Tibbi məlumatlar

Hepatit D

Hepatit D nədir?

Hepatit D, qaraciyərin iltihabı ilə müşayiət olunan virus mənşəli bir infeksiyadır. Bu infeksiya Hepatit B virusu ilə eyni vaxtda (koinfeksiya) və ya Hepatit B-yə yoluxmuş şəxslərdə sonradan (superinfeksiya) baş verir.
Hepatit D virusu (HDV) təkbaşına yoluxucu deyil, yalnız Hepatit B virusu (HBV) ilə birlikdə aktivləşə bilir.

Hepatit D-nin növləri

Hepatit D, Hepatit D virusu (HDV) tərəfindən törədilir. Bu virus yalnız Hepatit B virusunun köməyi ilə çoxala bilir.
Yəni HDV-yə yalnız HBV infeksiyası ilə birlikdə və ya sonra yoluxmaq mümkündür.

1. Koinfeksiya:Hepatit B və D viruslarına eyni vaxtda yoluxma halıdır. Əlamətlər adətən Hepatit B-yə bənzəyir, lakin birlikdə olduqda xəstəlik daha ağır keçə bilər.

2. Superinfeksiya:Artıq Hepatit B virusu daşıyıcısı olan bir şəxsin sonradan Hepatit D-yə yoluxmasıdır.
Bu zaman:

  • Əvvəlki əlamətlər yenidən baş qaldıra bilər.
  • Xəstəlik çox vaxt xroniki hala keçir.
  • Qaraciyərə uzunmüddətli zərər verə bilər.

    Xəstəlik  əlamətləri hansılardır?

Hepatit D əlamətləri digər hepatit növləri ilə oxşardır:

  • Qızdırma
  • Qarın ağrısı
  • Ürəkbulanma, qusma
  • İştahsızlıq
  • Tünd rəngli sidik
  • Açıq rəngli nəcis
  • Dəri və görünən selikli qişalarda sarılıq
    HDV mövcud olduqda Hepatit B əlamətləri daha da ağırlaşa bilər.

    Necə yoluxur?

Viruslar qan və bədən mayeləri ilə təmas zamanı keçə bilər:

  • Cinsi əlaqə
  • İynələrin və narkotik alətlərinin paylaşılması
  • Təsadüfi iynə batmaları
  • Doğuş zamanı (nadir hallarda anadan körpəyə keçə bilər)

Risk faktorları:

Hepatit D-yə yoluxma riski aşağıdakı şəxslərdə daha yüksəkdir:

  • HBV/HDV daşıyıcısı ilə eyni evdə yaşayanlar və ya cinsi əlaqədə olanlar
  • HBV daşıyıcısı olanlar 
  • Səhiyyə işçiləri və digər yüksək riskli peşələrdə işləyənlər
  • Hemodializ xəstələri

 Mümkün ağırlaşmalar:

  • Qaraciyər sirrozu (çapıq toxuma)
  • Qaraciyər çatışmazlığı
  • Hepatosellulyar karsinoma (qaraciyər xərçəngi)

    Diaqnostika

Qan analizləri: Virusun özü və ya ona qarşı anticisimlər yoxlanılır.

Görüntüləmə metodu: Qaraciyərin vəziyyətini qiymətləndirmək üçün ultrasəs  üsulunda istifadə olunur.
 Gedişat və proqnoz

Kəskin HDV infeksiyaları çox nadir hallarda ölümcül olur, amma tam sağalma həftələr/aylar çəkə bilər.Superinfeksiya olanların çoxunda  xroniki hepatit D inkişaf edir.70%-ə qədər xroniki xəstədə  uzunmüddətli qaraciyər zədələnməsi nəticəsində  sirroz inkişaf edə  bilər



Qarşısını almaq mümkündürmü?

Hepatit D üçün spesifik peyvənd yoxdur.Lakin Hepatit B peyvəndi həm də Hepatit D-dən qoruyur, çünki HDV yalnız HBV ilə birlikdə aktiv olur.

Profilaktik tədbirlər:

  • Hepatit B-yə qarşı tam(bütün dozaları ilə) peyvənd olunmaq

Hepatit B daşıyıcıları üçün:

  • Qan və ifrazatla təmasda steril əlcək taxmaq
  • İynə və narkotik avadanlıqlarını paylaşmamaq
  • Şəxsi gigiyenik əşyaları başqaları ilə bölüşməmək
  • Lazım gələrsə HBV-yə qarşı antiviral müalicə almaq:Hamilə qadınlarda HBV/HDV varsa, körpəyə doğuşdan sonra peyvənd və müalicə tətbiq edilir.
  • Günlük həyat və özünə qulluq
  • Alkoqoldan uzaq durmaq – qaraciyərə zərəri artırır
  • Siqaret çəkməmək və ya tərgitmək
  • Çəkini nizamda saxlamaq və qaraciyər dostu qidalarla qidalanmaq
  • Müntəzəm olaraq həkimə nəzarətə getmək və analizləri izləmək

Hepatit D-nin fərqli xüsusiyyəti ondadır ki, bu virus öz-özünə deyil, yalnız Hepatit B ilə birlikdə aktivləşə bilir.Bu səbəbdən Hepatit B-yə qarşı görülən bütün tədbirlər eyni zamanda Hepatit D-nin də qarşısını alır.Əgər xroniki infeksiyanız varsa, qaraciyər sağlamlığınızı qorumaq üçün mütəmadi nəzarət və həkimlə əməkdaşlıq vacibdir.

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi