Tibbi məlumatlar

Pediatr nə həkimidi? Uşaq həkimi hansı xəstəlikləri müayinə edir?

Pediatr uşaqların sağlamlığını qoruyan və onların fiziki, zehni inkişafını izləyən ixtisaslaşmış həkimdir. Doğulduğu gündən yeniyetməlik dövrünə qədər uşağın bütün tibbi nəzarəti məhz usaq hekimi tərəfindən aparılır. Yəni həm profilaktik müayinələr, həm peyvəndlər, həm də xəstəliklərin müalicəsi bu sahəyə daxildir. Uşaqların orqanizmi böyüklərdən fərqli işlədiyi üçün onlara yanaşma da fərqli olmalıdır. Bu səbəbdən pediatr yalnız xəstəliyi müalicə etmir, eyni zamanda uşağın düzgün inkişafını daim nəzarətdə saxlayır və valideynlərə sağlam böyümə ilə bağlı tövsiyələr verir.

Pediatrın müalicə etdiyi xəstəliklər 

Pediatr hekim uşaqlarda ən çox rast gəlinən bir çox xəstəliklərin diaqnostika və müalicəsini aparır:

  • Soyuqdəymə, qrip və infeksiyalar
  • Qızdırma və öskürək
  • Həzm problemləri, qarın ağrıları
  • Allergiyalar
  • Dəri səpgiləri
  • İnkişaf və qidalanma pozğunluqları
  • Vitamin çatışmazlığı

Bunlarla yanaşı, mütəmadi profilaktik baxışlar da həyata keçirilir. Yəni yalnız xəstə olanda deyil, sağlamlıq nəzarəti üçün də pediatra müraciət etmək uşağın gələcək sağlamlığı baxımından çox vacibdir.

Uşağı pediatra nə zaman aparmaq lazımdır?

Valideynlər bəzən yalnız ağırlaşma olduqda həkimə müraciət edirlər. Halbuki erkən mərhələdə müayinə həm xəstəliyin tez sağalmasına, həm də ağırlaşmaların qarşısının alınmasına kömək edir.
Aşağıdakı hallarda gecikmədən pediatra getmək tövsiyə olunur:

  • Yüksək hərarət
  • Uzun sürən öskürək və ya burun axması
  • İştahsızlıq və halsızlıq
  • Qarın ağrısı, qusma və ya ishal
  • Dəridə səpgilər
  • İnkişaf geriliyi

Belə vəziyyətlərdə vaxtında tibbi yardım uşağın daha rahat və təhlükəsiz şəkildə sağalmasını təmin edir.

Pediatr müayinəsi necə aparılır?

Müayinə zamanı usaq hekimi uşağın ümumi vəziyyətini qiymətləndirir, boy-çəki ölçülərini yoxlayır, dinləmə və fiziki baxış keçirir. Lazım gələrsə qan analizi, sidik analizi və ya digər müayinələr təyin edilir. Bu yanaşma problemin səbəbini dəqiq müəyyən etməyə və düzgün müalicə planı seçməyə imkan verir. Uşaqlar üçün fərdi və diqqətli yanaşma tətbiq edildiyi üçün valideynlər daha güvənli və rahat olur. Həkimlərimiz və müalicə üsulları haqqında ətraflı öyrənmək üçün pediatriya səhifəmizi ziyarət edin.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi