Tibbi məlumatlar

Uşaqlarda qarın köpməsi nədir və niyə yaranır?

Qarın köpməsi uşaqlarda, xüsusilə də körpəlik dövründə tez-tez rast gəlinən narahatlıqlardan biridir. Uşaqlarda köpmə zamanı qarın gərgin olur, uşaq narahat davranır və tez-tez ağlama müşahidə edilə bilər. Bu hal əksər hallarda həzm sisteminin yetkinləşməməsi ilə əlaqəli olsa da, valideynlərin diqqətli olması vacibdir. Xüsusilə ilk aylarda körpə uşaqlarda köp daha çox funksional səbəblərdən yaranır və zamanla azalır.

Körpə uşaqlarda köpün yaranma səbəbləri nələrdir?

Körpə uşaqlarda köp qidalanma zamanı havanın udulması və ya bağırsaqlarda qazın yığılması nəticəsində meydana çıxır. Körpənin həzm sistemi hələ tam formalaşmadığı üçün qazın xaric olunması çətinləşə bilər.
Bu zaman:

  • Körpə dizlərini qarnına çəkə bilər
  • Qarın sərt və şişkin hiss oluna bilər
  • Ağlama xüsusilə axşam saatlarında arta bilər

Bu hallar çox vaxt keçici olur və düzgün qulluqla yüngülləşir.

Əsas səbəblər bunlardır:

  • Qidalanma zamanı havanın udulması
  • Ana südü və ya süni qidaya həssaslıq
  • Qida dəyişiklikləri
  • Həzm fermentlərinin yetərsizliyi
  • Qəbizlik
  • Düzgün olmayan qidalanma rejimi

Bu səbəblər usaqlarda köp problem yarada və uşağın gündəlik rahatlığını poza bilər.

Uşaqlarda qarın köpməsi zamanı nə etmək olar?

Uşaqlarda köp zamanı valideynlər bir neçə sadə addımla uşağın vəziyyətini yüngülləşdirə bilər:

  • Qidalanmadan sonra mütləq qaz çıxarmağa kömək etmək
  • Körpəni tez-tez, az miqdarda qidalandırmaq
  • Qarın masajı və ayaqları yüngül hərəkətlərlə büküb-açmaq
  • Uşağın yatma mövqeyinə diqqət etmək
  • Ana südü ilə qidalanan körpələrdə ananın qida rasionunu nəzərdən keçirmək

Uşaqlarda köpmə tez-tez təkrarlanırsa və uşaqda güclü narahatlıq yaradırsa, səbəbi dəqiqləşdirmək üçün müayinə vacibdir. Əgər uşağınızda qarın köpməsi tez-tez müşahidə olunur, ağlama və narahatlıqla müşayiət edilirsə, bunu diqqətsiz buraxmayın. Sağlam Ailə Tibb Mərkəzində uşaqlarda köp probleminin səbəbləri pediatr müayinəsi və lazım olan yoxlamalarla dəqiqləşdirilir, vəziyyətə uyğun təhlükəsiz və effektiv həll yolları təklif olunur. Burada uşağınızı rahatlıqla yoxlada və peşəkar tibbi dəstək ala bilərsiniz!
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi