Tibbi məlumatlar

Ferritin nədir?

Ferritin nədir? Ferritin, orqanizmdə dəmirin ilkin formasının toplandığı hüceyrədaxili zülaldır və qan dövranında az miqdarda ifraz olunur. Bu səbəbdən ferritin səviyyəsi, bədəndə toplanmış ümumi dəmir ehtiyatlarının göstəricisi kimi istifadə edilir. Sağlam insanlarda dəmir əsasən hemoqlobin istehsalında istifadə olunur, qalan hissəsi isə ferritin və hemosiderin şəklində qaraciyər, sümük iliyi, dalaq və skelet əzələlərində depolanır.

Dəmir digər funksiyaları ilə yanaşı  sağlam qırmızı qan hüceyrələrinin  istehsalı üçün çox vacib element və qida maddəsidir. Orqanizm tərəfindən istehsal oluna bilmədiyindən bədənə qida və ya qida əlavələri ilə daxil olunmalıdır.

Sağlam şəxslərdə, orqanizmə daxil olan dəmirin çox hissəsi hemaqlobin istehsalında istifadə olunur. Geri qalan dəmirin çox hissəsi ferritin və ya hemosiderin olaraq depolanır, az hissəsi isə mioqlobin kimi digər zülalların və bəzi fermentlərin istehsalına istifdadə olunur. Ferritin və hemosiderinin əsasən qaraciyərdə olur lakin həmçinin sümük iliyi,dalaq və skelet əzələlərində də tapılır.

Dəmir səviyəsi orqanizmin ehtiyacını qarşılaya bilməyəcək səviyyədə olduqda, dəmirin miqdarı qanda  azalır, dəmir depoları tükənir və ferritin səviyəsi aşağı düşür. Bu aşağıdakı hallarda baş verir:

  • Yetərli miqdarda dəmir qəbul olunmadıqda(qida və ya əlavələrlə)
  • Çölyak xəstəliyi kimi xəstəliklər nəticəsində qida ilə qəbul olunan dəmirin bağırsaqlar tərəfindən sorula bilməməsi
  • Hamiləlik və uşaqlıq dövründə həmçinin xronik qan itirmələr zamanı dəmir ehtiyacının artması

Depolanmış və dövr edən dəmirin yetərsizliyi dəmir defisitli anemiyaya (hemaqlobinin azalması) səbəb ola bilər. Dəmir çatışmazlığının ilkin mərhələsində adətən fiziki əlamətlər görsənmir. Əlamətlər ortaya çıxmamışdan əvvəl dəmir depoları əhəmiyətli dərəcədə boşalmış olur. Sağlam şəxslərdə anemiya uzun müddətə inkişaf edir, simptomlar hemoqlobin səviyyəsi normanın aşağı həddinə çatmadan nadir hallarda biruzə verir.

Nə vaxt ki dəmir defisiti proqressivləşir, simptomlar ortaya çıxmağa başlayır. Dəmir defisitli anemiyada ən çox rast gəlinən simptomlar:

Əksinə olaraq orqanizmin ehtiyacından çox dəmir bədənə sorulduqda dəmir depoları və ferritin səviyyəsi artmağa başlayır. Çox miqdarda dəmirin orqanizmə sorulması zamanı orqanlarda dəmir birləşmələrinin miqdarı proqressiv olaraq toplanmağa başlayır və orqanların disfunksiyasına və itirilməsinə səbəb ola bilir. Buna misal hemaxromatozu göztərə biklərik. Bu xəstəlik zamanı normal pəhriz saxlanılsa belə orqanizmə həddindən artıq dəmir sorulur. Bunlardan əlavə həddindən artıq qan köçürülmə zamanı da dəmir artıqlığı görülə bilər.

Qanda ferritin azlığı

Ferritin azlığı, orqanizmdə dəmir ehtiyatlarının azalmasının və bunun nəticəsində dəmir çatışmazlığının göstəricisidir. Ferritin, bədənimizdə dəmirin saxlanma formasıdır və onun səviyyəsi, dəmir ehtiyatlarımız haqqında məlumat verir. Qanda ferritin azlığı uzun müddət müəyyən edilməzsə, bu, qırmızı qan hüceyrələrinin istehsalında ciddi problemlərə yol aça bilər. Dəmir çatışmazlığı anemiyası yaranaraq, yorğunluq, zəiflik, baş gicəllənməsi, diqqət problemləri və hətta ürək döyüntülərinin artması kimi əlamətlər meydana çıxa bilər. Xüsusilə hamilə qadınlar, uşaqlar və qida çatışmazlığı yaşayan şəxslərdə ferritin azlığı daha tez-tez görülür. Bundan başqa, xroniki qan itirmələri, məsələn, menstruasiya zamanı və ya həzm traktının xəstəliklərində də ferritin səviyyəsi aşağı düşə bilər. Qanda ferritin azlığı olan şəxslər mütləq tibbi nəzarət altında olmalı və həkim tərəfindən təyin olunan dəmir preparatları və pəhriz ilə dəstəklənməlidir. Vaxtında müdaxilə olunmadıqda, bu vəziyyət həyat keyfiyyətinin ciddi pisləşməsinə səbəb olur.


Qanda ferritin çoxluğu

Qanda ferritin çoxluğu, orqanizmdə dəmirin normal səviyyədən artıq yığıldığını göstərir ki, bu da sağlamlıq üçün təhlükəli ola bilər. Ferritin çoxluğu xüsusilə hemoxratoz kimi irsi dəmir yığılması xəstəliklərində və ya təkrarlanan qan köçürmələri nəticəsində meydana çıxır. Bu zaman dəmir qaraciyər, ürək, pankreas və digər həyati orqanlarda toplanaraq onların normal fəaliyyətini pozur. Nəticədə orqanlarda iltihab, hüceyrə zədələnməsi və funksional çatışmazlıqlar baş verə bilər. Qanda ferritin coxlugu həmçinin xroniki iltihabi xəstəliklərdə, qaraciyər xəstəliklərində və bəzi növ xərçənglərdə müşahidə oluna bilər. Bu səbəbdən, qanda ferritin çoxluğu aşkarlandıqda, əlavə laborator və instrumental müayinələr aparılmalıdır ki, dəmir yığımının səbəbi dəqiq müəyyənləşdirilsin. Müalicə isə toplanmış artıq dəmirin azaldılması, pəhriz dəyişiklikləri və zəruri hallarda tibbi prosedurlar vasitəsilə həyata keçirilir. Ferritin çoxluğu düzgün müalicə olunmazsa, orqanların ciddi zədələnməsi və həyat keyfiyyətinin pisləşməsi mümkündür. Buna görə, yüksək ferritin səviyyələri ciddi nəzarət tələb edir.
 


Ferritin analizi nə zaman istək edilir?

Qanın kliniki analizində hemoqlobin və hematokrit göstəriciləri normadan aşağı olduqda, həmçinin qırmızı qan hüceyrələri balaca və solğun olduqda, digər dəmir analizləri ilə birlikdə ferritin analizi də istək edilir. Bu göstəricilər, hələ klinik simptomlar ortaya çıxmamış olsa belə, dəmir defisiti anemiyasının erkən əlamətləri hesab olunur.

Dəmir azlığının əlamətləri olduğu zaman aşağıdakı əlamətlər görülə bilər:

  • Yorğunluq
  • Zəiflik
  • Baş dönməsi
  • Baş ağrıları
  • Solğun dəri

Bununla yanaşı, ferritin analizi dəmirin orqanizmdə çox olduğu hallarda da tələb olunur. Dəmir artıqlığı insanlarda fərqli simptomlarla özünü göstərə bilər və zamanla daha ciddi problemlərə yol aça bilər. Dəmirin qan və toxumalarda toplanması nəticəsində yaranan əsas simptomlar bunlardır:

  • Oynaq ağrıları
  • Yorğunluq
  • Zəiflik
  • Enerji azlığı
  • Qarın nahiyəsində ağrı
  • Orqan zədələnməsi(ürək və qaraciyər kimi)

Dəmir artıqlığını daha dəqiq müəyyən etmək üçün ferritin analizi ilə yanaşı, dəmir bağlayıcı xüsusiyyət və transferrin doyması əmsalı kimi digər analizlər də verilməlidir. Bu testlər birlikdə orqanizmdə dəmirin balansını tam şəkildə qiymətləndirməyə imkan verir. Beləliklə, ferritin analizi həm dəmir çatışmazlığı, həm də dəmir artıqlığı vəziyyətlərini erkən aşkar etmək və düzgün diaqnoz qoymaq üçün vacib bir laborator testdir.
 

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi