Online Həkim
Sağlamlığa bir “click” daha yaxın!
Bəzən şikayət və narahatlığımıza uyğun olaraq hansı ixtisas həkiminə müraciət etməli, hansı analiz və müayinələrdən keçməli olduğumuzu müəyyən edə bilmirik. Sosial şəbəkələrdə araşdırma aparmaq, oxşar problemi olan tanışlarımızdan məsləhət almaq və s. kimi müxtəlif alternativ yollarla problemin səbəbini axtarmağa çalışırıq. Lakin, sosial şəbəkələrdə çox vaxt etibarsız və yanıltıcı məlumatlar yer alır,bu isə bizi narahat edir. Məsləhət aldığımız dost və tanışlar isə bir çox hallarda səhv istiqamətdə yönləndirə bilir. Məhz bu səbəbdən Sağlam Ailə Tibb Mərkəzi “Online Həkim” xidmətini əlçatan edir.
Üstünlüklər:
Zaman və məkan məhdudiyyətləri olmadan, istənilən an asanlıqla əlaqə qurmaq mümkündür. Bu xidməti sizi artıq səhv istiqamət axtarışlarından,vaxt və əlavə xərc itkisindən qoruyur. Sağlamlığınızla bağlı ilk addımı tibbi bilik və təcrübəyə sahib mütəxəssis dəstəyi ilə, ödənişsiz şəkildə atırsınız. Bu yolla həm doğru istiqaməti seçir, həm də sağlamlığınızı etibarlı məsləhətlərlə qoruyursunuz.
Xidmətimiz çərçivəsinə daxil olanlar:
- Pasiyentlərin şikayətlərini diqqətlə dinləyib, təhlil edərək uyğun ixtisas həkiminə yönləndirmə;
- Ehtiyac yarandıqda, problemin mahiyyətinə uyğun analiz və müayinələrin təyin edilməsi;
- Profilaktik müayinə istəyənlər üçün fərdi müayinə paketlərinin tövsiyə olunması;
- Verilən analiz nəticələrinin aydın və anlaşılan dildə izah edilməsi;
- Nəticələrə uyğun olaraq növbəti addımlar barədə dəqiq və düzgün istiqamətləndirmə.
Necə müraciət etmək olar?
Müraciətinizi +994 55 220 09 10 nömrəsinə zəng vasitəsilə və ya WhatsApp üzərindən ünvanlaya bilərsiniz. Eyni zamanda 012(910) çağrı mərkəzi vasitəsilə əlaqə mümkündür. Hər iki halda müraciətiniz gün ərzində cavablandırılacaq.
Sağlamlığınız üçün xidmətinizdəyik!