxizm (xayanın xayalığa düşməməsi), fimoz, hipo və epispadiya (Sidik kanalının xarici dəliyi penisin ucunda deyil, cismində və hətta kökündə açılır.) andrologiya bölməsinə aiddir. Androloji xəstəliklər tez tez boşanmalara, doğumun azalmasına və əhalinin həyat keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.

Sperma çıxarıcı kanalların qapalı olduğu, xayalarda sperma yaranmasının azaldığı və ya heç yaranmadığı hallar azoospermiya halının yaranmasına səbəb olur. Kişi sonsuzluğu ilə müraciət edən pasientlərin təxminən 5%-də bu hal müşahidə olunur.

AZOOSPERMİYANIN 2 FORMASI VAR: 

  1. Obstruktiv azoospermiya - bu hal, toxumçıxarıcı yolların hər hansı bir nayihəsində obstruksiyanın (maneənin) olmasından irəli gəlir. Bu zaman hormonlar norma daxilində olur və obstruksiya aradan qaldırılır. Digər halda isə heç bir obstruksiya olmur (yəni sperma ifrazı üçün maneənin olmaması) və FSH (follikul stimuləedici hormon) yüksəlir. Azoospermiya zamanı mütləq genetik və hormonal müayinələr aparılmalıdır.
  2. Nonobstruktiv azoospermiya - bu halda isə beyində hormon ifrazı pozulur və ya xayalar hormonları qəbul edə bilmir.

 

AZOOSPERMİYA ZAMANI SPERMA GÖTÜRÜLMƏ ÜSULLARI:

Əgər eakulyantda sperma yoxdursa, o zaman PESA, MESA,TESA və Mikro TESE üsulları ilə xayalardan sperma əldə edilir. Üsulun seçilməsinə həkim (uroloq-andoroloq) tərəfindən hər pasiyentin vəziyyətinə uyğun olaraq qərar verilir.

  • PESA üsulu (Perkutan Sperma Aspirasiyası)- Xayalardan iynə vasitəsilə bioloji material götürülür. Bu üsul vasitəsilə sperma olub-olmaması araşdılır. Əgər lazımi miqdarda sperma çıxarsa prosedur sona çatdırılır.
  • MESA üsulu (Mikro Epididimal Sperma Aspirasiyası)- Çox kiçik bir kəsiklə xaya artımlarına gedilərək mikroskop altında genişlənmiş kanallardan aspirasiya edilir. Əgər kifayət qədər sperma varsa prosedur dayandırlır.
  • TESE üsulu- Xayalardan bioloji material almaq üsuludur.
  • Mikro TESE üsulu- (Testikulyar Sperma Ekstraksiyası - xayalardan sperma götürülməsi) hal-hazırda bu üsul ağır kişi sonsuzluğu zamanı dünyada müvəffəqiyyətlə istifadə olunan ən müasir üsuldur. 15*25 dəfə böyütmə qabiliyyətinə malik mikroskop görüntüsü altında kiçik bir kəsiklə xayalara gedilir və genişlənmiş bütün kanallardan (ən az 50 nöqtədən) nümunə götürülərək laboratoriyaya göndərilir. Sperma olan halda əməliyyat sona çatdırılır.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi