Tibbi məlumatlar

Böyrəkdə zülal nədir? Sidik analizində zülal çıxması təhlükəlidirmi?

Normal halda zülal molekulları böyrəklər tərəfindən süzülərək sidiyə keçməməlidir. Sağlam böyrək filtrasiya sistemi işlədikdə zülal qanda qalır və orqanizm üçün vacib funksiyalarını yerinə yetirir. Lakin boyrəkdə zülal olmasi sidik analizində aşkarlanırsa, bu böyrək filtrinin zəiflədiyi deməkdir. Tək-tük hallarda bu müvəqqəti ola bilər – məsələn, ağır fiziki yüklənmə və ya infeksiyadan sonra. Amma davamlı müşahidə olunarsa, artıq böyrək funksiyasında problem olduğuna işarədir və mütləq araşdırılmalıdır.

Boyrəkdə zülal neden yaranir?

Bu müxtəlif səbəblərdən əmələ gəlir. Ən çox rast gəlinən səbəblər:

  • Böyrək iltihabı və infeksiyalar
  • Şəkərli diabet
  • Yüksək qan təzyiqi
  • Böyrək toxumasının zədələnməsi
  • Uzunmüddətli dərman istifadəsi
  • Güclü stress və fiziki yüklənmə

Səbəb düzgün müəyyən edilmədikdə problem dərinləşə bilər. Ona görə boyrəkdə zülal aşkarlananda vaxtında diaqnostika vacibdir.

Böyrəkdə zülal olması hansı problemlərdən xəbər verir?

Boyrəkdə zülal olmasi böyrəklərin filtrasiya qabiliyyətinin zəiflədiyini göstərir. Erkən mərhələdə heç bir simptom verməsə də, zamanla şunlar ortaya çıxa bilər:

  • Şişkinlik
  • Halsızlıq və yorğunluq
  • Sidikdə dəyişikliklər
  • Qan təzyiqi problemləri

Davamlı zülal itkisi həmçinin maddələr mübadiləsinə təsir edir və diqqətdən kənarda qaldıqda xroniki böyrək xəstəliklərinə səbəb ola bilər.

Boyrəkdə zülal aşkarlandıqda nə etmək lazımdır?

Əgər analizdə boyrəkdə zülal qeydə alınıbsa:

  • İlk növbədə həkimə müraciət edin
  • Əlavə sidik və qan analizləri, ultrasəs və digər testlər səbəbi müəyyən etməyə kömək edir
  • Erkən mərhələdə düzgün müalicə və həyat tərzi dəyişiklikləri ilə problem nəzarət altına alınır

Bilmədən dərman qəbul etmək əvəzinə, mütəxəssis nəzarətində müayinə daha təhlükəsiz və effektivdir. Böyrək sağlamlığınızı yoxlamaq və analiz nəticələrini dəqiq qiymətləndirmək üçün Sağlam Ailə Tibb Mərkəzində laborator müayinə və həkim konsultasiyasından keçə bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi