Uşaqlarda sağlam böyümə və inkişaf üçün balanslı qidalanma əsas rol oynayır. Bəzən valideynlər vitamin komplekslərinə müraciət etsələr də, hər uşağa vitaminlərin eyni şəkildə təsir etmədiyini bilmək lazımdır. Vitamin istifadəsi yalnız həkim məsləhəti ilə, uşağın yaşı, çəkisi və qidalanma vərdişləri nəzərə alınaraq həyata keçirilməlidir. Düzgün yanaşma immun sistemini gücləndirir, sümük və əzələ inkişafını dəstəkləyir, həmçinin ümumi sağlamlığa müsbət təsir göstərir.
Hansı hallarda vitamin istifadəsi vacib sayılır?
Əksər uşaqlar balanslı qidalanma ilə kifayət qədər vitamin və mineral qəbul edə bilirlər. Ancaq bəzi hallarda əlavə vitamin dəstəyi lazım ola bilər:
- Az və ya birtərəfli qidalanma
- Tez-tez xəstələnmə və zəif immunitet
- İştahta problemləri
- D vitamini çatışmazlığı (günəş işığının az qəbul edilməsi zamanı)
- Həkim tərəfindən təsdiqlənmiş xüsusi sağlamlıq problemləri
Unutmayın ki, vitaminlərin artıq qəbulu da orqanizmə zərər verə bilər. Buna görə də, uşağınız üçün ən uyğun vitamin planı pediatrın müayinəsi əsasında müəyyən etməyinizi tövsiyə edirik.