Tibbi məlumatlar

Qıcıqlanmış Bağırsaq Sindromu (Irritated Bowel Syndrome - IBS)

Qıcıqlanmış bağırsaq sindromu nədir?

Qıcıqlanmış bağırsaq sindromu (IBS), qarın nahiyəsində təkrarlanan ağrılar və bağırsaq hərəkətlərində dəyişikliklər ilə müşahidə olunan simptomlar toplusudur. Bu dəyişikliklər ishal, qəbizlik və ya hər ikisinin birgə olması şəklində özünü göstərə bilər. IBS zamanı həzm sistemində heç bir gözlə görünən zədə və ya xəstəlik əlaməti olmadan, pasiyentlərdə nəcisin tezliyi və konsistensiyasında dəyişikliklər müşahidə olunur. Həmçinin, bəzi hallarda IBS kəskin bağırsaq infeksiyasından sonra (post-infeksion IBS) da yarana bilər.

Qıcıqlanmış bağırsaq sindromunun əsas şikayətləri

IBS zamanı ən çox rast gəlinən simptomlar aşağıdakılardır:

  • İshal (tez-tez şiddətli ishal epizodları kimi xarakterizə edilir)
  • Qəbizlik
  • Qəbizliklə yanaşı ishalın olması
  • Qarının alt hissəsində, xüsusən yeməkdən sonra kəskinləşən və defekasiya (bağırsağın boşalması) sonrası yüngülləşən qarın ağrıları və sancılar
  • Meteorizm (köp)
  • Normaldan daha sərt və ya yumşaq nəcis (düyünlü və ya lentvari nəcis)
  • Qarında şişkinlik
  • Nəcisdə selik aşkarlanması
  • Tualetə getdikdən sonra belə yalançı ehtiyac hissi
  • Qidaya qarşı tolerantlığın pozulması
  • Yorğunluq hissi

Bu simptomlardan ən azı ikisi, il ərzində 2-3 ay müddətində davamlı olaraq müşahidə olunarsa, qıcıqlanmış bağırsaq sindromundan şübhələnmək olar.

Qıcıqlanmış bağırsaq sindromu ilə əlaqəli digər simptomlar

IBS zamanı xəstələrdə aşağıdakı problemlər də müşahidə oluna bilər:

  • Miqren tipli baş ağrıları
  • Yuxu pozğunluqları
  • Depressiya və ya aqressiv davranış
  • Xroniki çanaq ağrıları

Stress faktorları da sindromun başlanmasına və simptomların kəskinləşməsinə səbəb ola bilər.

IBS zamanı mümkün ağırlaşmalar

Qıcıqlanmış bağırsaq sindromu ciddi xəstəliklərə səbəb olmasa da, uzun müddət müalicə olunmadıqda bəzi ağırlaşmalar yarana bilər:

  • Rektal qanaxma (qəbizlik zamanı anusun cırılması)
  • Səbəbsiz çəki azalması
  • Qızdırma, qusma, anemiya

Əgər qeyd olunan simptomlar sizi narahat edirsə, qastroenteroloqa müraciət etməyiniz tövsiyə olunur.


Tibbi koordinator - Fidan Zeynallı

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi