Pis qidalanmanın yaratdığı ən çox yayılmış xəstəliklər
Pis qidalanma, həmçinin, balanssız və düzgün qidalanmamaq, müasir dövrdə sağlamlıq problemlərinin ən əsas səbəblərindən biridir. Bu, bədənimizin ehtiyacı olan qida maddələrini kifayət qədər ala bilməməsi və ya çox kalorili, az qidalı yeməklərin çoxlu qəbulu deməkdir. Nəticədə, fiziki sağlamlıq zəifləyir, orqanizmin immun sistemi aşağı düşür və bir çox xroniki xəstəliklərin riski artır. Zərərli və doğru olmayan şəkildə qidalanma bir çox xəstəliklərə gətirib çıxara bilər.
Artıq çəki və piylənmə
Piylənmə bədəndə artıq yağ toplanması ilə xarakterizə olunan və bir sıra metabolik xəstəliklərin yaranmasına zəmin yaradan ciddi sağlamlıq vəziyyətidir. Bu, yalnız xarici görünüş problemi deyil ,eyni zamanda daxili orqanların fəaliyyəti ilə birbaşa əlaqəlidir. Artıq çəki isə zamanla şəkərli diabet, osteоartrit, ürək-damar xəstəlikləri və digər xroniki problemlərin yaranma riskini artırır.
Gəlin, bu vəziyyətin sağlamlığımıza necə təsir etdiyini daha yaxından araşdıraq.
Artıq çəkinin diabet və osteoartritə təsiri
Artıq çəki, xüsusilə şəkərli diabet xəstəliyinin yaranmasında və inkişafında böyük rol oynayır. Pis qidalanma nəticəsində yaranan artıq piy toxuması insulin müqavimətini artırır, bu da şəkərli diabet riskini yüksəldir. Bundan əlavə, artıq çəki və piylənmə osteoartrit kimi oynaq xəstəliklərinin də əsas səbəblərindəndir. Sümüyə və oynaqlara əlavə yük düşür, bu da ağrılar və hərəkət məhdudiyyətləri ilə nəticələnir.
Şəkərli diabet xəstəliyinin əlamətləri nədir
Zərərli qidalanmanın gətirib çıxardığı xəstəliklərdən biri dəşəkərli diabetdir. Şəkərli diabet xəstəliyinin əlamətləri arasında tez-tez susuzluq, yorğunluq, tez-tez sidiyə getmə və görmə problemləri yer alır. Diabetin qarşısını almaq və ya onunla mübarizə aparmaq üçün düzgün pəhriz çox önəmlidir.
Psixi sağlamlıq və qidalanma arasındakı əlaqə
Pis qidalanma həm də psixi sağlamlığa mənfi təsir göstərir. Balanssız qidalanma stress, depressiya və narahatlıq hallarının artmasına səbəb ola bilər. Sağlam qidalanma isə beyində serotonin və digər xoşbəxtlik hormonlarının səviyyəsini yüksəldərək psixoloji rifahı yaxşılaşdırır.
Fiziki sağlamlıq və uzunömürlülük üçün sağlam qidalanma
Düzgün qidalanma və balanslı sağlamlıq rejimi bədən funksiyalarının optimal işləməsini təmin edir, xəstəliklərin qarşısını alır və həyat keyfiyyətini artırır. Hər birimiz sağlam qalmaq üçün özümüzə uyğun sağlam qidalanma rasionu qurmalı və ona əməl etməliyik.