Tibbi məlumatlar

Hepatit C

 

Hepatit C nədir?

Hepatit C -qaraciyərin iltihabıdır və Hepatit C virusları tərəfindən törədilir.Hepatit C xroniki (uzunmüddətli) hal ala bilər və zamanla qaraciyərdə ciddi zədələnmələrə,qaraciyər sirrozuna səbəb ola bilər.
İnfeksiya həmişə əlamət vermədiyi üçün bəzi insanlar xəstəliyindən xəbərsiz yaşayır və buna görə də gizli daşıyıcıların sayı rəsmi statistikadan çox ola bilər.


 Hepatit C necə yoluxur?

Qanla təmas yolu ilə:

Hepatit C-nin yoluxması, virus daşıyıcısının qan vasitəsilə  birbaşa digər şəxsin qan dövranına daxil olması zamanı  baş verir.Bu yoluxma ən çox:

  • Narkotik istifadəçiləri arasında, iynə və şprislərin paylaşılması zamanı baş verir.
  • Qanla və ya infeksiyalı iynə ilə təmas edən səhiyyə işçiləri risk qrupundadır. 

 Cinsi yolla yoluxma:

  • Hepatit C nadir hallarda cinsi əlaqə ilə yoluxur.
  • Ən çox kiçik dəri və selikli qişa zədələri ilə birbaşa qan təması zamanı ötürülür.
  • Menstruasiya zamanı yoluxma riski artır.
  • Anal əlaqə və ya zədə riski olan digər praktikalar zamanı yoluxma mümkündür.
  • Hamilə qadın virus daşıyıcısıdırsa, hamiləlik və ya doğuş zamanı uşaq yoluxa bilər.

 Əşyalar vasitəsilə yoluxma:

  • Hepatit C virusları orqanizm xaricində müəyyən müddət aktiv qala bilər.
  • Qanla təmas etmiş əşyalar (məsələn, cərrahiyyə alətləri, ülgüclər, diş fırçaları, dırnaq qayçısı) yoluxma mənbəyi ola bilər.

 Xəstəlik əlamətləri hansılardır?

  • Xəstəlik çox vaxt əlamətsiz keçir, lakin bəzi hallarda aşağıdakı simptomlar ola bilər:

    • Halsızlıq, iştahsızlıq

    • Baş və əzələ ağrıları

    • Qarın ağrısı, ürəkbulanma, qusma

    • Yüngül qızdırma

    • Dəri və görünən selikli qişalarda  sarılıq

    • Dərinin qaşınması

    • Tünd sidik.

 Hepatit C ilə yoluxan insanların təxminən 80%-ində xəstəlik xroniki hala keçir və qaraciyəri uzun müddət ərzində zədələyir.Bu, qaraciyər sirrozu və qaraciyər xərçəngi kimi ağır fəsadlara gətirib çıxara bilər.


 

İnkubasiya dövrü və yoluxduruculuq

Hepatit C virusuna yoluxduqdan sonra əlamətlərin ortaya çıxması həftələr, aylar, hətta illər çəkə bilər.Qanda virus olduğu müddətcə insan yoluxdurucudur – bu, həm əlamətlərini biruzə verdiyi, həm də əlamətsiz hallarda keçərlidir.Xəstəlik xroniki hala keçsə, yoluxduruculuq illərlə davam edə bilər.


Diaqnozun qoyulması və aparılan testlər

 

Diaqnozu qoyulması üçün Hepatit C viruslarına qarşı qanda anticisimlərin təyin edilməsi testi aparılır.(Anti-HCV). Bu İFA və  ELISA metodu adlanır.Bundan əlavə PCR metodu ilə diaqnoz qoyulması mümkündür ki,bu zaman virusun keyfiyyəti, titri və genotipi təyin edilə bilir.

Virus Hepatitləri qaraciyəri funksional baxımdan zədələdiyi üçün qaraciyər sınaqları(ALT,AST,ALP,QQT,Bilirubinlər) aparılmalı, zədələnmə dərəcəsi qiymətləndirilməlidir. Ultrasəs müayinəsi isə struktur zədələnmələrini təyin etməyə kömək edir. 


Kimlər daha çox risk altındadır?

Aşağıdakı şəxslər hepatit C-yə yoluxma baxımından xüsusilə risk altındadır:

  • İynə ilə narkotik istifadə edənlər, və bu məqsədlə:

    • Şpris, iynə, filtr, qaşıq, qızdırıcı qab, sıxıcı rezin, su və digər alətləri ortaq istifadə edənlər

  • Qorunmasız cinsi əlaqədə olanlar

  • Səhiyyə işçiləri və qan və qan məhsulları köçürülən  pasiyentlər

  • HIV ilə yaşayan şəxslər – xroniki hepatit və ağır fəsad riski daha yüksəkdir


Xəstə şəxslər  nə etməli?

  • Hepatit C infeksiyası qan analizi ilə müəyyən olunur.
  • Hepatit C tabletlərlə müalicə edilə bilər və demək olar ki, hər zaman sağalır.
  • Kəskin dövrdə fiziki yükdən uzaq durmaq, alkoqoldan çəkinmək vacibdir.
  • Qanla təmas edə biləcək əşyalar (məsələn, ülgüc, diş fırçası, qayçı) başqaları ilə paylaşılmamalıdır.
  • Əgər dərinizi zədələdinizsə , yaranı gigiyenik şəkildə örtməli, tibbi personalı məlumatlandırmalısınız.
  • Laboratoriya və həkimlər hepatit C şübhəsi və ya diaqnozu qoyulmuş şəxsləri səhiyyə idarəsinə adla bildirməlidirlər.
  • Səhiyyə işçiləri mütləq işəgötürənə və ya müəssisə həkiminə məlumat verməlidirlər.

Necə qorunmaq olar?

Gigiyena: Yuxarıda da qeyd etdiyimiz  şəxsi gigiyenik qaydalara düzgün riayət etmək.
Proflaktik yoxlanış:Yüksək risk qrupları ildə ən azı 1 dəfə skrininq  test olunmalıdır.


Yoluxma şübhəsi zamanı nə etməli?

  • Yoluxma şübhəsi varsa, mütləq həkimə müraciət edilməlidir.
  • Zamanında antiviral müalicə başlandıqda sağalma şansı çox yüksəkdir.
     

 Hepatit C-yə qarşı peyvənd mövcud deyil.
Xəstəlikdən sağalmaq  gələcəkdə yenidən yoluxmanın qarşısını almır. Yəni yenidən yoluxma mümkündür.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi