Ginekologiya - tibbin qadın orqanizmi, cinsiyyət sistemi və reproduktiv funksiyasını öyrənən, qadın xəstəliklərinin profilaktikası və müalicəsi ilə məşğul olan sahəsidir.
Ginekoloji sağlamlıq sadəcə nəsilartırma qabiliyyəti deyil, ümumilikdə qadın sağlamlığıdır. Bunun üçün də, ginekologiya sahəsi təkcə reproduktiv sistemin xəstəliklərinin müalicəsi ilə deyil,qadının hərtərəfli sağlamlığı ilə məşğul olur.
Sağlam Ailə Tibb Mərkəzinin Ginekologiya şöbəsində funksional (USM, endoskopik, rentgen müayinələr), laborator (bakterioloji, immunoloji, hormonal müayinələr), geniş diaqnostik müayinə və müalicələr aparılır.
Hər bir qadın müxtəlif ginekoloji onkoloji xəstəliklərin, mastopatiyaların qarşısını almaq, sağlam övlad dünyaya gətirmək üçün mütəmadi şəkildə ginekoloq müayinəsindən keçməlidir.
GİNEKOLOGİYA ŞÖBƏSİNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Cinsi yolla keçən infeksion xəstəliklər
- Xlamidioz
- Süzənək
- Mikoplazmoz (Ureaplazmoz)
- Trixomoniaz
- Qenital herpes
- Kandidoz
- Bakterial vaginoz (Qardnerellez)
- Sitomeqaliya
- İnsanın papilloma virusu
- Kontaqioz molyusk
- Sifilis
İltihabi xəstəliklərin bütün spektri
- Endometrit
- Salpingit
- Ooforit
- Kolpit
- Sistit
- Uretrit
Uşaqlıq boynu patologiyası
- Uşaqlıq boynu eroziyası (radiodalğalı ağrısız müalicə)
- Uşaqlıq boynu leykoplakiyası
- Uşaqlıq boynu polipləri (polipektomiya)
- Diaqnostik qaşıma
- Uşaqlıq boynu patologiyasının diaqnostikası
- Kolposkopiya
- Geniş kolposkopiya
- Videokolposkopiya
Endokrinologiya (neyroendokrin ginekoloji xəstəliklər)
- Endokrin sonsuzluq
- Polikistoz yumurtalıqlar sindromu
- Polikistoz yumurtalıqlar sindromlu sonsuzluğu olan pasiyentlərdə mübadilə pozulmalarının rolu
- Hiperprolaktinemiya
- Adreno-genital sindrom
- Qalxanvari vəzin patologiyası
Menopauza
- Menopauza (klimaks)
- Klimakterik sindrom
- Osteoporoz
Döş vəzilərinin patologiyası
- Mastopatiya
- Fibroz-kistoz mastopatiya
- Düyünlü mastopatiya
Alqodismenoreya, dismenoreya
- Endometrioz
- Uşaqlıq mioması
- Uşaqlıq miomasının cərrahi əməliyyatsız müalicəsi
Hamiləliyin aparılması
- Hamiləliyin aparılma proqramları
- Hamiləlik zamanı USM
- Hamiləlik zamanı 3D USM
Hamiləliyin pozulmaları
- Qadın sonsuzluğu
- Kontrasepsiya
- Kontrasepsiya üsulunun seçilməsi
- Uşaqlıqdaxili kontrasepsiya (MİRENA)