Terapiya

Terapiya bölməsində daxili orqanların diaqnostikası, müalicə və profilaktikası aparılır. Qeyd etmək istərdik ki, Terapevt pasiyentin müraciət etməli olduğu ilk həkimdir. O, pasiyentin şikayətlərini dinləyir, xəstəliyin tarixi, pasiyentin həyat tərzi, irsiyyəti, keçirdiyi xəstəliklər və allergik reaksiyalarının olması barədə suallar verir.

Sualların cavabları əsasında keçən ilkin baxış mərhələsindən (pasiyentin mövcud vəziyyətini qiymətləndirir, dəri örtükləri və selikli qişalarını nəzərdən keçirir, nəbz və arterial təzyiqini ölçür, ürəyinə və ağciyərlərinə qulaq asır və s.) sonra pasiyentə lazım olduğu təqdirdə şikayətə uyğun müvafiq əlavə müayinələr (laborator, rentgenoloji, sonoqrafik, endoskopik, elektrofizioloji və s. ) təyin edilir.

Terapevtə nə vaxt müraciət olunmalıdır?

  • əgər səhhətinizlə əlaqədar hər hansı bir şıkayətiniz varsa;
  • hansı mütəxəssisə müraciət etməli olduğunuza əmin deyilsinizsə;
  • müstəqil analiz vermisiniz və nəticələri şəhr etmək lazımdırsa;
  • tibbi arayış tələb olunursa terapevtə müraciət etməlisiniz.

Ürək-damar xəstəlikləri

  • Ürək çatışmazlığı 
  • Revmatizm
  • ÜİX
  • Hipertoniya
  • Aritmiyalar və s.

Tənəffüs orqanları xəstəlikləri

  • Qrip
  • Traxeit
  • Bronxit
  • Pnevmoniya
  • Bronxial astma
  • Ağciyərlərin xroniki obstruktiv xəstəlikləri və s

Mədə-bağırsaq sistemi xəstəlikləri

  • Qastrit
  • Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi
  • Kolit və s.

Revmatik xəstəliklər

  • Birləşdirici toxumanın sistem xəstəlikləri
  • Artroz
  • Artrit və s.

İfrazat sistemi xəstəlikləri

  • Qlomerulonefrit
  • Böyrəklərin digər autoimmun patologiyalar nəticəsində zədələnməsi və s.

Endokrinoloji xəstəliklər

  • Şəkərli diabet
  • Tireoid xəstəlikləri

Terapiya

Terapiya, tibbin geniş bir sahəsi olaraq, insan orqanizminin daxili orqanlarının və sistemlərinin xəstəliklərinin diaqnostikası, müalicəsi və qarşısının alınması ilə məşğul olur. Terapiya sahəsi yalnız xəstəliklərin müalicəsi ilə deyil, həm də insanların sağlam həyat tərzi keçirməsinə yönəlmiş profilaktik tədbirlər təklif edir. Əsas məqsəd xəstəliyin erkən mərhələdə aşkarlanması və effektiv müalicə ilə sağlamlığın bərpasıdır. Bu sahə çox genişdir və tənəffüs sistemi, həzm sistemi, ürək-damar sistemi, böyrək, qaraciyər, dəri və endokrinoloji problemlərin müalicəsini əhatə edir. 

Terapevt həkim

Terapevt həkim, daxili xəstəliklərin diaqnozunu qoyan və müalicə edən mütəxəssisdir. Onlar xəstənin ümumi sağlamlıq vəziyyətini qiymətləndirir, ilkin diaqnozlar qoyur və lazım gəldikdə müvafiq ixtisas sahələrinə yönləndirirlər. Terapevt həkim, tənəffüs problemləri, həzm sistemi xəstəlikləri, ürək-damar pozğunluqları, endokrin xəstəliklər, allergiyalar və ümumi zəiflik kimi geniş çeşidli sağlamlıq problemləri ilə məşğul olur. Terapevtlə mütəmadi müayinələr, xroniki xəstəliklərin idarə olunması və ümumi sağlamlığın qorunması üçün vacibdir. Sağlam Ailə-nin peşəkar terapevt həkimlərinə müraciət edərək sağlam həyat tərzi, düzgün qidalanma və stresin idarə olunması barədə dəyərli məsləhətlər əldə edə bilərsiniz.
 

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi