Sağlam cavab

Onlayn Ailə Həkimi

Ailə həkimi nədir?

Ailə həkimi ailənin bütün üzvlərinin (uşaq, gənc, yaşlı, valideynlər və s.) sağlamlıq vəziyyətini mütəmadi olaraq izləyən, ilkin müayinə və müalicəni həyata keçirən, tibbi məlumatları sistemləşdirən, risk faktorlarını zamanında müəyyən edərək, onları müvafiq mütəxəssislərə yönləndirən peşəkar həkimdir

Ailə həkimi niyə vacibdir?

Uşaqların peyvəndləri, məktəb öncəsi müayinələr, gənclərin sağlamlıq vəziyyətinin izlənməsi, hormonal disbalanslar, valideynlərin profilaktik müayinələri, yaşlı ailə üzvlərinin xroniki xəstəliklərinin idarəsi və s. Bütün bu sağlamlıq vəziyyətlərinin eyni anda idarə edilməsi, gecikmədən,vaxtında həkim qəbulu və müayinələr olduqca qarışıqdır və çaşqınlıq yarada bilir.  Ayrı-ayrı həkimlər və klinikalar arasında bölünmüş ailə üçün bəzən vaxt itkisi və yanlış qərarlar qaçınılmaz olur. Online Ailə Həkimi xidməti, ailənin bütün sağlamlıq ehtiyaclarını vahid, etibarlı bir mərkəzdən idarə etməyə imkan yaradır. Artıq müayinə və analizləri seçim etməyə, həkim axtarmağa, şikayətinizə uyğun dolğun və etibarlı olmayan mənbələrdən tibbi informasiyanı toplamağa  vaxt sərf etməyəcəksiniz,bütün ailəniz üçün peşəkar tibbi  dəstək hər zaman yanınızdadır.

Ailə Həkiminin Üstünlükləri

Ailənin hər üzvü üçün sağlamlıq ünvanı və tibbi məlumatların mərkəzləşdirilməsi sağlamlıq vəziyyətlərinin idarəsini xeyli asanlaşdırır. Ailə həkiminiz xəstəliklər, simptomlar və şikayətləriniz barədə dolğun məlumata sahib olur. Bu, potensial xəstəliklər üçün risk faktorlarını düzgün qiymətləndirməyə və sizi uyğun istiqamətə yönləndirməyə imkan verir. Eyni zamanda yanlış müalicə və artıq xərclərin qarşısının alınması baxımından olduqca vacibdir. Hər hansı vaxt və məkan məhdudiyyəti olmadan -istənilən vaxt ,istənilən yerdən, heç bir ödəniş tələbi olmadan əlaqə saxlamaq mümkündür. Ailə üzvlərinin hər birinə fərdi yanaşma isə hər yaş qrupunun ehtiyacına uyğun tibbi planın hazırlanmasını təmin edir.

Ailə həkimi kimlərə xidmət göstərir?

Ailə həkimi hər yaşda olan insanlara tibbi xidmət göstərir. Onun əsas vəzifəsi ailənin bütün üzvlərinin sağlamlıq ehtiyaclarını eyni mərkəzdən idarə etməkdir.

Ailə həkimi xidmət göstərir:

  • Körpə və uşaqlara – peyvəndlərin izlənməsi, fiziki inkişafın qiymətləndirilməsi, qidalanma və immunitetin gücləndirilməsi ilə bağlı məsləhətlər.
  • Gənclərə və yeniyetmələrə – böyümə və inkişaf dövründə sağlam həyat tərzi, qidalanma və psixoloji dəstək mövzularında məsləhətlər.
  • Yetkinlərə – gündəlik sağlamlıq problemlərinin həlli, xroniki xəstəliklərin (hipertoniya, şəkərli diabet, ürək-damar xəstəlikləri və s.) izlənməsi və profilaktikası.
  • Yaşlılara – yaşla bağlı xəstəliklərin monitorinqi, müalicə planlarının koordinasiyası, dərman istifadəsinin düzgün idarə edilməsi.

Ailə həkimi hansı xidmətləri göstərir?

  • Ailə üzvlərinin sağlamlıq məlumatlarının online izlənməsi və arxivləşdirilməsi
  • İllik profilaktik müayinə planının hazırlanması və xatırladılması
  • Şikayət və simptomlara əsasən uyğun analiz və müayinələrə,ehtiyac olduqda ixtisas həkiminə yönləndirmə
  • Uşaqlar üçün peyvənd təqvimi, fiziki inkişafın izlənməsi və qidalanma məsləhətləri
  • Sağlam həyat tərzi, qidalanma və stress idarəsi üzrə tövsiyələr
  • Yaşlı ailə üzvlərinin xroniki xəstəliklərinin monitorinqi
  • Analiz nəticələrinin aydın izahı və növbəti addımlar barədə dəqiq istiqamətləndirmə
  • Təcili simptomlarda operativ həkim məsləhəti

Ailə həkiminə necə müraciət etmək olar?

Müraciətinizi +994554500910 nömrəsinə zəng vasitəsilə və ya WhatsApp üzərindən ünvanlaya bilərsiniz. Hər iki halda müraciətiniz gün ərzində cavablandırılacaq. Eyni zamanda 012(910) çağrı mərkəzi vasitəsilə əlaqə mümkündür. Sağlamlığınız üçün xidmətinizdəyik!

Ailə həkimi nə iş görür?

Ailə həkimi ailənin bütün üzvlərinə ilkin tibbi yardım göstərir, sağlamlıq vəziyyətini izləyir, profilaktik müayinələri planlayır, lazım gəldikdə analiz və müayinə təyin edir və xəstəni ixtisas həkiminə yönləndirir. O, həmçinin uşaqlar üçün peyvəndlərin izlənməsi, böyüklər üçün xroniki xəstəliklərin monitorinqi, sağlam həyat tərzi və qidalanma ilə bağlı məsləhətlər verir.

Ailə həkimi xidmətləri ödənişlidirmi?

Onlayn Ailə Həkimi xidmətində həkimlə əlaqə və ilkin məsləhətləşmə ödənişsizdir. Əlavə müayinələr, laborator analizlər və ixtisas həkimlərinə yönləndirmələr isə ayrıca ödəniş əsasında həyata keçirilir.

Ailə həkimi hansı yaş qruplarına xidmət göstərir?

Ailə həkimi bütün yaş qruplarına – körpələrə, uşaqlara, yeniyetmələrə, böyüklərə və yaşlılara - hər kəsə tibbi xidmət göstərir. Hər bir yaş dövrünün ehtiyacına uyğun olaraq profilaktik müayinələr, müalicə və sağlam həyat tərzi ilə bağlı məsləhətlər təqdim edir.

Ailə həkimi resept yaza bilərmi?

Bəli, ailə həkimi ilkin müalicə və profilaktika məqsədilə lazım olan dərmanları reseptlə yaza bilər. Lakin xüsusi ixtisas tələb edən hallarda və ya uzunmüddətli müalicə zamanı xəstəni uyğun ixtisas həkiminə yönləndirir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi