Tibbi məlumatlar

Hepatit E

Hepatit E nədir?

Hepatit E qaraciyəri yoluxduran virus mənşəli bir infeksiyadır. Bu infeksiya qaraciyərdə şişkinlik və iltihab yarada bilər. Əksər hallarda insanlar bir neçə ay ərzində tam sağalır.Hepatit E, digər hepatit növləri kimi xroniki və ya uzunmüddətli qaraciyər zədələnməsinə səbəb olmur. Lakin hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olan şəxslər (xroniki xəstələr daxil olmaqla) üçün təhlükəli ola bilər.İmmun sistemi zəif olan şəxslərdə, virus xroniki hepatit E formasına keçə bilər və bu vəziyyət dərman müalicəsi ilə idarə oluna bilər.

Hepatit E :Yoluxma yolları

Hepatit E virusu əsasən nəcis vasitəsilə yayılır.
Yoluxma yolları:

  • Virus daşıyıcısının nəcisi ilə çirklənmiş su və ya qida qəbul edildikdə
  • Əllərin kifayət qədər yuyulmaması
  • Təmiz içməli suyun olmadığı  regionlarda daha yayğındır

Digər nadir yoluxma yolları:

  • Yetərincə bişirilməmiş ət məhsulları 
  • Çirklənmiş sulardan dəniz məhsullarının istehlakı (məsələn,dəniz molyuskaları)

Hepatit E Əlamətləri

Bəzi insanlarda heç bir əlamət müşahidə olunmur. Əlamətlər varsa, infeksiyadan 2-6 həftə sonra ortaya çıxa bilər.Mümkün əlamətlər:

  • Yüngül qızdırma
  • Həddindən artıq yorğunluq
  • İştahsızlıq
  • Ürəkbulanma
  • Qusma
  • Qarın ağrısı
  • Tünd rəngli sidik
  • Dəridə səpkilər və ya qaşınma
  • Oynaqlarda ağrı
  • Dəridə və selikli qişalarda sarılıq

Hepatit E Diaqnoz

Həkim diaqnoz üçün bu məlumatları bilməlidir:

  • Tibbi tarixçəniz
  • Son zamanlar səyahət etdiyiniz yerlər
  • Çirkli su ilə təmas ehtimalınız

Diaqnostika üsulları:

  • Qan analizi
  • Nəcis nümunəsinin analizi
  • İnstrumental müayinələr


Ev şəraitində görüləcək tədbirlər:

  • Dincəlmək
  • Sağlam qidalanmaq
  • Bol maye qəbul etmək
  • Alkoqoldan uzaq durmaq
  • Qaraciyərə zərər verə biləcək dərmanlardanistifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək

Hepatit E Qarşısının alınması

Hazırda hepatit E virusuna qarşı təsdiqlənmiş peyvənd yoxdur.
Hepatit E ən çox  az inkişaf etmiş ölkələrdə yayılmışdır.
Yoluxma riskini azaltmaq üçün:

  • Təmizliyinə əmin olmadığınız suyu içməyin.
  • Yarımçıq bişmiş ət və ət məhsulları,xüsusi ilə  donuz əti, eləcə də çiy dəniz məhsulları yeməyin.
  • Tualetdən sonra, uşaq bezini dəyişdikdən sonra və yemək hazırlamazdan əvvəl əllərinizi sabunla yaxşıca yuyun.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi