Çəki artıran vitaminlər

İmmunitetin nədir və növləri hansılardır ?HLA analizi haqqındaGen terapiyasıCOVID-19 testiDaun Sindromu və Daun Sindromu əlamətləriSeliakiya xəstəliyiQeyri düz Kumbs reaksiyası nədir? Analiz nə üçün verilir?QızdırmaQaraciyər funksional testləri-ALTHemoqlobin(HGB) nədir?Beyninizi qoruyun!C Reaktiv Zülal (CRP) nədir?Baş ağrısı necə keçər?İnsulin nədir? İnsulin yüksəkliyi və azlığının səbəbləri.Gözlərimizin nurunu qoruyaq!COVID-19 infeksiyasının kompleks laborator diaqnostikasıHerpes nədir? Herpes virusu infeksiyası nədən yaranır?Oynaq ağrılarıİlk Tibbi YardımCovid-19 peyvəndi haqqında nələri bilməliyik?Kreatinin nədir?Bruselyoz nədir və necə yoluxur?AKNE- Tük follikullarının və piy vəzilərinin iltihablaşmasıLeykosit nədir?Testosteron nədir ? Testosteron hormonu nədir ?Prolaktin nədir?Xərçəng xəstəliyi nədir?Vaksinasiya sonrası SARS-COV-2 immunitetiPapilloma nədir və İnsan papilloma virusu(HPV) nədir?Ürəyimizi necə qorumalıyıq?Pandemiya və stressXolesterin nədir?Toksoplazma nədir?Talassemiya nədir?TSH nədir? TSH yüksəkliyi nə mənaya gəlir?Ateroskleroz nədir? Qarşısı necə alınmalıdır?Vitamin D və Vitamin D3 nədir? Sağlamlığınız üçün Vitamin D nin əhəmiyyətiŞəkərli diabet nədir? Şəkər xəstəliyinin əlamətləri nələrdir?Qarın boşluğu USM nə zaman istək edilir?Spermoqramma nədir? Spermoqramma analizi necə verilməlidir?Fol turşusu (B9 vitamini) nədir?Eritrositlər (qırmızı qan hüceyrələri) eritrosit nədir?Narkotik asılılığı və onun zərərləriSink(Zn) nədir? Sink vitamin çatışmazlığının əlamətləri nələrdir?Kalsium nədir?Maqnezium (Mg) nədir?progesteron hormonu nədir ?Saç tökülməsinin səbəbləriTrombosit nədir? Azlığı və çoxluğu nə mənaya gəlir?Süd vəzi xərçəngi nədir? Süd vəzi xərçənginin əlamətləriCOVİD-19 xəstəliyi zamanı qoxu və dad itkisiAST (aspartat aminotransferaza) nədir?Epilepsiya nədir? Epilepsiya zamanı ilk yardım necə olmalıdır?Estradiol nədir?Burun axmasının səbəbi nədir?Cinsi yolla keçən infeksiyaların əlamətləri nələrdir?Vitamin B12 nədir?Qida dözülməzliyi(qida intoleransı) nədir?Selen nədir? Orqanizm üçün faydaları nələrdir?Orqanizmdə helmintlər (qurdlar)Anemiya nədir?HIV/QİÇS nədir? Qiçs əlamətləriRevmatizm nədir? Revmatizm əlamətləriDəmir nədir? Orqanizmdə funksiyası nədir?Nutrigenetiks nədir?Yüksək qan təzyiqiNIPT analizi nədir?FMF -Ailəvi aralıq dənizi qızdırmasıFerritin nədir?Bioloji qohumluğun təyini-Atalıq testiD-dimer analizi nədir?Çölyak xəstəliyi nədir və əlamətləriYod nədir? Yod çatışmazlığıMeymunçiçəyi xəstəliyi nədir?Dişlərə qulluq vasitələri və növləriDüzgün qaralmağın yollarıEritrositlərin çökmə sürəti (EÇS) nədir?Hemofiliya xəstəliyiMenopauzaUşaqlıq boynu xərçəngi və Pap smearQızılca və Qızılca əlamətleriSu çiçəyi və su çiçəyi əlamətləriClostridium Difficile toksinləri A/B analizi nədir?Antinüvə anticismlər (ANA) analizi nədir?Anti-mitoxondrial antitellər (AMA M2) analizi nədir?Beta-2 Qlikoprotein 1 İgM analizi nədir?Tam Ekzom Sıralaması (WES) analizi nədir və nə zaman verilə bilər?Kron xəstəliyiQıcıqlanmış Bağırsaq Sindromu (Irritated Bowel Syndrome - IBS)Herpes Virus Ailəsi: Sağlamlığa Təsirləri və Növlərinə Görə XüsusiyyətləriAvilit (Avascular Necrosis): Nədir və Niyə Diqqət Edilməlidir?Prevenar 13 Nədir?İnsan Metapneumovirusu (HMPV) Nədir?Multi vitaminVitamin AVitamin KompleksiÇəki artıran vitaminlərVitamin D ƏskikliyiSelenium VitaminBiotin Vitamin

Kilo almaq bəzi insanlar üçün çətin ola bilir. Bu kimi problemin əsas qaynağı genetik faktorlar, sürətli metabolizm və ya stress kimi səbəblərdir. Bu səbəblərdən dolayı çəkinin artırması daha da çətinləşir. Bu halda, balanslı qidalanma ilə yanaşı, çəki artıra biləcək vitamin axtaşında olanlar üçün bu məqaləmizi təqdim edirik. Əgər bədəninizi düzgün dəstəkləyərək sağlam kilo almağınıza kömək edə biləcək vitamin tapmaq istəyirsinizsə, məqaləmizlə tanış ola bilərsiniz. Qeyd edək ki, çəkisini artırmaq istəyən hər kəs ilk əvvəl bilməlidir ki, bu proses sağlamlıq qorunaraq düzgün qaydada edilməlidir. 

Çəkini artıran vitaminlər nə üçün lazımdır?

Çəkini artıran vitaminlər, orqanizmin qida maddələrini düzgün mənimsəməsinə kömək edir və iştahanı artırır. Onlar bədənin enerji ehtiyatlarını artıraraq qida qəbulunun daha yaxşı şəkildə istifadəsini təmin edir. Bu vitaminlər metabolizmanın sürətini tənzimləyərək qida maddələrinin yağ və əzələ kütləsinə çevrilməsinə dəstək verir.
Sağlam şəkildə kilo almaq üçün yalnız yüksək kalorili qidalar qəbul etmək kifayət deyil. Bədənə lazım olan vitamin və minerallar olmadan bu proses həm təsirsiz, həm də sağlamlığa zərərli ola bilər.
B12 Vitamini
B12 vitamini bədən üçün möcüzəvi hesab olunan vitaminlərdən biridir. Çünki bu vitamin bədənin enerji istehsalını artırır və  sinir sisteminin sağlamlığını dəstəkləyir. Qida maddələrinin daha yaxşı işlənməsinə kömək etdiyi üçün Vitamin B12 eyni zamanda iştahanı gücləndirdiyindən bədənin ehtiyacı olan enerjini təmin edir. Bu vitaminin azlığı insanlarda tez-tez yorğunluq, halsızlıq və iştahasızlıqla yaradır. Qida rasyonunuzda qırmızı ət, balıq, süd məhsulları və yumurta kimi zəngin qidalara üstünlük versəniz, bu ehtiyacı asanlıqla qarşılaya bilərsiniz.
B6 Vitamini
B6 vitamini zülal və karbohidratları enerjiyə çevirir. Bu vitamin əzələ kütləsinin artırılmasında əvəzolunmazdır. Bədəninizin ehtiyacı olan zülalları təmin edərək əzələləri gücləndirir və qan dövranını yaxşılaşdıraraq enerji səviyyəsini yüksəldir. Əgər kartof, banan, toyuq və dənli bitkiləri menyunuza əlavə etsəniz, B6 vitamininin yüksəldiyini və faydalarını dərhal hiss edəcəksiniz.
D Vitamini
D vitamini təkcə sümüklərin sağlamlığı üçün deyil, həm də iştahanın artırılması və bədənin qida maddələrini daha yaxşı mənimsəməsi üçün vacibdir. Bu vitamin, yağ hüceyrələrinin formalaşmasına dəstək olaraq çəki artırmaq istəyənlər üçün ideal seçimdir. Gündəlik günəş işığı qəbul etməklə və ya balıq, süd məhsullarını lazimi miqdarda yeməklə, bədəninizin bu vitaminə olan ehtiyacını ödəyə bilərsiniz.  
E Vitamini
E vitamini bədənin hüceyrələrini qoruyur və metabolizmanın düzgün işləməsini təmin edir. Güclü antioksidan xüsusiyyətləri sayəsində enerji istehsalını artırır və qida maddələrinin səmərəli istifadəsinə imkan yaradır. Bu vitamini qoz, badam, bitki yağları və ispanaq kimi qidalardan əldə edə bilərsiniz.
Sink
Sink, iştahanın tənzimlənməsi və qida maddələrinin mənimsənilməsi üçün əvəzsiz mineraldır. O, immun sistemini gücləndirir, bədənə daha çox enerji toplayaraq sağlam çəki artımına dəstək olur. Əgər qırmızı ət, paxlalılar və dəniz məhsullarına üstünlük versəniz, bədəninizin sink ehtiyacınızı asanlıqla qarşılaya bilərsiniz.
Daha balanslı bir həyat və sağlam çəki artımı üçün bu vitaminlər və minerallar ilə zəngin qidaları rasionunuza daxil etməyi unutmayın!

Çəkini artıran vitaminlərdən necə istifadə etməli?

Vitaminlərdən faydalanmaq üçün onları balanslı və düzgün şəkildə qəbul etmək vacibdir. Gündəlik rasionunuza vitaminlərlə zəngin təbii qidalar daxil etməyə çalışın. Məsələn, səhər yeməyində yumurta və tam buğda çörəyi, naharda balıq və tərəvəzlər, axşam isə zülal mənbəyi olan yeməklər qəbul etmək həm vitamin ehtiyacınızı qarşılayacaq, həm də kilo artımını dəstəkləyəcək.
Əgər təbii qidalarla bu ehtiyacı ödəmək çətin olarsa, həkimlə məsləhətləşərək vitamin əlavələrindən istifadə edə bilərsiniz.

Vitaminlər tək başına yetərli olarmı?

Çəki artıran vitamin çeşidləri çoxluq təşkil etsə də, bu qida əlavələrini özbaşına qəbul etmək düzgün deyil. Sağlam qidalanma, yüksək kalorili yeməklər, düzgün idman proqramı və həyat tərzi ilə birləşdirildikdə vitaminlərin təsiri daha effektiv olur. Həmçinin, bədəninizi düzgün izləmək və ehtiyaclarınıza uyğun tədbirlər görmək də vacibdir. Bütün bu işi peşəkarlara həvalə etsəniz, nəticəni də tez zamanda görə biləcəksiniz. 
Çəkini artıran vitamin çeşidlərinin tərkibi adətən B12, B6, D, E vitaminləri və sinkdən təşkil olunur. Onlar bədənin enerji istehsalını artırır, iştahanı gücləndirir və qida maddələrinin daha yaxşı mənimsənilməsini təmin edir. Ancaq yalnız vitaminlərə arxalanmaq olmaz. Balanslı bir həyat tərzi qurmaq da çox vacibdir.
Unutmayın ki, həkimlə məsləhətləşərək sizin üçün ən uyğun vitaminləri və dozaları seçmək hər zaman ən yaxşı yoldur. Sağlamaile.az-a müraciət edərək sağlam şəkildə çəkinizi artıra bilərsiniz.
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi