Tibbi məlumatlar

Qışda miqren və soyuq havanın baş ağrılarına təsiri

Qış aylarında temperaturun aşağı düşməsi bəzi insanlarda baş ağrılarının artmasına səbəb ola bilər. Xüsusilə miqren problemi olan şəxslər soyuq havalarda ağrıların daha tez-tez və daha şiddətli olduğunu qeyd edirlər. Soyuq hava baş və alın nahiyəsində damarların reaksiyasına təsir edərək miqren tutmalarını gücləndirə bilər.

Soyuq havada baş ağrısı və migren güclənə bilər

Soyuq hava alın və baş dərisi üzərindən təsir etdikdə damarlar darala bilər. Bu vəziyyət bəzi şəxslərdə adi baş ağrısı ilə yanaşı miqren tutmalarının da yaranmasına səbəb olur. Xüsusilə küləkli və rütubətli hava şəraiti ağrıları daha da kəskinləşdirə bilər.
Sadə dəstək üsulları:

  • Baş dərisinə yüngül masaj
  • İstilik tətbiqi
  • Qış aylarında papaqdan istifadə (tez-tez baş ağrısı olanlar üçün xüsusilə faydalıdır)

Miqren nədir və əsas əlamətləri hansılardır?

Miqren xroniki nevroloji xəstəlikdir və adətən təkrarlanan, güclü baş ağrıları ilə xarakterizə olunur. Ağrı çox vaxt başın bir tərəfində hiss edilir və gündəlik fəaliyyəti ciddi şəkildə məhdudlaşdıra bilər.

  • Miqren əlamətləri aşağıdakılar ola bilər:
  • Güclü, döyünən baş ağrısı
  • İşığa və səsə həssaslıq
  • Ürəkbulanma və qusma
  • Görmə pozuntuları (aura)
  • Fiziki aktivliklə ağrının artması

Bu əlamətlər hər tutmada eyni şəkildə görünməyə də bilər.

Soyuq havada miqren ağrısı niyə güclənir?

Soyuq hava sinir uclarının və damarların həssaslığını artırır. Bu zaman beyin damarlarında daralma və genişlənmə mexanizmi pozula bilər. Nəticədə soyuq mühit miqren ağrısı üçün tetikleyici rol oynayır. Bundan əlavə, qış aylarında yuxu rejiminin və fiziki aktivliyin dəyişməsi də tutmaların artmasına təsir göstərə bilər.

Qışda miqren ağrısı zamanı nə etməli və müalicə yolları

Bir çox insan miqren ağrısı zamanı nə etməli sualına cavab axtarır. 
Qış aylarında ağrıları azaltmaq üçün aşağıdakı tövsiyələr faydalı ola bilər:

  • Baş və boyun nahiyəsini isti saxlamaq
  • Sakit və qaranlıq mühitdə dincəlmək
  • Stressi minimuma endirmək
  • Müntəzəm yuxu rejiminə əməl etmək
  • Həkim məsləhəti ilə uyğun dərmanlardan istifadə etmək

Miqren müalicəsi fərdi yanaşma tələb edir və tutmaların tezliyinə, şiddətinə görə planlaşdırılır. Əgər qış aylarında baş ağrılarınız və miqren tutmaları artıbsa, bu vəziyyəti diqqətsiz buraxmayın. Sağlam Ailə-də miqrenlə bağlı nevroloji müayinə, diaqnostika və fərdi müalicə planı təqdim olunur. Burada müayinə və müalicədən rahatlıqla yararlana bilərsiniz!
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi