Tibbi məlumatlar

Prolaktin nədir?

İnsanlar arasında "süd hormonu" olaraq da bilinən prolaktin hormonu, yalnız süd ifrazından deyil, eyni zamanda reproduktiv və aybaşı dövrü kimi funksiyalara da cavabdehdir. Prolaktin hormonunun çatışmazlığı və ya artıqlığının bir çox sağlamlıq problemlərinə səbəb ola biləcəyi unudulmamalıdır, bu səbəbdən hər hansı bir şübhə olduqda mütləq yoxlanılmalıdır. Deməli Prolaktin nədir sualına cavab olaraq, bildik ki, bu hormon hipofiz vəzindən ifraz olunur və əsasən süd vəzilərinin fəaliyyətini tənzimləyir. Qadınlarda süd ifrazını stimullaşdıran prolaktin hormon, bədənin hormonal balansını təmin etmək üçün vacibdir. Prolaktin nədir və onun səviyyələrinin dəyişməsi nə deməkdir sualına cavab, hormonal balanssızlıq və müxtəlif tibbi vəziyyətlərə işarə edə bilər. Yüksək və ya aşağı səviyyələrdə prolaktin hormonal balanssızlıq əlaməti ola bilər.

Beyindəki hipofiz vəzinin ön hissəsindən ifraz olunan prolaktin hormonu, əsasən qadınlarda ana südü istehsalına cavabdehdir. İnsanlar arasında "süd hormonu" olaraq da bilinən prolaktin hormonu, süd ifrazından əlavə , menstruasiya dövrü və reproduktiv funksiyalara da təsir göstərir. Cinsi hormon  olduğundan  reproduktiv sağlamlıq üçün  də vacibdir. Prolaktin  analizi dirsək venasından götürülən qan ilə yoxlanılır.

Prolaktin analizi ne vaxt verilir ?

Prolaktin analizi, prolaktin hormonunun yüksək və ya aşağı olduğunu müəyyən etmək üçün istifadə olunur. Prolaktin hormonu adətən  psixiatrik problemlər, ovulyasiya problemləri, hamiləlik, əmizdirmə dövrü, cinsi istəksizlik, sümük rezorbsiyası -osteoparoz, ginekomastiya, menstruasiya pozğunluğu kimi problemlər olduğu zaman yoxlanılır. Bəzən hipofiz vəzi, baş-beyin travması, bəzi infeksiyalar və hipofiz şişləri ilə bağlı olaraq istək edilə  bilər. Prolaktin analizi, qan səviyyələrini ölçərək hipofiz vəzisinin funksiyasını qiymətləndirmək üçün istifadə edilən bir testdir. Bu analiz, prolaktin səviyyələrini dəqiq şəkildə ölçməklə bədənin hormonal vəziyyətini müəyyən edir. Prolaktin analizi, menstrüal dövr problemləri və ya qeyri-adi süd ifrazı kimi halların səbəbini müəyyən etmək üçün aparılır. Bu test, həmçinin hipofiz vəzisindəki problemləri aşkar etməyə kömək edir.

Prolaktin yüksəkliyi nədir?

Prolaktin hormonunun normal dəyərlərindən yuxarı olması hiperprolaktinemiya adlanır. Hamiləlik dövründə və doğuşdan sonra prolaktin hormonunun yüksəlməsi normal sayılsa da, hamiləlik və zahılıq dövrü deyilsə , prolaktin hormonunun artması ilə FSH və GnRH hormonu ifrazı zəifləyir.

Nəticədə yumurta istehsalı dayanır və hamilə qala bilməmək və menstruasiya pozğunluğu kimi problemlər meydana gəlir. Qadınlarda estrogen və kişilərdə testosteron səviyyəsini aşağı salır. Beləliklə cinsi funksiyanın pozulması baş verir.

Prolaktin yüksəkliyi göstərən vəziyyərləri aşağıdakılar kimi sadalaya bilərik:

  • Hamiləllik zamanı
  • Hamiləlik xaricində süd vəzilərindən şəffaf və ya ağ axıntı və ya süd gəlməsi
  • Estrogen və progesteron səviyyələrinin aşağı olması
  • Menstruasiya pozğunluğu və ya olmaması
  • Vaginada quruluq
  • Sonsuzluq
  • Kişilərdə döş böyüməsi
  • Erektil disfunksiya
  • Kişilərdə saçların seyrəlməsi
  • Hipofizdə olan şiş səbəbindən baş ağrısı və görmə pozğunluqları

Prolaktin yüksəkliyinə nə səbəb olur?

Hamiləlikdə ifraz olunan prolaktin hormonu süd vəzinin inkişafına və südün əmələ gəlməsində rol oynayır. Lakib  hamiləlik yoxdursa, prolaktin səviyyəsinin yüksək olması bəzi problemlərin olduğunu göstərir. Hiperprolaktinemiyanın səbəbləri arasında prolaktinoma adlandırılan hipofiz vəzində olan xoş xassəli şiş, polikistik yumurtalıq sindromu, böyrək və qaraciyər xəstəlikləri kimi vəziyyətləri qeyd edə bilərik. Hipofiz vəzindəki mikroadenomlar, yəni , 1 sm-dən kiçik ölçülü xoşxassəli şişlər və 1 sm-dən daha böyük, makroadenoma olaraq adlandırlan şişlər hiperprolaktinemiyaya səbəb olur. Eyni zamanda, hipotiroidizm olaraq bilinən tiroid vəzi yaxşı işləmədikdə, tirotropini ifraz edən TRH(tireotrop relizing hormon) hormonunun təsiri ilə hiperprolaktinemiya müşahidə olunur. Ağır idman hərəkətləri,yuxusuzluq kimi vəziyyətlər də prolaktin hormonunun artması səbəbləri arasındadır. Digər çox rast gəlinən səbəblərdən aşağıdakıları qeyd edə bilərik:

  • Dar alt paltarından istifadə
  • Stress
  • Yuxusuzluq
  • Antidepresanların və istifadə olunan digər dərmanların yan təsirləri
  • Hipofiz vəzi şişi
  • Ağciyər xərçəngi
  • Qidalanma
  • Anoreksiya
  • Döş qəfəsi travması
  • Endokrinoloji problemlər
  • Xroniki böyrək çatışmazlığı
  • Akromeqaliya

Prolaktin analizi qiyməti

Prolaktin analizi qiyməti, laboratoriyanın yerləşdiyi yerə və təchizatın keyfiyyətinə görə dəyişə bilər. Yüksək keyfiyyətli və dəqiq nəticələr təmin edən laboratoriyalar, daha yüksək qiymətlər tələb edə bilər. Sağlam ailə sağlamlıq mərkəzi, yüksək keyfiyyətli xidmətləri və rəqabətədavamlı prolaktin analizi qiyməti ilə xəstələrinə dəqiq nəticələr təqdim edir. Beləliklə, xəstələr doğru diaqnoz və müalicə üçün etibarlı məlumat əldə edə bilirlər.
Bu məqalədə prolaktin hormonu, prolaktin nədir, prolaktin analizi və prolaktin analizi qiyməti haqqında ətraflı məlumat verrildi. Sağlam ailə sağlamlıq mərkəzi, yüksək keyfiyyətli xidmətləri və peşəkar həkim məsləhəti ilə sağlamlıq mərkəzi olaraq xəstələrinə dəstək olur. Onlayn qeydiyyat imkanı ilə xəstələr, analiz və müayinələr üçün rahat şəkildə müraciət edə bilərlər.

Prolaktin hormonu və onun sağlamlığımıza təsiri

Prolaktin hormonu, yalnız süd istehsalı ilə əlaqəli olmaqla yanaşı, bədənin ümumi hormonal balansında mühüm rol oynayır. Hormonun səviyyəsi, həmçinin bir çox digər bioloji funksiyanı da tənzimləyir, o cümlədən su və duz balansını, immun sistemini və bədənin stresə reaksiyasını. Prolaktin, hipofiz vəzindən ifraz olunur və bu hormonun miqdarı bədəndəki müxtəlif dəyişikliklərə görə dəyişə bilər. Prolaktinin normal səviyyəsi, reproduktiv sağlamlıq və digər orqanların düzgün işləməsi üçün həyati əhəmiyyət daşıyır.
Bəzən prolaktin hormon səviyyəsinin yüksəlməsi və ya azalması bir çox tibbi problemin xəbərçisi ola bilər. Belə hallarda prolaktin testi, müxtəlif sağlamlıq şərtlərini aşkar etməyə kömək edir və müvafiq müalicə üsullarının tətbiqinə imkan yaradır. Hormonun normal səviyyələrdə saxlanması, cinsi sağlamlıq və digər metabolik proseslər üçün çox önəmlidir.

Prolaktin qadınlarda hansı dəyişikliklərlə bağlı ola bilər?

Qadınlarda Prolaktin səviyyəsinin dəyişməsi menstrual dövr, yumurtlama, süd vəzilərinin fəaliyyəti və reproduktiv sağlamlıqla bağlı ola bilər. Prolaktin yüksək olduqda aybaşı gecikməsi, dövrün nizamsızlaşması, hamiləlik olmadığı halda süd vəzilərindən ifrazat və hamilə qalmaqda çətinlik kimi hallar müşahidə oluna bilər.
Bu əlamətlər hər zaman yalnız Prolaktin ilə bağlı olmur. Qalxanabənzər vəz problemləri, stress, bəzi dərmanlar və digər hormonal dəyişikliklər də oxşar şikayətlər yarada bilər. Buna görə qadınlarda nəticə həkim tərəfindən daha geniş hormonal vəziyyətlə birlikdə qiymətləndirilməlidir.
Əgər aybaşı pozğunluğu, süd vəzilərində narahatlıq və ya hamiləlik planlaması ilə bağlı çətinlik varsa, Prolaktin analizi diaqnostik prosesdə faydalı ola bilər. Nəticəyə əsasən həkim əlavə analizlər və ya uyğun müayinə planı təyin edə bilər.

Prolaktin kişilərdə hansı əlamətlərlə özünü göstərə bilər? Cinsi istək azalanda hormonlar yoxlanmalıdırmı?

Kişilərdə Prolaktin səviyyəsinin dəyişməsi cinsi funksiya, testosteron balansı və ümumi hormonal vəziyyətlə bağlı ola bilər. Prolaktin yüksək olduqda libido azalması, ereksiya ilə bağlı çətinlik, sonsuzluq şübhəsi, yorğunluq və bəzən süd vəzilərində böyümə kimi əlamətlər müşahidə oluna bilər.
Bu şikayətlər təkcə Prolaktin ilə əlaqəli olmaya bilər. Stress, artıq çəki, bəzi xroniki xəstəliklər, dərman istifadəsi və testosteron səviyyəsində dəyişikliklər də oxşar problemlərə səbəb ola bilər. Buna görə analiz nəticəsi digər göstəricilərlə birlikdə dəyərləndirilməlidir.
Kişilərdə hormonal dəyişikliklər bəzən uzun müddət açıq əlamət vermədən inkişaf edir. Əgər cinsi istəkdə azalma, davamlı yorğunluq və ya reproduktiv sağlamlıqla bağlı narahatlıq varsa, Prolaktin səviyyəsinin yoxlanılması həkimə daha dəqiq istiqamət seçməyə kömək edə bilər.

Prolaktin analizi verməzdən əvvəl nələrə diqqət etmək lazımdır?

Prolaktin analizi verməzdən əvvəl düzgün hazırlıq nəticənin daha etibarlı olmasına kömək edir. Çünki bu hormon gün ərzində dəyişə bilər və stress, yuxu, fiziki aktivlik, cinsi əlaqə, süd vəzilərinin stimulyasiyası və bəzi dərmanlar nəticəyə təsir göstərə bilər. Bu səbəbdən analizdən əvvəl həkimin və laboratoriyanın hazırlıq qaydalarına əməl etmək vacibdir.
Adətən Prolaktin analizi səhər saatlarında verilir. Analizdən əvvəl ağır fiziki fəaliyyət, emosional gərginlik və yuxusuzluqdan uzaq durmaq tövsiyə olunur. Əgər pasiyent hər hansı dərman qəbul edirsə, bunu mütləq həkimə bildirməlidir. Çünki bəzi preparatlar hormon səviyyəsini dəyişə bilər.
Düzgün hazırlıq yalnız nəticənin dəqiqliyi üçün deyil, sonrakı müalicə və ya əlavə müayinə qərarları üçün də vacibdir. Əgər nəticə gözləniləndən fərqli çıxarsa, həkim bəzən təkrar analiz istəyə bilər. Bu, yanlış qiymətləndirmənin qarşısını almağa kömək edir.

Nəticəyə təsir edən əsas faktorlar hansılardır?

Prolaktin nəticəsinə bir neçə faktor təsir edə bilər. Bunları əvvəlcədən bilmək həm pasiyent, həm də həkim üçün daha düzgün qiymətləndirmə imkanı yaradır.
Əsas təsir edən faktorlar:

  • stress və emosional gərginlik
  • yuxusuzluq
  • ağır fiziki aktivlik
  • analizdən əvvəl cinsi əlaqə
  • süd vəzilərinin stimulyasiyası
  • bəzi dərmanların qəbulu
  • hamiləlik və südvermə dövrü
  • qalxanabənzər vəz problemləri

Bu faktorlar nəzərə alınmadan nəticəni düzgün izah etmək çətin ola bilər. Buna görə Prolaktin analizi verməzdən əvvəl hazırlıq qaydalarını dəqiqləşdirmək və nəticəni həkimlə birlikdə qiymətləndirmək daha doğru yanaşmadır. Sağlam Ailə-də Prolaktin analizi üçün qeydiyyatdan keçə və nəticələrin peşəkar izahını ala bilərsiniz.
 

Estradiol nədir?

Beyninizi qoruyun!

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi