Sağlam xəbər

Karl Yunqun şəxsiyyət tipi testi

  1. Nəyə üstünlük verirsiniz?
  • bir neçə yaxın dosta (0 bal)
  • geniş yoldaş kompaniyasına (1 bal)
  1. Hansı kitabları oxumağa üstünlük verirsiniz?
  • maraqlı süjet xətti olan (1 bal)
  • qəhrəmanın daxili dünyasını açan (0 bal)
  1. İşinizdə nəyə yol verə bilərsiniz?
  • gecikməyə (0 bal)
  • səhvlərə (1 bal)
  1. Yalnış hərəkət etdiyimdə .......
  • ciddi narahatlıq hissi yaşayıram (0 bal)
  • ciddi narahatlıq hissi yaşamıram (1 bal)
  1. İnsanlarla ünsiyyət qurarkən
  • ünsiyyətcilsiniz (1 bal)
  • təmkinlisiniz (0 bal)
  1. Özünüzü küsəyən hesab edirsiniz?
  • Bəli (0 bal)
  • Xeyr (1 bal)
  1. Gülərkən ucadan və ürəkdən gülürsünüz?
  • Bəli (1 bal)
  • Xeyr (0 bal)
  1. Mən özümü ............ hesab edirəm.
  • Dinməz (0 bal)
  • Söhbətcil (1 bal)
  1. Fikir və hisslərimi ifadə etməkdə
  • səmimi və açığam (1 bal)
  • gizli saxlayıram (0 bal)
  1. Öz hərəkətlərimi təhlil etməyi xoşlayıram
  • Bəli (0 bal)
  • Xeyr (1 bal)
  1. Cəmiyyət içində olarkən, daha çox nəyə önəm verirsiniz?
  • Danışmağa (1 bal)
  • Dinləməyə (0 bal)
  1. Tez-tez özümdən narazıyam.
  • Bəli (0 bal)
  • Xeyr (1 bal)
  1. Təşkilatçılıq etməyi xoşlayırsınız?
  • Bəli (1 bal)
  • Xeyr (0 bal)
  1. Şəxsi gündəlik tutmaq istərdinizmi?
  • Bəli (0 bal)
  • Xeyr (1 bal)
  1. Qərar qəbul etdikdən sonra dərhal icraya keçirəm.
  • Bəli (1 bal)
  • Xeyr (0 bal)
  1. Əhval-ruhiyyəm tez-tez dəyişir.
  • Bəli (1 bal)
  • Xeyr (0 bal)
  1. Öz fikirlərimi başqalarına qəbul etdirməyi, başqalarını inandırmağı xoşlayıram.
  • Bəli (1 bal)
  • Xeyr (0 bal)
  1. Sizin hərəkətləriniz?
  • Cəlddir (1 bal)
  • Yavaşdır (0 bal)
  1. Siz mümkün ola biləcək xoşagəlməz hadisələrdən narahat olursunuz?
  • Tez-tez (0 bal)
  • Nadirən (1 bal)
  1. Mən çətin anlarda kömək üçün
  • Müraciət edirəm (1 bal)
  • Müraciət etmirəm (0 bal)

Verdiyiniz cavablar əsasında topladığınız balları hesablayın və 5-ə vurun. Alınan nəticəni aşağıdakı aralığa uyğun tapın:

İntrovert. (0-35) Daha çox öz daxili dünyasına diqqət yetirən, səs-küylü yığıncaqlardan uzaq olmağa çalışan, özü ilə vaxt keçirməyi sevən şəxsiyyət tipidir. Bu cür insanlar sevdikləri məşğuliyyəti və ya sadəcə axşam evdə kitab oxumağı, film izləməyi insanlarla daimi ünsiyyətdən üstün tuturlar. Çox vaxt bu hərəkətləri, xüsusilə ektravertlərlər tərəfindən qəribə qarşılanır.

İntrovertlər özlərinə çox diqqət çəkmək istəmədiklərindən, adətən axra sıralarda oturmağı və ya masanın küncünə və ya qapıya yaxın hissədə otururlar. Bu da öz növbəsində onlara gizli və müşahidəçi olmağa, istənilən vəziyyəti ətraflı təhlil etməyə, az-çox obyektiv nəticələr çıxarmağa imkan verir.

Özlərini ətrafdakı insanlara sübut etməyi və nümayəşkar olmağı sevmirlər, buna ehtiyac duymurlar. Çox vaxt ətrafdakı insanların düşündüklərindən qat-qat ağıllı olurlar, lakin həmişə zəkalarını göstərmirlər. Adətən zəkalarını lazımi nəticə çıxarmaq, problemlərini və vəzifələrini həll etmələri üçün istifadə edirlər.

Ünsiyyətcil olmamalarına baxmayaraq, onları maraqlandıran mövzularda düzgün ünsiyyət qurulduqda, çox maraqlı həmsöhbət ola bilərlər. Zəngin daxili dünyaları onları həm yaxşı hekayəçi, həm yaxşı dinləyici edir. Bəzən fikirlərini və daxili hisslərini bölüşmək üçün həmsöhbətə ehtiyac duyurlar, amma yaxşı olar ki, bu şəxs onları dinləyən, diqqət yetirən, özləri kimi sakit təbiətli biri olsun. Bu səbəblə, az dosta üstünlük verirlər. Dostluqları isə uzunmüddətli və möhkəm olur.

Proqramçı, data analitik, elmi işçi, mühəndis, kopirayter, kuryer, sürücü, rəssam, yazıçı kimi peşələrə üstünlük verirlər.

Ambivert. (40-65) Hər iki şəxsiyyət tipinin xüsusiyyətlərini özündə birləşdirən, müxtəlif situasiyalara müvafiq cavab verə bilən şəxsiyyət tipidir. Vəziyyətdən asılı olaraq, həm introvert, həm ekstravert kimi hərəkət edirlər. Həm səs-küylü kompaniyalarda, həm sakit insanlar əhatəsində özlərini rahat hiss edirlər.

Hadisələri və onlara qarşı emosiya və reaksiyalarını təhlil edib nəticə çıxarmağı sevirlər. Davranışlarını nəticəyə uyğun dəyişib, qiymətləndirirlər. Bu adaptasiya çox zaman özləri belə fikir vermədən baş verir. Deyə bilərik ki, onlar eyni zamanda həm şəxsi mənfəətlərini, həm də digər insanların maraqlarını qoruya bilirlər.

Həm şəxsi, həm professional həyatda çevik və tarazlı ünsiyyət qurma qabiliyyəti onların ən əsas özəlliklərindəndir. Yeganə dezavantaj, daxili enerji balansını qoruya bilmə çətinliyidir. İntrovertlər tənha olduqları zaman, ekstravertlər isə insanlarla ünsiyyət qurduqları zaman enerji balansını bərpa edirlərsə, ambivertlər bu prosesdə çətinlik çəkirlər. Öhdəsindən gəlmək üçün emosiya mübadiləsi edə biləcək geniş çevrəyə və eyni zamanda özlərinə çəkilə biləcək məkana ehtiyac duyurlar.

Buna görə daxili enerjilərini qənaətlə istifadə edirlər. Davranışlarını dəyişib həm icraçı, həm nəzarətçi roluna keçib, vəziyyəti təhlil edirlər. Eyni pozisiyada uzun müddət qalmağı sevmirlər. Bu səbəblə, çevrəsindəki insanların bir hissəsi onları sakit və həssas biri kimi, digər hissəsi isə şən və zarafatçıl biri kimi tanıyır. Hər iki tərəf haqlıdır. Adaptasiya ola bilmə onların üstünlüyüdür.

Psixoloq, ofis işçisi, könüllü işçi, sosial işçi, bloqer, diplomat, siyasətçi, aktyor kimi peşələrə üstünlük verirlər.

Ekstravert. (70-100) Dünyanı dəyişdirməkdə qərarlı olan şəxsiyyət tipidir. Həyat enerjiləri xaricə və digər insanlara yönəldiyindən, ünsiyyətcil, açıq düşüncəli olurlar. Enerjiləri ilə digər insanları özlərinə cəzb edirlər. Emosiyalarını açıq biruzə verirlər. Yaxın hiss etdikləri insanlar ilə mehriban və gülərüz olub, sevmədiyi insanlara qarşı sərt və istehza ilə davrana bilərlər.

Ətraf mühitlə daimi əlaqədə olmağı sevdiklərindən, həyatın praktiki və sosial tərəflərini üstün tuturlar. İntrovertlərə xas olan uzun düşüncələrə qapılmırlar. İntrovertlər özlərini dəyişməyi, xarici aləmə uyğunlaşmağı daha çox sevirlər, lakin ekstravertlər bütün dünyanı dəyişmək, ətrafda gedən proseslərə təsir etmək istəyirlər.

Bəzən emosiyalarına nəzarət edə bilmədikdə məyus ola bilirlər. Az düşünüb, çox hərəkət etməkləri müəyyən vəziyyətlərdə faydalıdır, lakin bəzi hallarda çətinliklər yarada bilir. Ekstravertlərin çox danışıb, az çalışan nümayəndələri çox sevilməsə də, bilik və bacarıqlı olanları böyük nailiyyət və hörmət qazanırlar. Bu şəxslər adətən effektiv idarəçilər olurlar. 

Ekstravertlə effektiv ünsiyyət qurmaq üçün yaxşı dinləyici olmaq kifayətdir. Çünki özləri, nailiyyətləri, bacarıqları haqqında danışmağı çox sevirlər. Daimi yeni əlaqələr axtarır, diqqəti özlərinə cəlb etməyi sevirlər və insanların sıx olduğu yerlərdə vaxt keçirməyə üstünlük verirlər. Şənliklərin, səs-küylü yığıncaqların əsas qəhrəmanlarıdır. Adətən geniş dost ətrafları var.

Cərrah, ilkin tibbi yardım personalı, icraçı direktor, hüquqşünas, jurnalist, yanğınsöndürən, polis kimi peşələrə üstünlük verirlər.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi