Tibbi məlumatlar

Su çiçəyi və su çiçəyi əlamətləri

Su çiçəyi və su çiçəyi əlamətləri  


Su çiçəyisu çiçəyi əlamətləri adətən uşaqlarda rast gəlinən və Varicella Zoster Virus (VZV) (Herpes III) tərəfindən törədilən yoluxucu xəstəlikdir. Bu xəstəlik xüsusilə immun sistemi zəif olan uşaqlar üçün daha ağır fəsadlara səbəb ola bilər. Su çiçəyi bir şəxsdən digərinə öskürək və ya asqırma yolu ilə ötürülür. Xəstəliyə daha çox qış və yaz aylarında rast gəlinir.
Suçiçəyi adətən yüngül və özünü məhdudlaşdıran xəstəlikdir, lakin bəzi hallarda ciddi fəsadlara səbəb ola bilir. Su çiçəyi əlamətləri olan bir şəxs virusa yoluxduqdan sonra təxminən 10-21 gün ərzində simptomlar göstərməyə bilər. Bu dövrdə virus yoluxucudur. Uşaqlardasu çiçəyi əlamətləri  aşağıdakılar aid edilə bilər:
Qızartı və səpkilər: Su çiçəyi səpkiləri əvvəlcə üz, bədən  və baş dərisində kiçik qırmızı nöqtələr şəklində başlayır. Bu ləkələr zamanla suluqlara çevrilir və maye ilə dolur. Sonra suluqlar quruyaraq qabıqlanmağa başlayır. Sağalma prosesi qabıqlar düşənə qədər davam edir.
Qızdırma: Su çiçəyi olan bir çox insanda halsızlıq, baş ağrısı və iştahsızlıq kimi qızdırma ilə birlikdə qripə bənzər simptomlarla qarşılaşırlar.
Qaşınma: Su çiçəyi səpkisində qaşınma ola bilər və qaşınmanın qarşısını almaq üçün müvafiq tədbirlər görmək vacibdir. Qaşıntının qarşısını almaq və aradan qaldırmaq üçün həkim məsləhəti ilə qaşınma əleyhinə losyonlar və ya antihistaminik dərmanlar istifadə edilə bilər.


Su çiçəyi necə olur?


Su çiçəyi necə olur, sualı tez-tez valideynlər və xəstəliyin əlamətləri ilə qarşılaşan şəxslər tərəfindən verilən bir sualdır. Belə ki, su çiçəyinin əlamətləri daha tez üzə çıxarsa, onun müalicəsi daha effektiv və tez zamanda ola bilər. Su çiçəyi adətən dəridə qabarcıqlar, qaşınma və xoşagəlməz səpkilər şəklində özünü büruzə verir, bu da uşağın narahatlıq hiss etməsinə səbəb olur. 
Daha dəqiq, yəni mütəxəssislər tərəfindəm, peşəkar həkimlərin "su çiçəyi necə olur" sualına verdikləri cavab, bu xəstəliyin Varicella Zoster Virus (VZV) tərəfindən törədildiyi və tənəffüs damcıları vasitəsilə insandan-insana keçdiyi vurğulanır. Bu səbəbdən xəstəliklə qarşılaşan şəxslərin sağlam mühitdə saxlanılması, gigiyenik qaydalara riayət etməsi və tibbi müşahidə altında olmaları mühüm əhəmiyyət kəsb edir.
Uşaqlardakından fərqli olaraq böyük insanlarda su çiçəyi, daha ağır gedişata malik ola bilir. Yetkinlərdə xəstəliyin simptomları – dəridə qabarcıqlar, qaşıntı, temperaturun yüksəlməsi, halsızlıq və ümumi zəiflik kimi özünü göstərsə də, fəsadların yaranma riski uşaqlardakına nisbətən daha daha yüksək olur. Məsələn, böyüklərdə su çiçəyi pnevmoniya, beyin iltihabı (ensefalit) və hətta nadir hallarda ölümcül nəticələrə yol aça bilər. Bu səbəbdən yaşlı şəxslər xəstəliyə yoluxduqda daha diqqətli olmalı, vaxtında həkimə müraciət etməli və lazımi müalicə vasitələri ilə yanaşı, yüksək dərəcədə gigiyena və istirahətə xüsusi önəm verməlidirlər. Qeyd edək ki, bu hallar su çiçəyi peyvəndi olunmamış böyüklər üçün daha risklidir.


Su çiçəyi xəstəliyi müalicəsi


Su çiçəyinin əlamətləri üzə çıxdıqdan sonra dərhal həkimə müraciət etmək lazımdır. Xüsusilə uşaqlarda su çiçəyi əlamətləri müşahidə olunduqdan sonra mütəxəssis baxışı mütləqdir. Qeyd edək ki, su çiçəyi adətən öz-özünə yox olur və müalicə adətən simptomatik dəstək verməkdən ibarətdir. Lakin bəzi hallarda, xüsusilə risk qrupunda (immuniteti zəif olan insanlar, yeni doğulmuş körpələr, hamilə qadınlar və s.) müalicə daha intensiv aparıla bilər.   
Su çiçəyi keçirmiş şəxs adətən ömürlük immunitetə ​​sahib olur, lakin VZV müəyyən şərtlər altında yenidən aktivləşə bilər.

Su çiçəyi zamanı nələrə diqqət etmək lazımdır?

Su çiçəyi əlamətləri görünəndə dəridəki səpkilərin necə yayıldığına, qaşınmanın gücünə və hərarətin olub-olmamasına diqqət etmək lazımdır. Əvvəlcə üz, baş dərisi və bədən nahiyəsində xırda qırmızı nöqtələr görünə bilər, daha sonra bunlar qabarcığa çevrilir. Qabarcıqlar partladıqdan sonra qabıq bağlayır və sağalma prosesi başlayır. Bu müddətdə uşağın dərisini qaşıması yaraların artmasına səbəb ola bilər. Su çiçəyi zamanı gigiyenaya diqqət etmək, dırnaqları qısa saxlamaq və dərini qıcıqlandırmamaq vacibdir.

Su çiçəyi əlamətləri neçə gün davam edir?

Su çiçəyi əlamətləri adətən bir neçə gün ərzində özünü göstərir və sonra tədricən azalır. Yeni səpkilər bir müddət daha çıxa bilər, buna görə xəstəliyin gedişi mərhələli olur. Qabarcıqlar quruyub qabıq bağladıqdan sonra yoluxuculuq da azalır. Ümumilikdə su çiçəyi xəstəliyi bir neçə gün ərzində daha aktiv görünür, amma tam sağalma bir qədər daha uzun çəkə bilər. Əlamətlər güclü olarsa və ya hərarət yüksələrsə, həkim məsləhəti almaq lazımdır.

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi