Tibbi məlumatlar

Gənclərdə sağlamlıq yoxlaması – check-up niyə vacibdir?

Müasir həyat tərzi, intensiv təhsil və iş rejimi gənclərin sağlamlığına birbaşa təsir edir. Bir çox hallarda ciddi problem olmadan yaranan yorğunluq və ümumi narahatlıq hissi diqqətdən kənarda qalır. Halbuki vaxtında aparılan gənclərdə sağlamlıq yoxlaması gizli problemlərin erkən aşkarlanmasına və sağlam həyatın qorunmasına kömək edir. Mövzu ilə daha dərindən tanış olmaq üçün stress və immunitet yazımız da sizin üçün faydalı ola bilər.

Halsızlıq və xroniki yorgunluq gənclərdə nəyi göstərir? 

Gənc yaşlarda tez-tez müşahidə olunan halsızlıq, yorgunluq və enerji azalması sadə səbəblərlə yanaşı, bəzi tibbi problemlərin göstəricisi ola bilər. 
Halsizliq ve yorgunluq hansı hallarla əlaqəlidir gəlin birlikdə baxaq:

  • Vitamin və mineral çatışmazlığı
  • Yuxu rejiminin pozulması
  • Stress və psixoloji gərginlik
  • Hormonal dəyişikliklər
  • İmmunitet zəifləməsi

Uzun müddət davam edən vəziyyətlər xroniki yorgunluq və hətta xroniki yorgunluq sindromu riskini artıran səbəblər arasında yer alır. Bu hallarda səbəbin dəqiq müəyyənləşdirilməsi olduqca zəruridir.

Gənclərdə tez-tez rast gəlinən sağlamlıq problemləri 

Statistik müşahidələrə görə gənclər arasında bəzi sağlamlıq problemləri daha geniş yayılıb.
Gənclərdə xəstəliklər əsasən həyat tərzi ilə bağlı olur və aşağıdakılarla özünü göstərə bilər:

  • Qan azlığı
  • Həzm sistemi pozğunluqları
  • Hormonal balanssızlıqlar
  • Bədəndə immun sistemin aşağı düşməsi 
  • Uzunmüddətli yorğunluq və diqqət dağınıqlığı

Bu problemlər vaxtında aşkarlanmadıqda gündəlik fəaliyyətə və gələcək sağlamlığa mənfi təsir göstərə bilər.

Nələri vaxtında yoxlatmaq lazımdır? 

Profilaktik müayinələr gənclər üçün xüsusi əhəmiyyət daşıyır. 
Aşağıdakı göstəricilərin yoxlanılması tövsiyə olunur:

  • Qan göstəriciləri və vitamin səviyyələri
  • Hormonal balans
  • İmmunitet göstəriciləri
  • Maddələr mübadiləsi ilə bağlı analizlər
  • Stressə bağlı dəyişikliklərin qiymətləndirilməsi

Bu məqsədlə hazırlanmış xroniki yorğunluq check up paketi orqanizmin ümumi vəziyyətini əhatəli şəkildə dəyərləndirməyə imkan verir. Əgər tez-tez halsızlıq, enerji azalması və ya xroniki yorğunluq hiss edirsinizsə, bunu diqqətsiz buraxmayın. Sağlam Ailə sağlamlıq mərkəzində gənclər üçün nəzərdə tutulmuş check-up müayinələrindən keçə, dəqiq diaqnostika və ehtiyac olduqda müalicə xidmətlərindən yararlana bilərsiniz. Sağlam gələcək üçün sağlamlığınıza doğru ilk addımı elə indi atın!

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi