Tibbi məlumatlar

Seliakiya xəstəliyi

Seliakiya xəstəliyi (Glüten həssas enteropatiya) glüten qəbul edildiyi zaman yaranan immun cavab reaksiyasıdır. Glüten dənli bitkilərin tərkibində olan zülaldır.

Seliakiya zamanı glüten qəbulu nazik bağırsaqda immunoloji iltihab prosesinə təkan verir. Zamanla nazik bağırsağın xovları zədələnir və qidalı maddələrin sorulması zədələnir. Malosorbsiya yaranır.

BAĞIRSAQLARIN ZƏDƏLƏNMƏSİ - diareya, əzginlik, çəkinin itirilməsi, köp, anemiya kimi əlamətlərlə özünü göstərir. 
Uşaqlarda malosorbsiya həmçinin böyümə və inkişaf proseslərinə də neqativ təsir göstərir.

SELİAKİYANIN BAĞIRSAQDAN KƏNAR SİMPTOMLARI

• Anemiya – əksərən dəmir defisitli
• Sümük sıxlığının itirilməsi
• Dəridə qaşınan, parlaq səpgilər (dermatitis herpetiformis)
• Diş emalının zədələnməsi
• Ağızda xoralar
• Baş ağrısı və xroniki yorğunluq
• Oynaq ağrıları
• Dalağın funksiyasının zəifləməsi
• Asid reflüksü
• Sinir sisteminin zədələnməsi –ayaq və əllərdə keyimə, koordinasiya problemləri və koqnitiv funksiyanın zəifləməsi

Bəzi hallarda seliakiyanın birinci dəfə aktivləşməsi əməliyyat, hamiləlik, virus infeksiyası və ya ağır emosional stressdən sonra baş verir.

DİAQNOSTİKA

Seliakiyanın diaqnostikası 2 istiqamətdə aparılır.

  1. Seroloji analizlər – glütene immun reaksiyanı göstərən antitellərin aşkarlanması
  2. Genetik analizlər - İnsan leykosit antigenlərinin təyini 

Əgər analizlərin nəticəsi Seliakiyaya işarə edirsə bağırsaq xovlarının zədələnməsini qiymətləndirmək üçün endoskopiya olunub nazik bağırsaq materialı götürülə bilər.

MÜALİCƏ

Seliakiyanın müalicəsi ömür boyu ciddi glütensiz pəhrizə əməl etməkdir. Glüten qida rasionundan çıxarıldığı zaman nazik bağırsağın iltihabı bir-neçə həftə ərzində azalmağa başlayır. Xovların tam bərpası bir-neçə ilədək çəkə bilər. Uşaqlarda bağırsağın sağalması yetkin şəxslərə nisbətən daha sürətlə baş verir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi