Leykositlər insanlar arasında “ağ qan” deyə bilinə hüceyrələr orqanizmi mikroblardan və zərərli toksinlərdən qoruyan immun sistemimizin mübarizə aparan hüceyrələridir.
Ağ qan hüceyrələri 5 növə ayrılır:
- Neytrofillər: Ağ qan hüceyrələrinin 55-70% -ni təşkil edən neytrofillər (NEU), bədənə daxil olan xarici orqanizmlərə ilk reaksiya verən ağ qan növüdür. İmmun sisteminin əsas hissəsini təşkil edən neytrofillər bakteriya və göbələkləri məhv etmək üçün kimyəvi fermentlər ifraz edərək onların lizisini həyata keçirir.
- Limfositlər: Sümük iliyi tərəfindən istehsal olunan limfositlər (LYM) limfa toxumasında və sümük iliyində olur. İstehsal olunduğu yerdə qalan limfositlərə B hüceyrələri deyilir. Çox hissəsi sinə nahiyəsində timus adlanan limfa düyününə gedir və T hüceyrələrinə çevrilir. T hüceyrələrinə çevrilən limfositlər limfa düyünlərinə, limfoidə, dalağa, badamcıqlara və bağırsaqlara gəlir. Bədənə digər orqanizmlər düşdükdə immun sistem hüceyrələrini stimullaşdırmaq üçün linfokin ifraz edir və bu hüceyrələrin kənar orqanizmlərə hücum etməsinə imkan yaradır.
- Monositlər və makrofaqlar: Ağ qan hüceyrələrinin təxminən 8% -ni təşkil edən monositlər (MON) sümük iliyində istehsal olunur. Daha sonra qana daxil olan monositlər qısa müddətdə toxumalara çatır. Bu nöqtədən sonra makrofaq olaraq bilinən bu hüceyrələr bakteriyalara hücum edərək onları məhv edir və toxumalardakı ölü hüceyrələri təmizləyir.
- Eozinofillər: Bədəndə iltihaba səbəb olan parazitləri məhv edən eozinofillər (EOS), bədəni allergik reaksiyaların səbəb olduğu iltihabdan qoruyur.
- Bazofillər: Bədəndə ağ qan hüceyrələrinin ən az sayına malik olan bu növ, immunoqlobulin E anticisimlərini istehsalından məsuliyyət daşıyırlar. Qanın axıcılığını artıran bu hüceyrə növü, parazitlərin yaratdığı infeksiya növləri ilə mübarizədə aktiv rol oynayır. Xərçəng hüceyrələrini çox erkən mərhələdə aşkar etmək və məhv etmək kimi funksiyaları da var.
Leykosit miqdarının çox olma səbəbi nədir?
Leykosit çoxluğunu tək başına şərhi düzgün deyil. Leykosit dəyərini düzgün şərh etmək üçün neytrofil, limfosit, monosit, eozinofil və bazofil kimi leykositlərin alt növləri də nəzərə alınmalıdır. Adətən bakteriya, virus, göbələk və parazitlərin yaratdığı infeksiyalar qanda leykositlətrin yüksəlməsinə səbəb ola bilər. Bundan əlavə, dermatitə bənzər dəri iltihabı, revmatik xəstəliklər, iltihabi bağırsaq xəstəlikləri və infeksion olmayan iltihaba səbəb olan orqan xərçəngi ağ qan dəyərinin artmasına səbəb ola bilər. Leykosit yüksəkliyinə səbəb olan digər amillər aşağıdakı kimi göstərilə bilər:
- Hamiləlik
- Stress və narahatçılıq
- Hormonal disbalans
- Bəzi dərman maddələri
- Siqaret istifadəsi
- Həddindən artıq idman
- Dalağın çıxarılması
- Xroniki böyrək çatışmazlığı
- Leykoz
- İmmun sistem pozğunluqları
- Hemoliz
- Miokard infarktı
Leykosit az olmasının səbəbi nədir?
Qanın kliniki analizi zamanı leykositlərin az olması leykopeniya adlandırılır. İnfeksiyaların əksəriyyəti leykosit dəyərində artıma səbəb olsa da, sümük iliyinə birbaşa təsir edən bəzi xəstəliklər leykopeniyaya səbəb ola bilər. Bununla birlikdə, bəzi viral və bakterial infeksiyalar leykosit azlığına gətirib çıxara bilər. Lupus, revmatoid artrit kimi revmatizmal xəstəliklər, aplastik anemiya və miyelodisplastik sindrom kimi sümük iliyi çatışmazlığı, sümük iliyi ilə əlaqəli xərçəng növləri, leykoz, immun sistemini zəiflədən autoimmun xəstəliklər, HİV virusu, kimoterapiya, radioterapiya, histoplazmaya bənzər göbələk xəstəlikləri, qaraciyər xəstəlikləri dalağın böyüməsi, dərman istifadəsi, vitamin çatışmazlığı və qidalanma pozğunluğu kimi səbəblər də leykosit səviyyəsinin azalmasına səbəb ola bilər. İmmun sistemi leykopeniya zamanı düzgün işləyə bilmədiyi üçün leykosit dəyərini normal həddə çatdırmaq son dərəcə vacibdir.
Leykositlər və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz. Laboratoriya xidmətimizdən istifadə edərək Leykosit dəyərləri qan analizini Sağlam Ailə Tibb Mərzində verə bilərsiniz.