Sağlam xəbər

22 il əvvəl biz başladıq...

Məqsədimiz dəqiq və etibarlı laborator analizlər aparmaq, hər kəsə keyfiyyətli və güvənilir tibbi xidmət göstərmək idi. Zaman keçdikcə xidmətimizin keyfiyyəti, pasiyentlərimizin məmnunluğu və qazandığımız etibar bizi daha da böyütdü. Artıq ölkə üzrə 6 filialda fəaliyyət göstərir, sağlamlığa verilən dəyəri daha geniş miqyasda paylaşırıq. 

Əldə etdiyimiz nailiyyətlərin arxasında isə Sağlam Ailə Tibb Mərkəzinin bütün filiallarında çalışan peşəkar və çalışqan əməkdaşların zəhməti dayanır. Onların səyi ilə 22 ildir ki, tibbi xidmətləri daha əlçatan, daha etibarlı və daha müasir şəkildə təqdim edirik. Bu gün gəldiyimiz nöqtə — illərlə qoruyub daşıdığımız dəyərlərin, göstərilən əzmin və pasiyentlərimizə duyduğumuz məsuliyyətin təcəssümüdür.

 22 il boyunca bu yolda birgə addımladıq. İndi isə yolumuza birlikdə  daha sağlam, daha güvənli  davam edirik.

Biz buradayıq — hər zaman yanınızda!

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi