İnsanlar arasında "süd hormonu" olaraq da bilinən prolaktin hormonu, yalnız süd ifrazından deyil, eyni zamanda reproduktiv və aybaşı dövrü kimi funksiyalara da cavabdehdir. Prolaktin hormonunun çatışmazlığı və ya artıqlığının bir çox sağlamlıq problemlərinə səbəb ola biləcəyi unudulmamalıdır, bu səbəbdən hər hansı bir şübhə olduqda mütləq yoxlanılmalıdır. Deməli Prolaktin nədir sualına cavab olaraq, bildik ki, bu hormon hipofiz vəzindən ifraz olunur və əsasən süd vəzilərinin fəaliyyətini tənzimləyir. Qadınlarda süd ifrazını stimullaşdıran bu hormon, bədənin hormonal balansını təmin etmək üçün vacibdir. Prolaktin nədir və onun səviyyələrinin dəyişməsi nə deməkdir sualına cavab, hormonal balanssızlıq və müxtəlif tibbi vəziyyətlərə işarə edə bilər. Yüksək və ya aşağı səviyyələrdə prolaktin hormonal balanssızlıq əlaməti ola bilər.
Beyindəki hipofiz vəzinin ön hissəsindən ifraz olunan prolaktin hormonu, əsasən qadınlarda ana südü istehsalına cavabdehdir. İnsanlar arasında "süd hormonu" olaraq da bilinən prolaktin hormonu, süd ifrazından əlavə , menstruasiya dövrü və reproduktiv funksiyalara da təsir göstərir. Cinsi hormon olduğundan reproduktiv sağlamlıq üçün də vacibdir. Prolaktin analizi dirsək venasından götürülən qan ilə yoxlanılır.
Prolaktin analizi nə zamanı yoxlanılır?
Prolaktin analizi prolaktin hormonunun yüksək və ya aşağı olduğunu müəyyən etmək üçün istifadə olunur. Prolaktin hormonu adətən psixiatrik problemlər, ovulyasiya problemləri, hamiləlik, əmizdirmə dövrü, cinsi istəksizlik, sümük rezorbsiyası -osteoparoz, ginekomastiya, menstruasiya pozğunluğu kimi problemlər olduğu zaman yoxlanılır. Bəzən hipofiz vəzi, baş-beyin travması, bəzi infeksiyalar və hipofiz şişləri ilə bağlı olaraq istək edilə bilər. Prolaktin analizi, qan səviyyələrini ölçərək hipofiz vəzisinin funksiyasını qiymətləndirmək üçün istifadə edilən bir testdir. Bu analiz, prolaktin səviyyələrini dəqiq şəkildə ölçməklə bədənin hormonal vəziyyətini müəyyən edir. Prolaktin analizi, menstrüal dövr problemləri və ya qeyri-adi süd ifrazı kimi halların səbəbini müəyyən etmək üçün aparılır. Bu test, həmçinin hipofiz vəzisindəki problemləri aşkar etməyə kömək edir.
Prolaktin yüksəkliyi nədir?
Prolaktin hormonunun normal dəyərlərindən yuxarı olması hiperprolaktinemiya adlanır. Hamiləlik dövründə və doğuşdan sonra prolaktin hormonunun yüksəlməsi normal sayılsa da, hamiləlik və zahılıq dövrü deyilsə , prolaktin hormonunun artması ilə FSH və GnRH hormonu ifrazı zəifləyir.
Nəticədə yumurta istehsalı dayanır və hamilə qala bilməmək və menstruasiya pozğunluğu kimi problemlər meydana gəlir. Qadınlarda estrogen və kişilərdə testosteron səviyyəsini aşağı salır. Beləliklə cinsi funksiyanın pozulması baş verir.
Prolaktin yüksəkliyi göstərən vəziyyərləri aşağıdakılar kimi sadalaya bilərik:
Hamiləllik zamanı
Hamiləlik xaricində süd vəzilərindən şəffaf və ya ağ axıntı və ya süd gəlməsi
Estrogen və progesteron səviyyələrinin aşağı olması
Menstruasiya pozğunluğu və ya olmaması
Vaginada quruluq
Sonsuzluq
Kişilərdə döş böyüməsi
Erektil disfunksiya
Kişilərdə saçların seyrəlməsi
Hipofizdə olan şiş səbəbindən baş ağrısı və görmə pozğunluqları
Prolaktin yüksəkliyinə nə səbəb olur?
Hamiləlikdə ifraz olunan prolaktin hormonu süd vəzinin inkişafına və südün əmələ gəlməsində rol oynayır. Lakib hamiləlik yoxdursa, prolaktin səviyyəsinin yüksək olması bəzi problemlərin olduğunu göstərir. Hiperprolaktinemiyanın səbəbləri arasında prolaktinoma adlandırılan hipofiz vəzində olan xoş xassəli şiş, polikistik yumurtalıq sindromu, böyrək və qaraciyər xəstəlikləri kimi vəziyyətləri qeyd edə bilərik. Hipofiz vəzindəki mikroadenomlar, yəni , 1 sm-dən kiçik ölçülü xoşxassəli şişlər və 1 sm-dən daha böyük, makroadenoma olaraq adlandırlan şişlər hiperprolaktinemiyaya səbəb olur. Eyni zamanda, hipotiroidizm olaraq bilinən tiroid vəzi yaxşı işləmədikdə, tirotropini ifraz edən TRH(tireotrop relizing hormon) hormonunun təsiri ilə hiperprolaktinemiya müşahidə olunur. Ağır idman hərəkətləri,yuxusuzluq kimi vəziyyətlər də prolaktin hormonunun artması səbəbləri arasındadır. Digər çox rast gəlinən səbəblərdən aşağıdakıları qeyd edə bilərik:
Dar alt paltarından istifadə
Stress
Yuxusuzluq
Antidepresanların və istifadə olunan digər dərmanların yan təsirləri
Hipofiz vəzi şişi
Ağciyər xərçəngi
Qidalanma
Anoreksiya
Döş qəfəsi travması
Endokrinoloji problemlər
Xroniki böyrək çatışmazlığı
Akromeqaliya
Prolaktin Analizi Qiyməti
Prolaktin analizi qiyməti, laboratoriyanın yerləşdiyi yerə və təchizatın keyfiyyətinə görə dəyişə bilər. Yüksək keyfiyyətli və dəqiq nəticələr təmin edən laboratoriyalar, daha yüksək qiymətlər tələb edə bilər. Sağlam ailə sağlamlıq mərkəzi, yüksək keyfiyyətli xidmətləri və rəqabətədavamlı prolaktin analizi qiyməti ilə xəstələrinə dəqiq nəticələr təqdim edir. Beləliklə, xəstələr doğru diaqnoz və müalicə üçün etibarlı məlumat əldə edə bilirlər.
Bu məqalədə prolaktin hormonu, prolaktin nədir, prolaktin analizi və prolaktin analizi qiyməti haqqında ətraflı məlumat verrildi. Sağlam ailə sağlamlıq mərkəzi, yüksək keyfiyyətli xidmətləri və peşəkar həkim məsləhəti ilə sağlamlıq mərkəzi olaraq xəstələrinə dəstək olur. Onlayn qeydiyyat imkanı ilə xəstələr, analiz və müayinələr üçün rahat şəkildə müraciət edə bilərlər.