Tibbi məlumatlar

Nikah Öncəsi Müayinələr - gənc ailələr üçün sağlamlıq analizləri

Ailə qurmağa hazırlaşan cütlüklər üçün nikah öncəsi müayinə münasibətə sağlam başlanğıc deməkdir. Bu testlər həm genetik, həm infeksion, həm də ümumi sağlamlıq göstəricilərinin qiymətləndirilməsi üçün aparılır. Nikah tibbi müayinəsi cütlüklərin sağlam gələcək planlamasına dəstək verir və gələcək övladlarda yarana biləcək risklərin vaxtında aşkarlanmasına kömək edir.

Nikah öncəsi müayinələr niyə vacibdir? 

Evlilik öncəsi testlər bir çox xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması üçün əhəmiyyətlidir. 
Bu müayinələr:

  • İrsi xəstəlik risklərini müəyyənləşdirir
  • Hepatit B, Hepatit C, HIV və sifilis kimi infeksiyaların olub-olmadığını göstərir
  • Qan qrupu uyğunsuzluğunu (Rh faktoru) qiymətləndirir
  • Reproduktiv sağlamlıq haqqında ümumi məlumat verir

Cütlüklər arasında sağlamlıqla bağlı şəffaflığın olması həm münasibətə, həm də gələcək ailə planlamasına müsbət təsir göstərir. Bu səbəbdən gənc ailə müayinəsi xüsusilə tövsiyə olunur.

Check-up paketinə daxil olan əsas analizlər 

Nikah analizləri adətən geniş check-up formasında təqdim olunur. 
Bu paketlər cütlüklərin ümumi və infeksion sağlamlığını qiymətləndirmək üçün aşağıdakı müayinələri əhatə edir:

  • Tam qan analizi
  • Qan qrupu və Rh müəyyənləşdirilməsi
  • Qaraciyər və böyrək funksiyalarının qiymətləndirilməsi
  • Hepatit B, Hepatit C, HIV və sifilis testləri
  • Tiroid hormonlarının yoxlanılması
  • D vitamini səviyyəsi
  • Ümumi biokimyəvi analizlər

Bu testlər nikah analizləri çərçivəsində ən əsas göstəriciləri müəyyənləşdirir. Qadınlar üçün müayinələrə əlavə olaraq qadın nikah check up paketi xüsusi olaraq tətbiq olunur.

Qadın sağlamlığı üçün xüsusi müayinələr 

Nikah tibbi müayinəsi zamanı qadınlar üçün əlavə reproduktiv sağlamlıq testləri aparılır. Bunların əsas məqsədi hormonal balansı, ginekoloji vəziyyəti və gələcək hamiləlik planlamasını qiymətləndirməkdir.
Əsas qadın müayinələrinə daxil ola bilər:

  • Qadın hormonları (FSH, LH, Prolaktin, Estradiol və s.)
  • Yumurtalıq rezervinin qiymətləndirilməsi (AMH testi)
  • USM müayinəsi
  • Qadın reproduktiv orqanlarında infeksiyaların aşkarlanması
  • Sitoloji test (PAP-smear)

Bu müayinələr həm sağlam ailə planlamasına, həm də mümkün risklərin erkən aşkarlanmasına kömək edir. Əgər siz də ailə qurmadan öncə bu testlərdən keçməyi düşünürsünüzsə, o zaman sağlamlıq mərkəzimizə müraciət edə bilərsiniz. Sağlam Ailə tibb mərkəzimizdə zəruri olan müasir avadanlıqların hər biri mövcuddur. 
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi