Cinsi zəiflik (erektil disfunksiya) penisdə sərtləşmənin,ereksiya müddətinin və gücünün cinsi əlaqə üçün kifayət etməməsidir. Ümumdünya Səhiyyə təşkilatının məlumatına əsasən 60 yaşdan yuxarı hər üç kişidən biri, 35-40 yaşına çatmış kişilərin təxminən 40%-i, 21 yaşdan yuxarı isə hər 10 kişidən biri cinsi zəifliyin müxtəlif formalarından əziyyət çəkir. Cinsi fəaliyyət aktının tam itməsi halları 50 yaşlı kişilərin 20%-də, 70 yaşlı kişilərin isə 50%-də rast gəlir.
Kişinin cinsi fəaliyyəti - fərdi inkişaf prosesində anadangəlmə və qazanılma, psixoloji və sosial amillərin təsiri ilə formalaşır. Beynin və daxili sekresiya vəzilərinin fəaliyyəti ilə bağlı olan hormonal amillər cinsi həvəsin dərəcəsini və şiddətini müəyyən edir.
Cinsi zəiflik (impotesiya) dedikdə, kişinin tamdəyərli, yaşına müvafiq olaraq cinsi fəaliyyət aktını həyata keçirə bilməməsi başa düşülür (bu zaman cinsi həvəsin olmaması yaxud cinsi fəaliyyət aktının tez bitməsi və s. kimi digər hallar ayrıca nəzərdə tutulur).
Cinsi zəiflik əsasən aşağıdakı əlamətlərlə özünü göstərir:
- Ereksiyanın zəifləməsi
- Cinsi aktın mümkün olmaması (tam impotensiya)
- Cinsi oyanma baş versə də, cinsiyyət üzvünün tam bərkiməməsi
- Cinsi aktın bitməsinin müxtəlifşəkilli pozulması
Kişi cinsi zəifliyinin ən çox rast gəlinən səbəbləri:
- Sidik-cinsiyyət sisteminin infeksion və qeyri-infeksion xəstəlikləri, o cümlədən prostat vəzinin xəstəlikləri
- Hormonal pozuntular və ya endokrinoloji səbəbdən əmələ gələn cinsi zəiflik
- Şəkərli diabet xəstəliyi
- Ürək-damar xəstəlikləri (infarkt, insult, hipertoniya və s.)
- Nevroloji xəstəliklər - baş-onurğa beynin zədələnmələri və xəstəlikləri
- Böyrək və digər uroloji patologiyalar (Peyroni xəstəliyi, Hirosele,Varikosele, xroniki böyrək çatışmazlığı və s.)
- Ruhi xəstəliklər
- Psixoloji səbəblər - stress, depressiya, qorxu və həyəcanla bağlı vəziyyətlər
- Qəbul olunan müəyyən qrup dərman preparatları (antidepresantlar, antihipertenzivlər, kişi cinsi hormonlarına təsir edən dərmanlar, alkoqol və narkotik maddələr və s. )
- Sidik-cinsiyyət sistemi orqanlarında keçirilmiş cərrahi əməliyyatlar və s.
Ümumilikdə təkcə xəstəliklər deyil, uzun müddət kişini gərginlikdə saxlayan hər bir amil impotensiyaya gətirib çıxara bilər. Məsələn, uzun sürən stress, daimi ağır işdən yorğunluq, ağır emosiyalar, depressiya, ailədə və cinsi həyatda ahəngsizlik, partnyorun cinsi həvəs oyada bilməməsi, cinsi həyatda nə vaxtsa olmuş uğursuzluğun təkrarlanması qorxusu və s. bu kimi amillərin təsiri nəticəsində adrenalin hormonu yüksəlir. Bu hal qanın cinsiyyət orqanında deyil, əzələlərdə toplanmasına səbəb olur və son nəticədə cinsi zəifliyə gətirib çıxarır.
Əksər kişilər xəstəlik müəyyən həddə çatana qədər həkimə müraciət etməkdən çəkinirlər. Ümumiyyətlə, belə xəstələrin həkimə müraciət etmək istəməməsi bütün dünya uroloqları və seksopatoloqlarının birinci problemidir. Bu məsələ ölkəmizdə aktualdır.
Həkimə vaxtında müraciət etməklə siz gələcəkdə baş verə biləcək daha ciddi problemlərin qarşısını ala və tam müalicə oluna bilərsiniz.
Check-up paketə daxil olan müayinələr:
- Sidiyin kliniki analizi
- Yaxmanın kliniki analizi
- Neisseria gonorrhoeae PCR
- Chlamydia trachomatis PCR
- Mycoplasma genitalium PCR
- Trichomonas vaginalis PCR
- Mycoplasma hominis PCR
- Gardnerella vaginalis PCR
- Herpes I+II PCR
- Ureaplasma parvum / urealyticum PCR
- HPV skrininq
- HPV 6,11
- HBsAg - kart-test
- Sifilis - kart-test
- Anti-HIV - kart-test
- Anti-HCV - kart-test
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.