Herpes Simplex

İmmunitetin nədir və növləri hansılardır ?HLA analizi haqqındaGen terapiyasıCOVID-19 testiDaun Sindromu və Daun Sindromu əlamətləriSeliakiya xəstəliyiQeyri düz Kumbs reaksiyası nədir? Analiz nə üçün verilir?QızdırmaQaraciyər funksional testləri-ALTHemoqlobin(HGB) nədir?Beyninizi qoruyun!C Reaktiv Zülal (CRP) nədir?Baş ağrısı necə keçər?İnsulin nədir? İnsulin yüksəkliyi və azlığının səbəbləri.Gözlərimizin nurunu qoruyaq!COVID-19 infeksiyasının kompleks laborator diaqnostikasıHerpes nədir? Herpes virusu infeksiyası nədən yaranır?Oynaq ağrılarıİlk Tibbi YardımCovid-19 peyvəndi haqqında nələri bilməliyik?Kreatinin nədir?AKNE- Tük follikullarının və piy vəzilərinin iltihablaşmasıBruselyoz nədir və necə yoluxur?Leykosit nədir?Testosteron nədir ? Testosteron hormonu nədir ?Prolaktin nədir?Xərçəng xəstəliyi nədir?Vaksinasiya sonrası SARS-COV-2 immunitetiPapilloma nədir və İnsan papilloma virusu(HPV) nədir?Ürəyimizi necə qorumalıyıq?Pandemiya və stressXolesterin nədir?Toksoplazma nədir?Talassemiya nədir?TSH nədir? TSH yüksəkliyi nə mənaya gəlir?Ateroskleroz nədir? Qarşısı necə alınmalıdır?Şəkərli diabet nədir? Şəkər xəstəliyinin əlamətləri nələrdir?Qarın boşluğu USM nə zaman istək edilir?Spermoqramma nədir? Spermoqramma analizi necə verilməlidir?Eritrositlər (qırmızı qan hüceyrələri) eritrosit nədir?Narkotik asılılığı və onun zərərləriSink(Zn) nədir? Sink vitamin çatışmazlığının əlamətləri nələrdir?Kalsium nədir?progesteron hormonu nədir ?Saç tökülməsinin səbəbləriTrombosit nədir? Azlığı və çoxluğu nə mənaya gəlir?Süd vəzi xərçəngi nədir? Süd vəzi xərçənginin əlamətləriCOVİD-19 xəstəliyi zamanı qoxu və dad itkisiAST (aspartat aminotransferaza) nədir?Epilepsiya nədir? Epilepsiya zamanı ilk yardım necə olmalıdır?Estradiol nədir?Burun axmasının səbəbi nədir?Cinsi yolla keçən infeksiyaların əlamətləri nələrdir?Vitamin B12 nədir?Qida dözülməzliyi(qida intoleransı) nədir?Selen nədir? Orqanizm üçün faydaları nələrdir?Orqanizmdə helmintlər (qurdlar)Anemiya nədir?HIV/QİÇS nədir? Qiçs əlamətləriRevmatizm nədir? Revmatizm əlamətləriDəmir nədir? Orqanizmdə funksiyası nədir?Nutrigenetiks nədir?Yüksək qan təzyiqiNIPT analizi nədir?FMF -Ailəvi aralıq dənizi qızdırmasıFerritin nədir?Bioloji qohumluğun təyini-Atalıq testiD-dimer analizi nədir?Çölyak xəstəliyi nədir və əlamətləriYod nədir? Yod çatışmazlığıMeymunçiçəyi xəstəliyi nədir?Dişlərə qulluq vasitələri və növləriDüzgün qaralmağın yollarıEritrositlərin çökmə sürəti (EÇS) nədir?Hemofiliya xəstəliyiMenopauzaUşaqlıq boynu xərçəngi və Pap smearQızılca və Qızılca əlamətleriSu çiçəyi və su çiçəyi əlamətləriClostridium Difficile toksinləri A/B analizi nədir?Antinüvə anticismlər (ANA) analizi nədir?Anti-mitoxondrial antitellər (AMA M2) analizi nədir?Beta-2 Qlikoprotein 1 İgM analizi nədir?Tam Ekzom Sıralaması (WES) analizi nədir və nə zaman verilə bilər?Kron xəstəliyiQıcıqlanmış Bağırsaq Sindromu (Irritated Bowel Syndrome - IBS)Herpes Virus Ailəsi: Sağlamlığa Təsirləri və Növlərinə Görə XüsusiyyətləriAvilit (Avascular Necrosis): Nədir və Niyə Diqqət Edilməlidir?Prevenar 13 Nədir?İnsan Metapneumovirusu (HMPV) Nədir?Multi vitaminVitamin KompleksiÇəki artıran vitaminlərQARACİYƏR YAĞLANMASIQARACİYƏR SİRROZUDəridə qaşıntıKifozFollikulitLDH ANALİZİQanın Kliniki analizində yer alan MCH Testi Nədir ?Mədə xərçəngiMədə yanması(reflüks)Sidik yolları infeksiyasıEstrogenlərOzonoterapiyaAutizm Nədir?Autoimmun XəstəliklərParkinson xəstəliyiAltsheymer Xəstəliyiİshal nədir?Qarın GetməsiXroniki boyun ağrılarıNəfəs darlığıİntravenoz terapiyaMRT nədir?Heyvanlardan keçən xəstəliklərDifteriya nədir?Tetanus: Səbəbləri, Simptomları və Qarşısının AlınmasıÖskürək Növləri və MüalicəsiİnBody müayinəsi nədir?"So-Check:OligoScan" müayinəsi nədir?Hepatit BHepatit DHepatit AHepatit EHepatit CRotavirusAdenoviruslarHerpes Simplex

Herpes simplex nədir?

Herpes virusunun səbəb olduğu  kiçik, maye ilə dolu qabarcıqlar ən çox dodaqlarda əmələ gəlir, lakin bəzən burun, yanaq və çənə nahiyələri də təsirlənə bilər. Herpes simplex virusu, ən çox rast gəlinən viral infeksiyalardan biridir və dünya əhalisinin əhəmiyyətli bir hissəsi bu virusun daşıyıcısıdır.

Herpes virusu orqanizmdə uzun müddət latent formada qala bilər və immun sistemin zəiflədiyi hallarda aktivləşərək yenidən simptomlara səbəb ola bilər. Bu yazıda Herpesin necə yarandığı və onunla mübarizədə nələrin faydalı ola biləcəyini izah edirik.

Herpes simplex: Ümumi baxış

Herpes simplex virusu, bir dəfə bədənə daxil olduqdan sonra sinir toxumalarında passiv şəkildə qala və müəyyən təsiredici faktorlarla aktivləşə bilər. Bu səbəbdən Herpes virusu daşıyıcıları virusu ömür boyu daşıya bilər və periodik olaraq simptomlar yaşaya bilər.

Yaranmasına təsir edən amillər:

Virus bədəndə aktiv və passiv fazalarla təkrarlana bilər və il ərzində bir neçə dəfə eyni nahiyədə yenidən qabarcıqlar əmələ gələ bilər. Yaranmasına təsir edən amilləri isə bu formada sıralaya bilərik:

  • Dərinin travmaya və ya həddindən artıq yüklənməyə məruz qalması

  • İmmunitet sisteminin zəifləməsi

  • Hormonal dəyişikliklər

  • Stress və emosional gərginlik

Herpes simplex növləri

Herpes simplex virusu iki əsas növə bölünür: HSV-1 və HSV-2. HSV-1 əsasən dodaq və üz nahiyəsində herpes virusu infeksiyalarına səbəb olur, HSV-2 isə genital nahiyədə herpes simplex infeksiyalarına yol açır. Hər iki növ virusun da daşıyıcıları cəmiyyətin böyük bir hissəsini əhatə edir.

Herpes labialis (HSV-1):

  • Dodaq herpesidir və herpes viruslarının ən geniş yayılmış formasıdır.

  • Qabarcıqlar əsasən dodaqda, bəzən isə çənə, yanaq, burun və digər nahiyələrdə meydana çıxır.

Herpes genitalis (HSV-2):

  • Cinsi orqanlarda qabarcıq əmələ gətirən genital herpes formasıdır.

  • Cinsi yolla ötürülən infeksiyalar qrupuna daxildir.

Hazırda herpes virusuna qarşı effektiv peyvənd mövcud deyil. Müalicə yalnız simptomların yüngülləşdirilməsi istiqamətinə yönəlmişdir.

Herpes virusu necə yoluxur?

Herpes simplex virusu olduqca yoluxucudur və müxtəlif yollarla bir insandan digərinə keçə bilər. Yoluxma riski virus aktiv fazada olduqda, yəni qabarcıqların göründüyü dövrdə daha yüksəkdir.

HSV-1 ilə yoluxma əksər hallarda uşaqlıq dövründə 1-5 yaş aralığında baş verir. Əsas yoluxma yolları:

  • Virusla çirklənmiş tüpürcək və ya qabarcıqlardakı maye ilə birbaşa təmas

  • Eyni stəkan, çəngəl, dəsmal kimi əşyaların ortaq istifadəsi;

  • Nadir hallarda asqırma və öskürmə ilə yayılan damcılar vasitəsilə.

Virus bədənə daxil olduqdan sonra sinir ucları ilə onurğa beyninin sinir düyünlərinə gedir və burada passiv (latent) formada qalır. Herpes virusu ilə yoluxmuş şəxslərlə təmasdan sonra gigiyenik qaydalara əməl etmək yoluxmanın qarşısını almaqda önəmlidir.

Herpes simptomları

İlk yoluxma adətən daha güclü və narahatedici olur. Təkrar hallarda isə simptomlar daha yüngül keçir. Əvvəlcə yoluxma nahiyəsində gərginlik və qaşınma hissi yaranır. Ardınca ağrılı və sulu qabarcıqlar əmələ gəlir. Bu mərhələdə qabarcıqlardakı maye son dərəcə yoluxucudur. Qabarcıqlar partladıqdan sonra həmin yerlərdə qurumuş yara təbəqəsi qalır və qabıqlaşır. 

Tam sağalma adətən 1–2 həftə çəkir. Lakin virus bədəndə qalır və zaman-zaman yenidən aktivləşə bilər.

 

HSV-1 və HSV-2 simptomlarının fərqləri

HSV-1 və HSV-2 növləri hər ikisi herpes simplex virusuna aiddir, lakin simptomatik fərqliliklər göstərir. HSV-1 əsasən ağız boşluğuna və üz nahiyəsinə təsir edərkən, HSV-2 daha çox genital bölgədə herpes virusunun yaratdığı infeksiyalarla müşahidə olunur.

HSV-1:

  • İlk yoluxma "Gingivostomatit herpetica" (xalq arasında “ağız yarası”) adlanır.

  • Əsasən virusla ilk dəfə təmasda olan uşaqlarda rast gəlinir.

  • Şiddətli ağız yaraları və pis ağız qoxusu ilə müşayiət oluna bilər.

  • Yemək çətinliyi, qızdırma və ümumi halsızlıq tez-tez müşahidə olunur.
     

HSV-2:

  • İlk yoluxma çox narahatedici ola bilər.

  • Sidik ifrazında ağrı, qızdırma, limfa düyünlərinin böyüməsi və ümumi zəiflik müşahidə oluna bilər.
     

Herpesin müalicəsi

Herpes simplex virusu üçün hazırda tam müalicə yoxdur, lakin simptomları yüngülləşdirən və yayılmanın qarşısını alan müxtəlif antiviral dərmanlar mövcuddur. Herpes virusunun aktiv fazasında müalicəyə vaxtında başlamaq həm sağalma müddətini qısaldır, həm də yoluxma riskini azaldır.

Yoluxmadan qorunma yolları

Herpes virusuna qarşı qorunmaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək və immuniteti gücləndirən həyat tərzi vacibdir. Herpes simplex virusunun təkrarlanmaması üçün stressin azaldılması, balanslı qidalanma və yuxu rejiminə diqqət yetirilməlidir.

  • Qabarcıqlara toxunduqdan sonra əlləri yaxşıca yumaq və dezinfeksiya etmək;

  • Şəxsi əşyaları başqaları ilə paylaşmamaq;

  • Genital herpes zamanı cinsi əlaqədən uzaq durmaq;

Herpesin qarşısını tam almaq mümkündürmü?

Xeyr, herpesin tam qarşısını almaq mümkün deyil. Lakin bəzi risk faktorlarından uzaq durmaqla təkrarlanma tezliyini azaltmaq olar:

  • Stressin azaldılması;

  • Yetərli yuxu və düzgün qidalanma;

  • Alkoqol və tütündən uzaq durmaq;

  • Qışda dodaq nəmləndiricisi, yayda isə UV-filtrli dodaq balzamı istifadə etmək;

Herpes təhlükəlidirmi?

Herpes simplex virusu əksər hallarda təhlükəli olmasa da, bəzi həssas qruplar üçün ciddi fəsadlara yol aça bilər. Bu səbəbdən herpes virusu ilə yoluxmuş şəxslərin başqaları ilə təmasda ehtiyatlı olmaları vacibdir, xüsusən də hamilə qadınlar və körpələrlə.

Hamiləlikdə herpes

Hamiləlik zamanı herpes virusu plasenta yolu ilə və ya doğuş zamanı doğum yollarından uşağa keçə bilər. Bu, anadangəlmə qüsurlar, beyin zədələnməsi və ya hətta ölü doğulma ilə nəticələnə bilər.

Belə hallarda doğuşdan əvvəl antiviral müalicə və qeysəriyyə məsləhət görülə bilər.

Doğuşdan sonra körpənin xəstəlikdən  qorunması üçün:

Dodaq herpesiniz varsa:

  • Körpəni öpməkdən və sıx təmasdan uzaq durun;

  • Ağız maskası taxın;

  • Əllərin gigiyenasına ciddi riayət edin;

  • Qabarcıqlara toxunmayın;

  • Eyni əşyaları paylaşmayın;

  • Qonaq qəbulunu müvəqqəti dayandırın.

Yenidoğulmuşlarda herpes riski

Herpes simplex virusu yenidoğulmuşlarda ciddi xəstəliklərə səbəb ola bilər. Bu infeksiya körpənin immun sistemi zəif olduğu üçün daha sürətlə yayılır və beyin kimi həyati orqanlara təsir göstərə bilər. Herpes virusuna qarşı erkən diaqnoz və müdaxilə bu riskləri azalda bilər.

  • Yenidoğulmuş körpələrdə herpes virusu daxili orqanlara, xüsusilə beyinə zərər verə bilər.

  • Bu, ağır nevroloji fəsadlara və yüksək ölüm riskinə səbəb ola bilər.

  • Xüsusilə 2 həftədən kiçik körpələr risk altındadır.

 

Herpes zamanı ana südü ilə qidalanma

Ana südü ilə qidalanma herpes virusunun ötürülməsində birbaşa risk yaratmasa da, Herpes simplex virusu qabarcıqlar vasitəsilə ötürülə biləcəyi üçün ehtiyat tədbirləri görülməlidir. Aktiv herpes virusu olan döş nahiyələri mütləq qorunmalı və lazımdırsa, əmizdirməyə fasilə verilməlidir.

  • Qabarcıqlar yalnız bir döşdədirsə, digər sağlam döşlə əmizdirməyə davam etmək mümkündür.

  • İnfeksiyalı  süz vəzisi mütləq örtülməlidir.

  • Hər iki süd vəzisində  aktiv herpes varsa, əmizdirmə dayandırılmalıdır və süd sağılaraq  verilməməlidir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi