Check
Check
Kişilərdə daha çox rast gəlinən xəstəliklər və bədxassəli yenitörəmələrin yayılma statistikasına nəzər salan zaman görürük ki, prostat vəzi xərçəngi III-IV yerdədir. Xəstəlik adətən uzun illər ərzində yavaş-yavaş inkişaf edir. Xəstəlik şiş kütləsinin əhəmiyyətli dərəcədə artması, uretranın sıxılması və sidik axınının pozulması simptomları ilə özünü biruzə verir.
Xəstənin, ağrılı və zəif sidik axını, sidikdə irin və ya qan qarışığı, qarın altındakı boşluq, çanaqdakı narahatlıq, cinsi funksiyaların pozulmasından şikayətlənməsi prostat vəzinin yenitörəməsindən şübhələnməyə əsas verir. Bu simptomlar qeyri-spesifikdir və xoş xassəli prostat vəzin hiperplaziya, sidik yollarının infeksiyası, prostat vəzin iltihabı və cinsiyyət infeksiyası ilə meydana çıxa bilər.
Yenitörəmənin erkən və düzgün diaqnozunun qoyulması vaxtında müalicəyə başlamağa və həyati təhlükəli nəticələrin qarşısını almağa imkan verir. Asimptomatik xəstələrdə prostat vəzi xərçəngi üçün bir neçə risk səviyyəsi müəyyənləşdirilib:
Mülayim risk qrupunda 50 yaşdan, artmış risk qrupunda 45 yaşdan, yüksək risk qrupunda isə 40 yaşdan sonra profilaktik müayinə məqsədilə hər il ərzində 1 dəfə Prostat Spesifik Antigen (PSA) səviyyəsinin müəyyən edilməsi və prostat vəzin barmaq müayinəsinin aparılması tövsiyə olunur.
Prostat xərçəngi diaqnozu üçün ümumi PSA-nın həssaslığı və spesifikliyi yalnız 20-40% -dir. Sərbəst PSA miqdarını təyin edərkən isə göstərici artır. Prostat xərçənginin diaqnozu üçün "Qızıl standart" materialın histoloji müayinəsi ilə prostat vəzin biopsiyasıdır. Ümumi və sərbəst PSA-nın eyni vaxtda təyin edilməsi prostat vəzi xərçəngi və prostat vəzinin digər xəstəliklərini müəyyən etməyə imkan verir.
Prostat vəzinin barmaq müayinəsi ilə birlikdə ümumi və sərbəst PSA səviyyəsinin müəyyən edilməsi, diaqnozu dəqiqləşdirmək üçün prostat vəzinin biopsiyasının məqsədəuyğunluğunu müəyyənləşdirir.
Müayinə nə vaxt təyin olunur?
Ümumi PSA səviyyəsinin artmasının səbəbləri
Ümumi PSA səviyyəsinin yalnış artmasına səbəb olan hallar
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
Check