Xərçəng xəstəliyi dünyanın ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Belə olan halda isə əksər insanlarda sual yaranır: “Ailəmda xərçəng varsa, mən də bu xəstəliyə tutulacağam?” Əslində, xərçəngin yaranma səbəbləri bir neçə amildən – həyat tərzi, ətraf mühit və genetik faktorlardan asılıdır.
Xərçəng xəstəliyində genetik faktorların rolu
Bəzi xərçəng növlərində genetik irsiyyət mühüm rol oynaya bilər. Yəni, ailədə xərçəng xəstəliyi olan yaxın qohumlar varsa, risk müəyyən qədər arta bilər. Xüsusilə döş xərçəngi, yumurtalıq xərçəngi və bağırsaq xərçəngində genetik meyl daha çox önə çıxır.
Lakin bu o demək deyil ki, ailəsində xərçəng xəstəliyi olan hər kəs mütləq xərçəng olacaq. Genetik faktorlar riski artıra bilər, amma həyat tərzi və profilaktik tədbirlər riskin qarşısını almaqda mühüm rol oynayır.
Riskin azaldılması üçün nə etməli?
- Müntəzəm həkim müayinələrindən keçmək
- Sağlam qidalanmaya diqqət etmək
- Siqaret və alkoqoldan uzaq durmaq
- Fiziki aktivliyi artırmaq
- Lazım olduqda genetik testlər etmək
Ailədə xərçəng xəstəliyi olması müəyyən risk faktorudur, amma bu riskin qarşısını vaxtında tibbi müayinə və sağlam həyat tərzi ilə azaltmaq mümkündür. Sağlam Ailə Tibb Klinikası olaraq biz genetik məsləhətlər və profilaktik müayinələrlə sizi dəstəkləyirik.