İrsi xəstəliklər valideynlərdən övladlara genlər vasitəsilə ötürülən sağlamlıq problemləridir. Bu tip xəstəliklər bəzən uşaqlıq dövründə, bəzən isə illər sonra özünü göstərə bilər. Ailədə oxşar sağlamlıq problemlərinin təkrarlanması irsi faktorların rolunu ön plana çıxarır. Erkən mərhələdə aparılan müayinələr gələcək risklərin qarşısını almaqda mühüm əhəmiyyət daşıyır. Unutmayın ki, genetika yanaşması sayəsində həm mövcud problemlər, həm də gələcəkdə yarana biləcək risklər öncədən qiymətləndirilə bilər.
Genetik xəstəliklər bizə necə təsir edir?
Genetik xəstəliklər orqanizmin müxtəlif sistemlərinə təsir göstərə bilər və təsir dərəcəsi xəstəliyin növündən asılı olaraq dəyişir. Bəzi hallarda yalnız yüngül simptomlar müşahidə olunsa da, bəzən ciddi və uzunmüddətli müalicə tələb edən vəziyyətlər yarana bilər. Bu xəstəliklər bir çox problemlərə səbəb ola bilər. Bunlara misal olaraq:
- Maddələr mübadiləsi,
- Qan dövranı,
- Sinir sistemi
İmmun müdafiə ilə əlaqəli yarana biləcək bir çox xəstəlikləri göstərə bilərik.
Məhz buna görə ailə tarixçəsinin düzgün qiymətləndirilməsi vacib sayılır.
Ailədə qan problemləri varsa, nə etmək lazımdır?
Ailədə qanla bağlı problemlər mövcuddursa, bu vəziyyət diqqətdən kənarda qalmamalıdır. Xüsusilə “irsi qan xəstəlikləri hansılardır” sualı belə ailələr üçün aktualdır. Talassemiya, hemofiliya və bəzi anemiya növləri bu qrupa daxildir. Belə hallarda mütəmadi tibbi nəzarət, laborator analizlər və həkim məsləhəti risklərin idarə olunmasına kömək edir. Vaxtında görülən tədbirlər ağırlaşmaların qarşısını ala bilər.
İrsi problemlər vaxtında necə aşkar olunur?
İrsi problemlərin erkən aşkarlanması müasir tibbin əsas üstünlüklərindən biridir. Bu məqsədlə aparılan müayinələr ailə tarixçəsi, klinik əlamətlər və laborator testlər əsasında planlaşdırılır. Bu prosesdə genetik xəstəlik analizləririsk faktorlarının müəyyənləşdirilməsində mühüm rol oynayır. Əgər ailənizdə irsi və ya genetik problemlərlə bağlı narahatlıqlar varsa, vaxtında mütəxəssisə müraciət etmək vacibdir. Sağlam Ailə sağlamlıq mərkəzində müasir müayinə üsulları, laborator analizlər və peşəkar həkim konsultasiyası ilə həm diaqnostika, həm də müalicə xidmətlərindən rahatlıqla yararlana bilərsiniz. Sağlam gələcək üçün ilk addımı elə bu gün, bizimlə birgə ata bilərsiniz!