“Yaşınız qədər endirim” nədir?
“Yaşınız qədər endirim” Sağlam Ailə Tibb Mərkəzinin loyal pasiyentlərinə özəl hazırlanmış endirim kampaniyasıdır. Belə ki, daha öncə Sağlam Ailə Tibb Mərkəzinin xidmətlərindən istifadə etmiş pasiyentlərimiz doğum günləri olan ayda laborator müayinələrdən Yaşları qədər endirim faizi ilə keçirlər, poliklinik və instrumental müayinələrə isə sabit - 20% endirim tətbiq olunur.
QEYD: 20 Yaşadək olan pasiyentlər xidmətlərdən yaşları qədər faiz endirim ilə keçə bilərlər.
Qeyd etmək istərdik ki, bu aksiya bütün pasiyentlərimiz tərəfindən çox böyük rəğbətlə qarşılanır.
- “Yaşın qədər endirim” xaricə göndərilən analizlərə, masaj və stomatoloji xidmətlərə, Check-up paketlərə, peyvəndlərə, EXO-kq müayinəsinə, endoskopiya və kolonoskopiya müayinələrinə, anesteziya xidmətinə, kolposkopiya və biopsiyanın götürülməsi, və artıq endirimdə olan müayinələrə şamil edilmir.
Daha öncə Sağlam Ailə Tibb Mərkəzinin pasiyenti olmayan şəxs doğum günü olan ayda “Yaşınız qədər endirim”dən faydalanaraq müayinələrdən keçə bilər?
“Yaşınız qədər endirim” kampaniyası Sağlam Ailə Tibb Mərkəzinin loyal pasiyentlərinə özəl hazırlanmış kampaniya olduğu üçün bu aksiyanın üstünlüklərindən sadəcə pasiyentlərimiz faydalana bilər.
- Endirimlər sadəcə 1 dəfə yox , ay ərzində olan bütün gəlişlərinizə şamil olunur.
Əgər Siz daha öncə mərkəzlərimizdə olmamısınızsa, endirim şərtləri haqqında ətraflı məlumat üçün (012) 910 nömrəli Çağrı Mərkəzimizlə əlaqə saxlaya və ya sosial media hesablarımızdan bizə yaza bilərsiniz.
Sağlam Ailə Tibb Mərkəzinin pasiyenti olan şəxs doğum günü ayında “Yaşınız qədər endirim” kampaniyası çərçivəsində ödəniş edib daha sonra bu müayinələrdən keçə bilər?
Bu kampaniya loyal pasiyentlərimizin doğum gününə özəl hazırlandığı üçün onlara aksiya çərçivəsində bir çox güzəştlər olunur.
Çünki əsas məqsədimiz pasiyentlərimizin profilaktika məqsədilə müayinələrdən keçərək doğum günləri ayında sağlamlıqlarının qayğısına qalmasıdır.
Dəyərli Sağlam Ailə Tibb Mərkəzinin pasiyentləri,
Doğum günü ayınızda Siz də özünüzə sağlamlıq hədiyyə edin!
Əgər Sizi kampaniya haqqında maraqlandıran digər suallarınız varsa, ətraflı məlumat üçün sosial media hesablarımızdan və saytımızın ismarıc bölməsindən bizə yaza və ya (012) 910 nömrəli Çağrı Mərkəzimizlə əlaqə saxlaya bilərsiniz.