23 Oktyabr 2021-ci il tarixində Sağlam Ailə Tibb Mərkəzinin Laboratoriyası “RİQAS-Xarici Keyfiyyətə Nəzarət Proqramlarından il ərzində ən çox çeşid istifadə etdiyinə ” və “ACUSERA- Daxili Keyfiyyətə Nəzarət Proqramlarının və QCMD- Molekulyar Diaqnostikada Xarici Keyfiyyətə Nəzarət Proqramlarının ilk istifadəçisi olduğuna görə 2 müxtəlif nominasiya üzrə mükafatlara layiq görülmüşdür.
Xüsusilə qeyd etmək istərdik ki, Sağlam Ailə Tibb Mərkəzinin müxtəlif beynəlxalq sertifikat və mükafatlara layiq görülmüş laboratoriyası Azərbaycan üzrə RİQAS proqramında iştirak edən ilk laboratoriyalardandır.
RİQAS - Xarici Keyfiyyətə Nəzarət sistemi üçün ən böyük beynəlxalq sxemdir. RANDOX kompaniyası tərəfindən hazırlanmış RİQAS proqramı- RANDOX Beynəlxalq Keyfiyyətin Qiymətləndirilməsi sxemini əks etdirir. RİQAS-da 125 ölkədən 43000-dən çox laboratoriya iştirak edir.
Uğurlarımızın əldə edilməsində əməyi keçən Sağlam Ailə Tibb Mərkəzinin bütün kollektivinə və 18 ildir Sağlam Ailə Laboratoriyasına güvənən bütün pasiyentlərimizə təşəkkür edirik!