Ultrasəs müayinəsi (USM) təhlükəsiz, invaziv olmayan və şüalanma verməyən müayinə metodudur. USM vasitəsilə səs dalğalarından faydalanaraq daxili orqanların görüntüsünü görmək mümkündür.
Bu müayinə metodu vasitəsilə;
- daxili orqanlardakı ağrı, şişkinlik və infeksiyanın səbəblərini bilmək,
- hamilə qadınlarda dölün vəziyyətini öyrənmək,
- körpələrdə beyin və bud-çanaq oynağının vəziyyətini qiymətləndirmək mümkündür.
Sağlam Ailə Tibb Mərkəzində aşağıdakı orqan və sistemlərin Ultrasəs müayinəsi aparılır:
- Qarın boşluğu orqanları
- Sidik-ifrazat sistemi orqanları
- Yenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi
- Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulmetriya (transabdominal və transvaginal), süd vəziləri
- Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal)
- Endokrin sistem: qalxanabənzər vəzi, böyrəküstü vəzlər
Əksər nayihələrin ultrasəs müayinəsi heç bir ön hazırlıq tələb etmir, lakin müəyyən nayihələrin şəkillərinin aydın çəkilməsi üçün bir-sıra qaydalara riayət etmək lazımdır.
- Qarın boşluğunun ultrasəs müayinəsi 8-12 saatlıq aclıqdan sonra aparılır. Bu qayda qarın boşluğu orqanlarının (ödkisəsi, qaraciyər, mədəaltı vəzi, dalaq) tək-tək müayinəsinə də aiddir.
- Ginekoloji (üstdən baxış) və uroloji USM üçün sidik kisəsi tam dolu olmalıdır.
- Ginekoloji transvaginal ultrasəs müayinəsi üçün sidik kisəsi boş olmalıdır.
- Süd vəzilərinin müayinəsi üçün tsiklin 7-9-cu günləri tövsiyə olunur.
Şüa-diaqnostika
Şüa-diaqnostika, tibbin ən müasir və texnoloji inkişaf etmiş sahələrindən biri olaraq, orqanizmin daxili vəziyyətini yüksək dəqiqliklə araşdırmaq və diaqnoz qoymaq üçün istifadə edilir. Bu sahə rentgen, ultrasəs, kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT) və digər şüa texnologiyalarını əhatə edir. Şüa-diaqnostika vasitəsilə xəstəliklərin erkən mərhələdə aşkarlanması və düzgün müalicə planının hazırlanması mümkün olur.
Şüa-diaqnostika həkimi
Şüa-diaqnostika həkimi, tibbin bu mürəkkəb sahəsində ixtisaslaşmış, görüntü müayinələri vasitəsilə xəstəliklərin diaqnozunu qoyan və müalicə üçün əsas məlumatlar təqdim edən mütəxəssisdir. Bu həkimlər rentgen, ultrasəs, KT və MRT kimi müayinə metodları vasitəsilə orqanizmin daxili strukturlarını dəqiq şəkildə təhlil edirlər. Məsələn, onkoloji xəstəliklərin erkən mərhələdə müəyyən edilməsi, travmaların qiymətləndirilməsi və ya daxili orqanların anomaliyalarının aşkarlanması kimi məsələlərdə onların rolu əvəzolunmazdır. Bu həkimlər yalnız görüntüləri təhlil etməklə kifayətlənmirlər, həm də digər ixtisas sahələrindən olan həkimlərlə sıx əməkdaşlıq edərək xəstənin ümumi sağlamlığına yönəlmiş tövsiyələr verirlər.
Müasir tibbdə şüa-diaqnostika həkimlərinin rolu texnologiyanın inkişafı ilə daha da artıb. Onların tətbiq etdiyi diaqnostik metodlar dəqiq nəticələr təqdim edir və xəstəliklərin müalicə prosesini daha effektiv edir. Hər hansı bir narahatlıq hiss etdikdə və ya tibbi müayinə tələb edildikdə, Sağlam Ailə-yə müraciət edərək şüa-diaqnostika həkimlərimizin xidmətindən faydalana bilərsiniz.