Fəaliyyətində xidmətlərini daima təkmilləşdirməyə xüsusi önəm verən və pasiyentlərinə yüksək keyfiyyətli xidmət göstərən Sağlam Ailə Tibb Mərkəzi üçün pasiyentlərin məmnunluğu və xidmətlərə qarşı loyallığı müstəsna əhəmiyyət daşıyır.
Məhz bu səbəbdən, Sağlam Ailə Tibb Mərkəzi yarandığı gündən etibarən keyfiyyətli və dəqiq nəticəyə istiqamətlənmiş laborator xidmət üzrə ölkədə innovativ metodları tətbiq etməyə davam edir. Çünki pasiyentlərimizə təqdim olunan test nəticələrinin mümkün olan yüksək həssaslıqla işlənilməsi üçün hər zaman laborator prosesləri ən uyğun şəkildə icra etməyi hədəfləyirik. Bunun üçün müntəzəm şəkildə keyfiyyətə nəzarət və kalibrləmə proqramlarını həyata keçirir və laboratoriyalararası müqayisə alətlərindən istifadə edirik.
Bu məqsədlərimizə sadiq qalaraq Azərbaycan səhiyyə sistemində bir ilkə imza atdıq. Belə ki, Türkiyə Akkreditasiya Agentliyində (TürkAK) aparılan yoxlamalar nəticəsində Sağlam Ailə Tibb Mərkəzi Azərbaycanda TÜRKAK akkreditasiyalı ilk tibbi laboratoriya statusu qazanmışdır.
Qazandığımız TS EN ISO 15189 keyfiyyət nişanı tibbi laboratoriyalarda təhlükəsizliyi, pasiyentlərin və müalicəyə birbaşa cavabdeh olan klinik heyətin tələb etdiyi dəqiqliyi və keyfiyyətli xidmət göstərməyi əhatə edir.
Qeyd etmək istərdik ki, Sağlam Ailə Tibb Mərkəzi 2014-cü ildə ISO 15189:2012 sertifikatına da layiq görülmüşdür.