Vitamin A

İmmunitetin nədir və növləri hansılardır ?HLA analizi haqqındaGen terapiyasıCOVID-19 testiDaun Sindromu və Daun Sindromu əlamətləriSeliakiya xəstəliyiQeyri düz Kumbs reaksiyası nədir? Analiz nə üçün verilir?QızdırmaQaraciyər funksional testləri-ALTHemoqlobin(HGB) nədir?Beyninizi qoruyun!C Reaktiv Zülal (CRP) nədir?Baş ağrısı necə keçər?İnsulin nədir? İnsulin yüksəkliyi və azlığının səbəbləri.Gözlərimizin nurunu qoruyaq!COVID-19 infeksiyasının kompleks laborator diaqnostikasıHerpes nədir? Herpes virusu infeksiyası nədən yaranır?Oynaq ağrılarıİlk Tibbi YardımCovid-19 peyvəndi haqqında nələri bilməliyik?Kreatinin nədir?Bruselyoz nədir və necə yoluxur?AKNE- Tük follikullarının və piy vəzilərinin iltihablaşmasıLeykosit nədir?Testosteron nədir ? Testosteron hormonu nədir ?Prolaktin nədir?Xərçəng xəstəliyi nədir?Vaksinasiya sonrası SARS-COV-2 immunitetiPapilloma nədir və İnsan papilloma virusu(HPV) nədir?Ürəyimizi necə qorumalıyıq?Pandemiya və stressXolesterin nədir?Toksoplazma nədir?Talassemiya nədir?TSH nədir? TSH yüksəkliyi nə mənaya gəlir?Ateroskleroz nədir? Qarşısı necə alınmalıdır?Vitamin D və Vitamin D3 nədir? Sağlamlığınız üçün Vitamin D nin əhəmiyyətiŞəkərli diabet nədir? Şəkər xəstəliyinin əlamətləri nələrdir?Qarın boşluğu USM nə zaman istək edilir?Spermoqramma nədir? Spermoqramma analizi necə verilməlidir?Fol turşusu (B9 vitamini) nədir?Eritrositlər (qırmızı qan hüceyrələri) eritrosit nədir?Narkotik asılılığı və onun zərərləriSink(Zn) nədir? Sink vitamin çatışmazlığının əlamətləri nələrdir?Kalsium nədir?Maqnezium (Mg) nədir?progesteron hormonu nədir ?Saç tökülməsinin səbəbləriTrombosit nədir? Azlığı və çoxluğu nə mənaya gəlir?Süd vəzi xərçəngi nədir? Süd vəzi xərçənginin əlamətləriCOVİD-19 xəstəliyi zamanı qoxu və dad itkisiAST (aspartat aminotransferaza) nədir?Epilepsiya nədir? Epilepsiya zamanı ilk yardım necə olmalıdır?Estradiol nədir?Burun axmasının səbəbi nədir?Cinsi yolla keçən infeksiyaların əlamətləri nələrdir?Vitamin B12 nədir?Qida dözülməzliyi(qida intoleransı) nədir?Selen nədir? Orqanizm üçün faydaları nələrdir?Orqanizmdə helmintlər (qurdlar)Anemiya nədir?HIV/QİÇS nədir? Qiçs əlamətləriRevmatizm nədir? Revmatizm əlamətləriDəmir nədir? Orqanizmdə funksiyası nədir?Nutrigenetiks nədir?Yüksək qan təzyiqiNIPT analizi nədir?FMF -Ailəvi aralıq dənizi qızdırmasıFerritin nədir?Bioloji qohumluğun təyini-Atalıq testiD-dimer analizi nədir?Çölyak xəstəliyi nədir və əlamətləriYod nədir? Yod çatışmazlığıMeymunçiçəyi xəstəliyi nədir?Dişlərə qulluq vasitələri və növləriDüzgün qaralmağın yollarıEritrositlərin çökmə sürəti (EÇS) nədir?Hemofiliya xəstəliyiMenopauzaUşaqlıq boynu xərçəngi və Pap smearQızılca və Qızılca əlamətleriSu çiçəyi və su çiçəyi əlamətləriClostridium Difficile toksinləri A/B analizi nədir?Antinüvə anticismlər (ANA) analizi nədir?Anti-mitoxondrial antitellər (AMA M2) analizi nədir?Beta-2 Qlikoprotein 1 İgM analizi nədir?Tam Ekzom Sıralaması (WES) analizi nədir və nə zaman verilə bilər?Kron xəstəliyiQıcıqlanmış Bağırsaq Sindromu (Irritated Bowel Syndrome - IBS)Herpes Virus Ailəsi: Sağlamlığa Təsirləri və Növlərinə Görə XüsusiyyətləriAvilit (Avascular Necrosis): Nədir və Niyə Diqqət Edilməlidir?Prevenar 13 Nədir?İnsan Metapneumovirusu (HMPV) Nədir?Multi vitaminVitamin AVitamin KompleksiÇəki artıran vitaminlərVitamin D ƏskikliyiSelenium VitaminBiotin Vitamin

 

Vitamin A ilə sağlamlığınızı qoruyun!
Vitamin A insan orqanizmi üçün əvəzolunmaz bir vitamindir.  Məhz buna görə də sağlamlığın qorunmasında mühüm rol oynayan bu vitaminin istifadəsi mütləqdir. A vitamini yalnız göz sağlamlığını dəstəkləmir, həm də hüceyrə yenilənməsini, immunitet sisteminin güclənməsini təmin etməklə yanaşı dərini təbii şəkildə parlaq edir. Təbii mənbələrdən asanlıqla əldə oluna bilən Vitamin A gündəlik qida rasionunda mütləq yer almalıdır. 

Vitamin A-nın faydaları

Qeyd etdiyimiz kimi A vitamini çox faydalıdır. Bu faydaları aşağıda şəkildə təqdim edirik:
1. Görmə qabiliyyətinin dəstəkləyir.
Vitamin A, gözlərin sağlam qalmasını təmin edən və işıqla bağlı funksiyaları yerinə yetirən əsas maddələrdən biridir. Retina üçün vacib olan rodopsin adlı birləşmənin yaranmasına kömək edir, bu da gecə görmə qabiliyyətini artırır. Məhz bu səbəbdən, qaranlıqda zəif görən insanlar üçün bu vitamin həyati əhəmiyyət kəsb edir.
2. Hüceyrə yenilənməsini təmin edir.
A vitamini hüceyrələrin bərpasını sürətləndirərək bədənin daxili və xarici zərərli təsirlərdən qorunmasına kömək edir. Zədələnmiş dəri və toxumalar Vitamin A vasitəsilə daha tez sağalır. Eyni zamanda, sağlam bir dəri üçün əsas olan kollagen istehsalını stimullaşdırır.
3. İmmuniteti gücləndirir.
Vitamin A, bədənin infeksiyalara qarşı mübarizə qabiliyyətini artıran əsas müdafiə mexanizmlərindən birini təmin edir. Bu vitamin ağ qan hüceyrələrinin fəaliyyətini artıraraq orqanizmin virus və bakteriyalara qarşı daha güclü olmasını təmin edərək, xüsusilə soyuqdəymə və qrip mövsümündə immuniteti dəstəkləyir.
Uşaqların və yeniyetmələrin sümük inkişafını dəstəkləyən Vitamin A, həm də güclü və sağlam dişlərin formalaşmasın kömək edir. Bu vitamin eyni zamanda ürək-damar sisteminə müsbət təsir göstərərək xolesterol səviyyəsini tənzimləməyə kömək edir.

Vitamin A ilə zəngin qidalar hansılardır?

Vitamin A təbii olaraq həm heyvan mənşəli, həm də bitki mənşəli qidalarda mövcuddur. Aşağıda bu vitaminlə zəngin olan əsas qidalar təqdim olunur:
Heyvan mənşəli mənbələr: Qaraciyər, yumurta sarısı, süd və pendir.
Bitki mənşəli mənbələr: Yerkökü, şirin kartof, ispanaq, qırmızı bibər, balqabaq və manqo.
Bu qidaların müntəzəm istifadəsi orqanizminizin gündəlik Vitamin A ehtiyacını qarşılamağa kömək edir.

Vitamin A çatışmazlığının əlamətləri

Vitamin A çatışmazlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Gecə görmə qabiliyyətinin zəifləməsi (gecə korluğu), quru və çatlayan dəri, tez-tez xəstələnmə və immun sisteminin zəifliyi, saçların tökülməsi və dırnaqların zəifləməsi, sümük inkişafında gerilik və diş problemləri bu vitamin əskikliyi zamanı müşahidə olunan əlamətlərdəndir.
Əgər sizdə bu kimi şikayətlər varsa, o zaman yaxşı olardı ki, həkiminizə müraciət edəsiniz. Çünki bəzən insanlar həkim məsləhəti olmadan vitamin qəbul edə bilirlər ki, bu da sağlamlıq problemlərinə səbəb ola bilər. Həddindən artıq vitamin qəbulu toksiklik riski yarada, bədənin balansını poza və müxtəlif yan təsirlərə yol aça bilər. Buna görə də, hər hansı bir vitamin və ya qida əlavəsi qəbul etmədən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir. Lazım olan dozadan artıq Vitamin A qəbul etmək toksikliyə səbəb ola bilir. Bunun nəticəsində baş ağrısı, ürəkbulanma, başgicəllənmə və qaraciyər problemləri kimi yan təsirlərlə müşayiət olunur. Xüsusilə, yüksək dozada qida əlavələri qəbul edirsinizsə, bu risk daha da artır. Bu səbəbdən, vitamin istifadəsində tarazlıq saxlamaq vacibdir.
Düzgün qidalanma və balanslı vitamin qəbulu sağlamlığınızı qorumaq üçün vacibdir. Vitamin A sağlamlığınızı qorumaqda sizin ən yaxın köməkçiniz olacaq!
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi