Sağlam xəbər

58-ci Avropa Diabet konqresi

Sağlam Ailə Tibb Mərkəzinin Endokrinologiya üzrə həkim heyəti Stokholmda keçirilən 58-ci Avropa Diabet konqresində iştirak ediblər. 

19- 23 sentyabr 2022-ci il tarixində təşkil olunan tədbirə müxtəlif ölkələrdən qatılan mütəxəssislər diabetlə mübarizənin yollarını müzakirə etmək üçün bir araya gəliblər. Konqresdə pre-diabetlə mübarizə üsulları, şəkərli diabetin idarəetmə prosesi və onun normal vəziyyətdə saxlanılması, şəkərli diabetə keçməsinin qarşısının alınması və digər endokrinoloji mövzular müzakirə edilib. 

Müzakirələrdə Sağlam Ailə Tibb Mərkəzinin endokrinoloqları Əli İbrahimov və İlqar Əsədov da çıxış edib. 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi