Sağlam cavab

Urogenital nahiyədən götürülən yaxma analizinin şərtləri nələrdir?

Qadınlarda:

  1. Cinsi pəhriz  - 2 gün
  2. Son sidik  ifrazından 3 saat keçdikdən sonra
  3. Kolposkopiya(Vaginal USM )müayinəsindən əvvəl və ya 24 saat sonra
  4. Vaginal şam qəbulundan 3 gün sonra
  5. Adəti qanaxmadan 2 gün əvvəl və ya bittikdən 3 gün sonra.
  6. Antibiotik tərkibli dərmanların qəbulundan 14 gün keçməlidir.
  7. Müayinə götürüləcəyi günü dərindən yuyunmaq olmaz. ( ilıq su ilə yuyunma mümkündür). 

 

Qızlarda (virgo) yaxma analizi vaginadan götürülür.



Bəylər  üçün şərtlər:

  1. Müayinə götürüləcəyi gün sidiyə çıxılmamalı və ya son sidik ifrazından  4-5 saat sonra
  2. Antibiotik tərkibli dərmanların qəbulundan 14 gün keçməlidir
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi