Arıqlamaq hər kəsin arzusudur, amma çox zaman düzgün yanaşma olmadıqda nəticə ya gecikir, ya da ümumiyyətlə əldə olunmur. İnsanlar bəzən yanlış üsullara məsələn, arıqlamaq üçün dərmanlar, su ilə arıqlamaq və ya müxtəlif bitki çayları kimi vasitələrə güvənirlər. Halbuki sağlam şəkildə arıqlamaq üçün əsas diqqət yetirməli olduğumuz məqam düzgün qidalanma və balanslı həyat tərzidir.
Arıqlamaq üçün nə etməli?
Arıqlamaq üçün ilk addım qarşıya düzgün məqsəd qoyub səbrli olmaqdır. Çəki itirmək üçün bədəni ac buraxmaq yox, əksinə ona lazım olan qidaları balanslı şəkildə vermək lazımdır. Çoxları “arıqlamaq üçün derman” axtarır, amma bu, yalnız qısa müddətli təsir göstərə bilər və sağlamlıq üçün risklidir. Ən effektiv üsul pəhriz, idman və düzgün yuxu kombinasiyasıdır.
Arıqlamaq üçün idmanlar
“Arıqlamaq üçün nə etmək lazımdır?” sualına ən yaxşı cavablardan biri də fiziki aktivlikdir. Çoxları idmanı sadəcə yağ yandırmaq üçün edir, amma idman həm də əzələ kütləsini qorumağa və maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Nümunə olaraq kardio məşqlər, qaçış, sürətli gəzinti, velosiped sürmək, ağırlıq qaldırmaq, rezinlə məşqlər, plank, squat, press hərəkətlərini demək olar.
Su ilə arıqlamaq
Çoxları su içməklə arıqlayacağını düşünür. Əslində su yağ yandırmır, amma maddələr mübadiləsini sürətləndirir, aclıq hissini azaldır və orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir. Gün ərzində kifayət qədər (orta hesabla 1.5–2 litr) su içmək arıqlama prosesinə müsbət təsir edir.
Arıqlamaq üçün bitki çayları
Yaşıl çay, zəncəfil, darçın və limon qarışımları bədəndən ödəmin atılmasına, həzmin yaxşılaşmasına kömək edə bilər. Amma unutmayaq ki, bitki çayları arıqlamağın əsas yolu deyil, sadəcə dəstək vasitəsidir. Onları sağlam qidalanma və idmanla dəstəkləmək vacibdir.
Arıqlamaq üçün vasitələr və dərmanlar
Bazarda çoxlu “arıqlamaq üçün vasitələr” adı ilə məhsullar təqdim olunur: həblər, tozlar, şuruplar. Lakin bunların çoxu müvəqqəti təsir göstərir və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Əgər dərman istifadəsi düşünülürsə, mütləq həkimlə məsləhətləşmək lazımdır.