Fizioterapiya

Fizioterapiya xəstəliklərin müxtəlif fiziki faktorlar  köməyi ilə müalicəsi üsuludur.  Bu üsullara elektrik cərəyanı, maqnit dalğası, istilik, işıq şüası və s. aiddir. Ağır travmalar sonrası reabilitasiya və xroniki iltihabı proseslər zamanı fizioterapiya müalicənin ayrılmaz hissəsidir.  Fizioterapiya  həm bütün orqanizmə, həm də ayrı nahiyələr üçün tətbiq oluna bilər.

Geniş yayılmış fizioterapiya üsullarına aiddir: elektroforez, fonoforez, darsonvalizasiya, qalvanizasiya, lazeroterapiya, elektrostimulyasiya. Hansı prosedurun olacağı pasiyentin yaşından, xəstəliyin dərəcəsindən asılıdır.

Fizioterapiya üsulları bir qayda olaraq ağrısızdır, allergik reaksiyalara səbəb olmur və yan təsirləri yoxdur. Lakin bəzilərinin əks-göstərişləri vardır, ona görə də müalicədən öncə həkimlə məsələhətləşmək lazımdır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi