Bu, boğazın selikli qişasının iltihabıdır və özünü ən çox boğazda kəskin ağrı, qıcıqlanma və yanğı hissi ilə büruzə verir. Faringit xesteliyi həm uşaqlar, həm də böyüklər arasında geniş yayıldığı üçün gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Əlamətləri vaxtında tanınmalı və ağırlaşmaların qarşısını almaq üçün doğru addımlar atılmalıdır.
Faringit Xəstəliyi və Onun Növləri: Akut və Xroniki forması
Xəstəliyin iki əsas forması var:
- Kəskin (akut) faringit: Adətən virus və ya bakterial infeksiyalar nəticəsində qəfil başlayır.
- Xroniki faringit: Bu növ daha uzunmüddətli və təkrarlanan narahatlıqla xarakterizə olunur. Xroniki faringit zamanı boğazda davamlı quruluq və qıcıqlanma hissi müşahidə edilir.
Hər iki növün səbəbləri fərqli olduğu üçün düzgün diaqnoz qoyulması müalicə üçün ilk və ən vacib mərhələdir.
Faringit Əlamətləri və Simptomları nələrdir
Əlamətləri sasən boğaz ağrısı, udma çətinliyi, yanğı və qıcıqlanma hissi ilə özünü göstərir. Faringit elametleri həm kəskin, həm də xroniki forması zamanı müxtəlif dərəcədə dəyişə bilər. Boğaz quruluğu, səs batması və zəiflik də xestelik ilə əlaqəli ola bilər.
Onun növündən asılı olaraq dəyişə bilsə də, ən çox rast gəlinən simptomlar bunlardır:
- Boğazda faringit ağrısı, yanğı və qıcıqlanma hissi
- Udqunma zamanı çətinlik
- Boğazda quruluq və qaşınma
- Səs batıqlığı
- Ümumi zəiflik və bəzən hərarət
Bu əlamətləri müşahidə edildikdə, effektiv mualicəi üçün vaxtında həkimə müraciət etmək tövsiyə olunur.
Faringit xesteliyi həm uşaqlar, həm də böyüklər arasında geniş yayıldığı üçün gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Daha ətraflı məlumat üçün qulaq, burun, boğaz xəstəlikləri mövzusuna keçid edin.
Faringit Müalicəsi necə aparılır
Faringit müalicəsi birbaşa onun yaranma səbəbindən asılıdır. Müalicə planı ümumiyyətlə iltihabı azaltmaq, boğazı yumşaltmaq və orqanizmin müqavimətini artırmaq məqsədi daşıyır. Əgər səbəb bakterial infeksiyadırsa, mualice üçün antibiotiklərdən istifadə oluna bilər. Xroniki forması isə daha kompleks yanaşma tələb edir və altta yatan səbəblərin aradan qaldırılmasına yönəlir. Düzgün diaqnoz və vaxtında başlanan müalicə ilə xəstəlik qısa zamanda nəzarət altına alına bilər.
Faringit Nədən Yaranır? Əsas Səbəblər və Risk Faktorları
Bəs, faringit nedir və onu yaradan əsas səbəblər hansılardır?
- Viruslar və bakteriyalar: Soyuqdəymə, qrip və streptokok infeksiyaları.
- Qıcıqlandırıcı amillər: Siqaret tüstüsü, quru və çirkli hava, allergiyalar.
- Digər səbəblər: Mədə turşusunun boğaza qalxması (reflüks).
Xəstəlik xüsusilə immun sistemi zəif olan şəxslərdə daha tez-tez müşahidə olunur. Xəstəlik xüsusilə immun sistemi zəif olan şəxslərdə daha tez-tez müşahidə olunur. Boyunda narahatlıq və şişkinlik hallarını öyrənmək üçün boyunda şişkinlik yazımızla tanış olun.
Risk faktorlarını düzgün qiymətləndirmək üçün "Sağlam Ailə"də mütəmadi müayinələrdən keçmək sağlamlığınız üçün vacibdir.