Soyuq havalar başlayanda insanlar ən çox soyuqdəymə problemi ilə ratlaşırlar. Bəzən bu vəziyyət yüngül əlamətlərlə keçsə də, bəzi hallarda daha ağır – bərk soyuqdəymə formasında özünü göstərə bilər. Gündəlik işlərinizi yarımçıq qoyacaq qədər halsızlıq və narahatlıq yaradan bu halın qarşısını almaq üçün əlamətləri tanımaq, düzgün dərmanlardan istifadə etmək və təbii üsullarla bədəni dəstəkləmək çox vacibdir.
Soyuqdəymə əlamətləri
Soyuqdəymə əlamətləri adətən yüngül şəkildə başlayır və 7-10 gün ərzində keçib gedir. Ən çox rast gəlinən simptomlar bunlardır:
- Burun axması və tutulması
- Boğazda qıcıqlanma, yanğı və yüngül ağrı
- Asqırma
- Yüngül öskürək
- Yorğunluq, halsızlıq
- Bəzən yüngül hərarət
Əgər bu əlamətlərə yüksək hərarət, güclü bədən ağrıları əlavə olunarsa, bu artıq berk soyuqdeyme ola bilər. Bu halda həkim məsləhəti vacibdir, çünki simptomlar bəzən qrip və ya başqa ciddi infeksiyalarla nəticələnə bilər.
Soyuqdəymə üçün dərman
Soyuqdəymə virus mənşəli olduğundan onun spesifik dərmanı yoxdur. Müalicə əsasən simptomların yüngülləşdirilməsinə yönəlir. Soyuqdəymə üçün dərman nümunəsi olaraq isə bunları nümunə göstərə bilərik:
- Burun açıcı spreylər və damcılar
- Ağrıkəsicilər (parasetamol, ibuprofen)
- Bol maye və istirahət
Vacib məqam: soyuqdəymə üçün antibiotik yalnız həkim təyini ilə istifadə olunmalıdır. Antibiotiklər viruslara qarşı təsir etmir, yalnız bakterial infeksiyalarda olduqca faydalıdır. Özbaşına istifadəsi faydasız olmaqla yanaşı, bədənə də zərər verə bilər.
Soyuqdəymə zamanı istifadə olunan bitkilər
Soyuqdəymə dövründə orqanizm viruslarla mübarizə apararkən immun sisteminin güclü qalması çox önəmlidir. Bunun üçün təbii üsullar və bitkilər əsrlərdir insanların güvəndiyi müalicə vasitələrindən biridir. Düzgün seçilmiş bitki çayları bədəni isidir, boğazı yumşaldır və sağalma prosesini dəstəkləyir. Məsələn:
- Zəncəfil çayı – immuniteti gücləndirir, boğaz ağrısını azaldır
- Bal və limon – təbii antiseptik və vitamin mənbəyi
- Nanə və adaçayı dəmləməsi – burun tutulmasını açır, boğazı yumşaldır
- İtburnu çayı – yüksək C vitamini tərkibi ilə bədəni gücləndirir
- Bu bitkilər həm dadlı, həm də sağalma prosesini sürətləndirə bilər.
Soyuqdəymə zamanı nə etməli?
Hər kəs soyuqdeyme zamanı nə etməli olduğu ilə bağlı tam məlumatlı deyil. Əslində düzgün qaydalarla bu prosesi daha rahat və tez keçirmək mümkündür. Bədəninizin istirahətə, isti mühitə və düzgün qidalanmaya ehtiyacı var. Sadə, amma təsirli addımlar ataraq sağalma müddətini xeyli qısalda bilərsiniz:
- Bol isti maye qəbul edin (çay, şorba, su)
- Kifayət qədər yatın və istirahət edin
- Quru və isti mühitdə qalın
- Duzlu su ilə qarqara edin
- Özbaşına antibiotik qəbul etməyin, həkimlə məsləhətləşin