Tibbi məlumatlar

Qışda deride quruluq səbəbləri, əlamətləri və qorunma yolları

Qış aylarında bir çox insan deride quruluq problemi ilə qarşılaşır. Soyuq hava, külək və qapalı məkanlarda istilik sistemlərinin istifadəsi dərinin təbii nəmini azaldaraq onu daha həssas və qurumağa meyilli edir. Deri qurulugu yalnız estetik narahatlıq yaratmır, eyni zamanda qaşınma, çatlama və diskomfort hissinə səbəb ola bilər. Bu səbəbdən qış mövsümündə dəriyə düzgün qulluq xüsusi əhəmiyyət daşıyır.

Qışda deri qurulugu niyə yaranır?

Qışda deri qurulugunun yaranmasının əsas səbəbləri bunlardır:

  • Soyuq və rütubətsiz hava
  • Küləyin dərinin qoruyucu qatını zəiflətməsi
  • Qapalı məkanlarda isti və quru hava
  • Tez-tez isti su ilə duş qəbul etmək
  • Kifayət qədər maye qəbul edilməməsi
  • Dərinin təbii yağ balansının pozulması

Bu amillər dərinin üst qoruyucu qatını zəiflədir və nəmin sürətlə itirilməsinə səbəb olur beləliklə deri qurulugu özünü göstərir.

Deride quruluq özünü necə göstərir?

Deri qurulugu müxtəlif əlamətlərlə özünü göstərə bilər. 
Ən çox rast gəlinən simptomlar bunlardır:

  • Dartılma və gərginlik hissi
  • Qaşınma və yanma
  • Dərinin qabıqlanması
  • Xırda çatlar və qızartı
  • Həssaslığın artması

Əgər quruluq uzun müddət davam edirsə və dəridə çatlar dərinləşirsə, bu vəziyyət əlavə dəri problemlərinə yol aça bilər.

Qışda dərini quruluqdan qorumağın effektiv yolları

Qış aylarında deri qurulugunun qarşısını almaq üçün aşağıdakı tövsiyələr faydalıdır:

  • Dərini müntəzəm olaraq nəmləndirici kremlərlə qorumaq
  • Duş zamanı çox isti sudan çəkinmək
  • Dərini yumşaq təmizləyici vasitələrlə yumaq
  • Gün ərzində kifayət qədər su içmək
  • Qışda daha yağlı və qoruyucu kremlərə üstünlük vermək
  • Evdə havanı rütubətli saxlamaq

Bu vərdişlər dərinin təbii balansını qorumağa və quruluğu azaltmağa kömək edir. Əgər dəridə quruluq sizi ciddi şəkildə narahat edir, çatlama və qaşınma artıbsa, Sağlam Ailə Tibb Mərkəzində dermatoloji müayinə və fərdi dəriyə uyğun qulluq tövsiyələri ala bilərsiniz. Burada dərinizin sağlamlığı üçün etibarlı tibbi dəstək mövcuddur!
 

Qışda dəridə quruluq niyə olur?

Qış aylarında hava soyuq və rütubət az olduğu üçün dəri daha tez nəm itirir. Bundan əlavə, isti duşlar, qızdırıcıların təsiri və soyuq külək dərinin qoruyucu baryerini zəiflədir, nəticədə dəri quruyur və dartılma hissi yaranır.

Deri qurulugu hansı əlamətlərlə özünü göstərir?

Deri qurulugu adətən dartılma hissi, qabıqlanma, qaşınma və bəzən qızartı ilə özünü göstərir. Bu əlamətlər xüsusilə qış aylarında və dərinin kifayət qədər nəmləndirilmədiyi hallarda daha qabarıq olur.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi