Sağlam qalmaq və xəstəliklərdən qorunmaq üçün ən vacib amillərdən biri güclü immunitetdir. Orqanizmin müdafiə sistemi olan immunitet bizi viruslardan, bakteriyalardan və müxtəlif infeksiyalardan qoruyur. İmmuniteti gücləndirməyin ən təsirli yollarından biri isə gündəlik qidalanma vərdişlərinə diqqət etməkdir.
İmmuniteti Gücləndirən Əsas Qidalar
Gündəlik rasionumuza doğru qidaları daxil etməklə immunitetimizi gücləndirmək mümkündür. Həmin qidalardan bir neçəsini sizinlə bölüşürük
1. Sitrus meyvələri
Portağal, limon, naringi və qreypfrut C vitamini ilə zəngindir. C vitamini immun hüceyrələrin fəaliyyətini artırır və orqanizmin infeksiyalara qarşı müqavimətini gücləndirir.
2. Sarımsaq
Təbii antibiotik sayılan sarımsaq soyuqdəymə və qripə qarşı ən yaxşı qoruyuculardan biridir. Onun tərkibindəki “allicin” maddəsi mikroblara qarşı güclü təsir göstərir.
3. Zəncəfil
İltihab əleyhinə xüsusiyyətləri ilə tanınan zəncəfil həm immuniteti gücləndirir, həm də boğaz ağrısı və öskürək zamanı faydalıdır.
4. Bal və arı məhsulları
Bal, propolis və arı südü immunitet üçün təbii gücləndirici rolunu oynayır. Bal həm də enerji mənbəyidir və orqanizmi zərərli mikroblardan qoruyur.
5. Qoz-fındıq və badam
E vitamini, omeqa-3 yağ turşuları və antioksidantlarla zəngin olan qoz-fındıq və badam hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyur.
6. Yoğurt və kefir
Probiotiklərlə zəngin olan süd məhsulları bağırsaq florasını gücləndirir. Çünki sağlam bağırsaq immun sisteminin təməlidir.
7. Yaşıl çay
Antioksidantlarla zəngin olan yaşıl çay immun hüceyrələrin fəaliyyətini dəstəkləyir və bədəni toksinlərdən təmizləyir.
8. Tərəvəzlər
Xüsusilə ispanaq, brokkoli və kələm vitamin və minerallarla zəngin olduğu üçün immuniteti təbii şəkildə artırır.
İmmuniteti Güclü Saxlamaq Üçün Əlavə Məsləhətlər
Təkcə düzgün qidalanma ilə immuniteti tam gücləndirmək mümkün deyil. Orqanizmin müdafiə sisteminin sağlam qalması üçün gündəlik həyat tərzimizdə bəzi vərdişlərə diqqət yetirmək vacibdir. Sağlam yuxu, stressin idarə olunması, fiziki aktivlik və gigiyena qaydaları güclü immun sisteminin ayrılmaz hissəsidir.
- Gündəlik balanslı qidalanmağa diqqət edin.
- Yetərincə su için (2-2.5 litr).
- Kifayət qədər yatın.
- Stressi minimuma endirin.
- Fiziki aktivliyi həyatınızın bir hissəsinə çevirin.