Hepatit B nədir?
Hepatit B, viruslar tərəfindən törədilən, qan və ya digər bədən mayeləri vasitəsi ilə yoluxa bilən qaraciyəri zədələyən iltihabı xəstəlikdir. Yoluxmadan sonra bir sıra hallarda xəstəlik xroniki (uzunmüddətli) hal ala bilər və qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Hepatit B virusları dünyanın müxtəlif bölgələrində fərqli tezliklə rast gəlinir.
Hepatit B necə yoluxur?
İnsandan insana yoluxma:
- Hepatit B virusları yoluxmuş şəxslərdə qan plazmasında çox yüksək miqdarda mövcud ola bilər. Bu səbəbdən, virusun dəridə olan xırda zədələr və ya selikli qişalar vasitəsilə bədənə daxil olması kifayətdir.
- Virus daha az miqdarda digər bədən mayelərində də ola bilər-məsələn tüpürcəkdə, spermada və vaginal mayedə. Bu səbəblə, cinsi əlaqə yolu ilə də yoluxma mümkündür.
- Əgər hamilə qadın Hepatit B virusu daşıyıcısıdırsa, doğuş zamanı virus uşağa keçə bilər.
- Bəzən yoluxma hamiləlik dövründə də baş verə bilər, amma bu, nadir hallarda olur.
Çirklənmiş əşyalar vasitəsilə:
- Hepatit B virusu bədənin xaricində müəyyən müddət aktiv qalır. Bu səbəbdən birgə istifadə olunan əşyalarla da yoluxmaq mümkündür(ülgüclər, yanaşı qoyulan diş fırçaları və s.)
Tibbi müdaxilələr zamanı:
İnfeksiya ilə çirklənmiş və steril olmayan iynə tamlığı pozulmuş dəriyə təmas edərsə yoluxma mümkündür. Tibbi prosedurlar zamanı qandan əlavə digər bədən mayeləri ilə də yoluxma baş verə bilir.
Hepatit B xəstəlik əlamətləri nələrdir?
Hepatit B infeksiyası zamanı bəzən heç bir əlamət görünməyə bilər. Digər hallarda aşağıdakı simptomlar müşahidə oluna bilər:
- Yorğunluq, halsızlıq
- İştahsızlıq
- Baş və əzələ ağrıları
- Qarın ağrısı, ürəkbulanma, qusma
- Yüngül qızdırma
- Dəri və selikli qişaların saralması
- Dərinin qaşınması
- Tünd rəngli sidik və s.
Əgər xəstəlik xroniki hal alarsa, bu qaraciyərin funksiyasına olduqca mənfi təsir edir. Uzunmüddətli nəticələrə aşağıdakılar daxil ola bilər:
- Qaraciyər sirrozu (qaraciyər hüceyrələri zədələnir və onların yerini çapıq toxuması tutur.)
- Qaraciyər xərçəngi (hepatosellulyar karsinoma)
İnkubasiya dövrü və yoluxuculuq
- Hepatit B virusuna yoluxduqdan sonra əlamətlərin ortaya çıxması həftələr və ya aylar çəkə bilər.
- Bu əlamətsiz dövr yoluxduruculuq baxımından ən riskli mərhələdir, çünki xəstəlik başlamazdan əvvəl qandakı virus miqdarı ən yüksək səviyyədə olur.
- İnkubasiya dövrünün uzunluğu insandan insana fərqli olur və əsasən yoluxdurucu virusun titrindən asılıdır.
- Xroniki daşıyıcılar, heç bir əlamət göstərmədən illərlə yoluxdurucu ola bilərlər.
Diaqnozun qoyulması və aparılan testlər
1-ci üsul:Qan testləri
Diaqnostika üçün əsas üsullardan biri qanda virus antigenləri(virusun öz hissələri) və ya anticisimlərinin( virusa qarşı müdafiədə oqranizmin istehsal etdiyi hüceyrələr) tapılmasıdır. (İFA VƏ YA ELİSA METODU)
Bunlara aiddir:
HBsAg- Hepatit B virusunun səthində olan zülal,qanda təyini aktiv infeksiyanı göstərir.
Anti-Hbs- Bədənin virusun səthindəki zülallara qarşı istehsal etdiyi anticisimlərdir.
Anti-Hbc- Virusun nüvə antigeninə qarşı orqanizmin hazırladığı anticisimlərdir. Kəskin və cari(Anti-Hbc IgM) ,keçirilmiş və xroniki (Anti-Hbc IgM+IgG) növləri vardır.
Anti-Hbe- Qanda Anti-Hbe tapılarsa bu artıq virusun çoxalma qabiliyyətinin və xəstənin yoluxduruculuq riskinin getdikcə azalmasına işarədir.
2-ci üsul: PCR
Bu üsul daha həssas olub,virusun genetik materialını birbaşa təyin edir. Bu üsulla virusun genetik materialının keyfiyyəti və ya kəmiyyəti təyin edilə bilər. Diaqnozdan əlavə xroniki Hepatit B xəstələrində müalicənin effektivliyini izləmək üçün istənilir.
Əlavə qeyd: Risk qrupuna aid peşələr,xüsusilə səhiyyə işçiləri virusla yaxın təmasda olduğundan profilaktika üçün qanda Hepatit B virus antigeninin ekspress üsulla təyin edilməsi məsləhətlidir.
Digər sınaqlar:Qaraciyər zədələnməsinin dərəcəsini qiymətləndirmək üçün funksional sınaqlar( ALT,AST,QQT,ALP,Bilirubinlər) aparılmalıdır.
İnstrumental müayinələr: Qaraciyər zədələnməsini struktur baxımndan qiymətləndirmək üçün USM müayinəsi mütləqdir.
Bəzi hallarda qaraciyər biopsiyası da edilə bilər.
Kimlər daha risk altındadır?
- İynə vasitəsilə narkotik maddələr qəbul edənlər ,xüsusilə iynələri paylaşanlar
- Hepatit B xəstələri ilə bir evdə yaşayanlar
- İmmunitet sistemi zəif olan şəxslər, çünki onlarda ağırlaşma riski daha yüksəkdir.
Hapatit B xəstəsi şəxs nə etməli?
Hepatit B infeksiyası qan analizi ilə təsdiq olunur.
- Xəstəliyin kəskin dövründə fiziki gərginlikdən uzaq durmaq, yataq rejimi tövsiyə olunur.
- Yüngül karbohidratlı və az yağlı pəhriz saxlanılmalıdır.
- Alkoqol və siaqret qətiyyən qəbul edilməməlidir.
- Dırnaq qayçısı, diş fırçası və ülgüc kimi şəxsi əşyalar başqaları ilə paylaşılmamalıdır.
- Cinsi əlaqədə əgər partnyor peyvənd olunmayıbsa əlamət olmasa belə, qorunma tətbiq edilməlidir
- Xroniki hepatit B müasir dərmanlarla effektiv şəkildə nəzarətdə saxlanıla bilər:Bu dərmanlar virusun çoxalmasını və xəstəliyin irəliləməsini yavaşladır,lakin virus tamamilə bədəndən çıxarılmır.Daimi və uzunmüddətli müalicə tələb olunur.
Hepaptit B qorunma yolları
- Peyvənd
Hepatit B-yə qarşı effektiv və təhlükəsiz peyvənd mövcuddur və aşağıdakı qruplara tövsiyə olunur:
Körpələr və azyaşlı uşaqlar-Erkən müdafiə üçün: doğumdan sonra ilk 24 saat içində 1-ci, ilk ayda 2-ci,6 ay içində 3-cü doz edilməlidir.
İmmun sistemi zəif olan şəxslər-Ağırlaşma risklərinin qarşısının alınması üçün
İmmuniteti dərmanla zəiflədilmiş şəxslər-Məslən,orqan transplantaiyası zamanı
Yanaşı infeksiyası olan şəxslər(HİV VƏ YA Hepatit C infeksiyası kimi)-Yanaşı gedən infeksiyalar ağırlaşm riskini olduqca artırır.
Səhiyyə işçiləri və xəstənin ailə üzvləri-Xəstə ilə yaxından təmasda olduqları üçün yüksək risk qrupuna aiddirlər.
Qeyd edək ki,yetkin şəxslər üşün də peyvənd 3 dozadan ibarətdir. Peyvənd öncəsi həkim müvafiq analizlər təyin edir onların nəticəsinə əsasən(0,1,6-cı aylarda) peyvənd edilir.
Digər gigiyenik və profilaktik tədbirlər: Peyvəndlə yanaşı yüksək risk qrupuna aid olan peşələr üçün xüsusi gigiyena qaydaları mövcuddur,gigiyena təlimatı və maarifləndirmə vacibdir.
Təmas və ya şübhəli yoluxmadan sonra nə etməli?
Əgər yoluxma ehtimalı varsa, ən qısa müddətdə həkimə müraciət edilməlidir.
Müdaxilə üsulu, insanın peyvənd statusundan asılı olaraq fərqlənə bilər.